Cümə günü, 13 noyabr 2026
     

"Naxçıvan qeydiyyatında olanlar üçün süni problem yaradılır" - TNS Agentliyinin direktoru Prezidentə müraciət etdi...

Image


Bakı şəhər sakini, “TNS” İnformasiya Agentliyinin direktoru Tural Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

Möhtərəm Prezident!
Sizin uğurlu rəhbərliyinizlə Azərbaycan regionun lider dövlətinə, dünyada isə söz sahibinə çevrilib. Siz 44 günlük Vətən müharibəsində 200 illik tarixi gedişi dəyişdirərək bölgədə yeni reallıq yaratmış, öz adınınızı Azərbaycanın tarixinə Qarabağın və Şərqi Zəngəzurun Xilaskarı kimi əbədi həkk etmisiniz. Siz İlham Əliyev məktəbinin yetirməsi, ən sadiq silahdaşı Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycanı daha qüdrətli dövlətə çevirirsiniz. 
Cənab Prezident!
Azərbaycan vətəndaşları Sizi özünün əbədi və alternativsiz lideri kim görür, bütün problemlərinin həllində son ümid yeri kimi Sizə müraciət edir. Hər kəs bilir ki, onun hüquqlarını qoruyan qüdrətli bir Prezidenti var. Hüquqları pozulan, əli hər yerdən üzülən bir vətəndaş kimi mən də Sizə müraciət etməyi qərara aldım. Mənim bu müraciətimi minlərlə naxçıvanlının ümumiləşmiş müraciəti kimi qəbul etməyinizi xahiş edirəm.
Möhtərəm Prezident!
İllərdir ki, Bakıda və ölkəmizin digər bölgələrində yaşayan Naxçıvan qeydiyyatında olan Azərbaycan vətəndaşları ciddi bir problemlə qarşılaşır. Ölkəmizin müxtəlif bölgələrində daimi yaşayan, amma daimi qeydiyyata alınmayan naxçıvanlılar özlərini Azərbaycandan təcrid edilmiş kimi hiss edirlər. 50 yaşa qədər olan kişilərin daimi yaşadığı yerdə qeydiyyata alınmasına problem yaratmaq üçün “hüquqi don” geyindirilmiş maneə mexanizmi formalaşdırılıb. Bu kateqoriyadan olan insanların yaşadığı ünvanda daimi qeydiyyata alınması üçün mütləq gedib Naxçıvandan hərbi qeydiyyatdan çıxması tələb edilir. Muxtar respublikada hərbi qeydiyyatdan çıxmağın çətinlikləri isə Azərbaycanda hər kəsə agahdır. Bundan başqa, blokada şəraitində olan Naxçıvana gedib-gəlmək o qədər də asan deyil.
O zaman sual olunur. Əgər bu, qanunun tələbidirsə, Azərbaycanın digər bölgələrindən olan vətəndaşlardan niyə tələb olunmur? Bu sualla müvafiq dövlət orqanlarına müraciət etdikdə cavab çox absurd və qəribə olur: “Biz Naxçıvanın sistemini görə bilmirik”. Əminik ki, bu sualın cavabını dövlətimizin başçısı əlaqədar orqanların rəhbərlərindən soruşacaqdır.
Son 6 ay ərzində Bakı şəhərindəki mülkiyyətimdə olan mənzilə daimi qeydiyyata alınmaq üçün apardığım mübarizədən sonra gördüm ki, minlərlə naxçıvanlı bu sahədə necə əziyyət çəkir. Ona görə də öz timsalımda Naxçıvan qeydiyyatında olanlar üçün yaradılan süni maneni Sizin ali diqqətinizə çatdırmağı vacib saydım. Biz əminik ki, məhz Sizin müdaxilənizdən sonra bu problem öz həllini tapacaqdır.
Məlumat üçün bildirirəm ki, mən Bakı şəhərinin Xətai rayonunda yerləşən yaşadığım mənzilə daimi qeydiyyata alınmağım barədə 2021-ci ilin iyun ayından 2022-ci ilin may ayına qədər müxtəlif vaxtlarda aidiyyəti dövlət orqanlarına -  Bakı şəhərində yerləşən 2 saylı və  6 saylı ASAN Xidmət mərkəzlərinə, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə,  şəxsən daxili işlər nazirinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə müraciət etmişəm. 
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində müraciətlərimə baxılaraq, 27 dekabr 2021-ci il tarixli, 012-20804S-3221 nömrəli, 08 aprel 2022-ci il tarixli, 018-218245-3222 nömrəli  məktublarla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci maddəsinin “hərbi vəzifəlilər və çağrışçılar yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata alınır və ya qeydiyyatdan çıxarılır” tələblərinə istinaq edərək, qeydiyyata alınmağım üçün qanunda nəzərdə tutulan bütün sənədlər olmasına baxmayaraq, mənim Konstitusion hüquqlarımı və qanunun tələblərini pozaraq heç bir qanuni əsaslar olmadan məni daimi yaşadığım həmin mənzilə daimi qeydiyyata almaqdan imtina ediblər.
Müəllifi ulu öndərimiz olan Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin tələblərinə görə, hər kəsin azadlıq hüququ vardır. Qanunu surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər. 
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsindı isə göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə görə,  yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 
-şəxsiyyət vəsiqəsi;
-yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.  
Mən qanunda nəzərdə tutulan sənədləri təqdim etmişəm. Qanunun 8-ci maddəsində göstərilən yaşayış yeri üzrə qeydiyyata alınmaqdan imtinaya səbəb olan heç bir hal yoxdur. 
Göründüyü kimi, cavabdehin məktublarında göstərdiyi “Hərbi vəzifə və hərdi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci maddəsinin “hərbi vəzifəlilər və çağrışçılar yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata alınır və ya qeydiyyatdan çıxarılır” halı mənim yaşayış yeri üzrə qeydiyyata alınmağımdan imtina edilməsi üçün əsas deyildir. 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi də müraciətimə eyni məzmunlu cavab verib. Halbuki,  müraciətimdə daimi olmasa da müvəqqəti qeydiyyata alınmağımı da xahiş etmişdim. Amma bu orqan da mənim hüquqlarımı pozaraq qeydiyyat problemimin həllinə köməklik göstərməyib.
Bütün bu proseslərdən sonra haqqımızı məhkəmədə aramağı qərar aldıq. Nə hikmətdirsə, digər dövlət orqanlarına təsir imkanları olan şəxslərin ədalət mühakiməsinə də əli çatdı. Digər orqanlarda qarşılaşdığımız süründürməçilik ənənənəsi məhkəmədə də davam etdirildi. Məhkəmə iclaslarının təxirə salınması, hazırlıq, baxış, açıq saxlanan iclaslar və sair və ilaxır. Hadisələrin bu cür inkişafı mənim ədalət mühakiməsinə olan inamımı sarsıtdı. Ona görə də son çarə kimi Sizə müraciət edirəm.
Möhtərəm Prezident!
Mənim elə bir ciddi tələbim yoxdur. Mən mülkiyyətimdə olan, daimi yaşadığım və ailə üzvlərimin də daimi qeydiyyatda olduğu mənzilimdə qeydiyyata alınmağımı xahiş edir, qanunları pozaraq Bakı şəhərində qeydiyyatsız yaşamaq istəmirəm. Təəssüf ki, mənim bu sadə tələbim Konstitusion hüquqlarımın pozulması ilə nəticələnib. Şəxsimə qarşı yaradılan belə süni manelərin daha dərin və ciddi səbəbləri vardır ki, onları ictimailəşdirməyi məqsədəuyğun hesab etmirəm.  Bir gün mütləq hər kəs biləcək ki, dövlətçiliyimizi müdafiə etdiyimiz, Prezidentimizin ətrafında sıx birləşdiyimiz üçün kimlər tərəfindən hansı məhrumiyyətlərə, “cəza tədbirlərinə” məruz qalmışıq. 
İnanırıq ki, bu müraciətdən sonra mənim və mənim kimi minlərlə naxçıvanlının pozulmuş hüquqları bərpa ediləcəkdir.
Bilirəm ki, Sizə bu müraciətimdən sonra bəzi dairələrin təhdid və təzyiqi ilə üz-üzə qalacağam. Amma mən qorxmuram. Niyə? Ona görə ki, mənim Sizin kimi öz vətəndaşlarının hüquqlarını qoruyan, məmurlarını xalqın xidmətçisi adlandıran qüdrətli bir Prezidentim var. Onu da bilirəm ki, dövlətimizin başçısı problemlərin ictimailəşdirilməsinin, ictimai nəzarətin vacibliyini dəfələrlə xüsusi vurğulayıb.
Biz Sizə inanırıq, Sizə güvənirik, Sizin ətrafınızda sıx birləşmişik, hər zaman Sizi dəstəkləyəcəyik. Sizin və Mehriban xanımın Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi möhtəşəm tədbirləri təbliğ etməkdən bizi heç bir qüvvə çəkindirə bilməz. 
Qüdrətli Azərbaycanın Ədalətli Prezidentinə böyük hörmət və sonsuz sayğılarla.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ