Cümə günü, 13 noyabr 2026
     

UNESCO rəhbərliyi Azərbaycanla əlaqələri təriflədi, ancaq hələ də missiya göndərmir...

Image


Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına (UNESCO) üzvlüyünün 30 ili tamam olur və bu münasibətlə tədbirlər keçirilir. Azərbaycan və UNESCO arasında əməkdaşlığın 30 illik bir tarixi var və dövlətimiz UNESCO-nun əksər layihələrində yaxından iştirak edib, bu quruma güclü dəstək verib.

UNESCO-nun təşkilatın baş katibinin müavini Firmin Edouard Matoko “Azərbaycan təşkilatın ən fəal üzvlərindəndir”deyib.  

O qeyd edib ki, ölkəmiz qurumun fəaliyyətində yaxından iştirak edir.

UNESCO-nun İcraiyyə Şurasının prezidenti Tamara Rastovac Siamaşvili isə Azərbaycanın bir sıra sahələrdə uğurlarının olduğunu bildirib: “Azərbaycanın UNESCO daxilindəki fəaliyyəti yüksək qiymətləndirilir”.

Nəzərə alsaq ki, Azərbaycan öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, UNESCO rəhbərliyi də ölkəmizin addımlarını müsbət qoymətləndirir, bu halda bu təşkilat niyə öz üzərinə düşən vəzifəni yerinə yetirmək istəmir? Əməkdaşlıqdan məmnun olduğu ölkənin azad ərazilərinə nə üçün missiya göndərmir?  Ən azından ortada 30 illik bir əməkdaşlıq əlaqəsi var və UNESCO-da buna qarşılıq verməlidir.

  • “Azərbaycan-UNESCO münasibətləri fərdlərdən, şəxslərdən asılı deyil, gec-tez haqq-ədalət öz yerini tutacaq”

Qafqaz Tarix Mərkəzinin rəhbəri Rizvan Hüseynov bizimlə söhbətində bu mövzunun çox aktual olduğunu bildirdi: “Bu çox yerinə düşən sualdır. Sözsüz ki, Azərbaycanın UNESCO-nun fəaliyyətinə çox böyük töhfəsi var. Xüsusilə də son 15 ildə bu məsələdə UNESCO-nun ölkəmizdəki xoşməramlı səfiri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük əməyi, zəhmət, əvəzsiz töhfəsi  var. UNESCO rəhbərliyi bütün dönəmlərdə çox sıx əməkdaşlıq edirdi, Azərbaycan və UNESCO həddən artıq maraqlı layihələr gerçəkləşdirirdilər. Bu təkcə Azərbaycan ərazisində deyil, neçə-neçə Avropa ölkəsində möhtəşəm layihələr həyata keçirilirdi. Tanınmış abidələrin restavrasiyası olub, humanitar layihələr gerçəkləşdirilib. Elə bir sahə yoxdur ki, Azərbaycan tərəfi çox maraqlı təşəbbüslə çıxış etməsin. Yəni istənilən sahədə Azərbaycan tərəfi nəinki təşəbbüskar, həm də o layihələrin icrasını təmin edən tərəf kimi çıxış edib. Azərbaycan UNESCO çərçivəsində çox maraqlı fəaliyyət tərzi sərgiləyib. Fikir versəniz görərsiniz ki, UNESCO-nun əvvəlki rəhbərliyindən fərqli olaraq, qurumun indiki rəhbəri Odre Azule Azərbaycana bir qədər başqa cür yanaşma sərgiləyir. O, tanınmış qadın siyasətçidir. Fikir versəniz görərsiniz ki, bayaq qeyd edilən sözləri UNECO-nun  baş katibinin müavini, yaxud bir başqa qurum nümayəndələri deyir. Amma  çox təəssüf ki, Odre Azulenin dilindən biz bunu eşitmirik. Ümid edirik ki, UNESCO rəhbərinin mövqeyi dəyişəcək. Məsələn, bir neçə gün əvvəl Şuşada çox möhtəşəm tədbir keçirildi. Dünyanın tanınmış təşkilatları bir araya gəldilər və həm Şuşanın bərpası, həm humanitar layihələr haqda çox gözəl çıxışlar oldu. Ən tanınmış, ən mötəbər qurumların rəhbərləri Şuşada keçirilən beynəlxalq tədbirdə iştirak etsə də, çox təəssüflər olsun ki, o tədbirə UNESCO-nun baş direktoru qatılmadı, Şuşaya gəlmədi. Səhv etmirəmsə, tədbirdə UNESCO-nun keçmiş məmurlarından bizə dost olanlar iştirak edirdilər. Çox təəssüf ki, hazırda UNESCO-da işləyənlər gəlmədilər. Ola bilsin bu, UNESCO-nun indiki rəhbərliyinin mövqeyidir. O, Mərakeşdəndir, Mərakeş kralının müşavirinin qızıdır və əslində müsəlman dünyasına yaxın şəxs olmalıdır. Həyatının bir dönəmi Mərakeşdə keçib. Təbii ki, Fransada doğulub-böyüyüb. 1972-ci il təvəllüdlüdür, nisbətən gəncdir, sosialist baxışlarla siyasi arenaya atılıb. O, Fransada çox aktiv siyasi fəaliyyətlə məşğuldur, millətçi təbəqəyə yaxındır. Yəni Fransanın mədəniyyətini, kinematoqrafiyasını qorumaq kimi təşəbbüslərlə çıxış edib. Fransada mədəniyyət naziri olub, kinematoqrafiya sahəsində rəhbər vəzifələrdə çalışıb”.

R.Hüseynovun sözlərinə görə, təəssüf ki, həddən artıq millətçi kəsimə mənsub olan UNESCO-nun baş katibi Azərbaycan və Türkiyənin mövqeyini bir qədər yad qarşılayan şəxsdir. O hesab edir ki, bəlkə də bu subyektiv səbəblərə görə UNESCO-nun azad ərazilərimizə missiya göndərməsi düyünə düşüb: “Əvvəlki dövrlərdə olan yüksək səviyyəli əməkdaşlıqlar, birgə layihələr hazırda qismən dondurulmuş vəziyyətdədir. Amma bu müvəqqəti bir məsələdir. Şübhə yoxdur ki, yaxın zamanlarda bu vəziyyət dəyişə bilər. Azərbaycan-UNESCO münasibətləri fərdlərdən, şəxslərdən asılı deyil, gec-tez haqq-ədalət öz yerini tutacaq. Bu məsələyə Azərbaycan həmişə təmkinlə, səbrlə yanaşır. Bunun bariz nümunəsi bizim Qarabağ müharibəsində qazandığımız zəfərimizdir. Biz uzun illər hazırlaşıb zəfər qazandıq. Baxmayaraq ki, dünyanın ən güclü mərkəzləri bizim məqsədimizə, zəfərə  çatmamağımız üçün əlindən gələni edirdi. Amma biz məqsədimizə çatdıq. Dünyadakı siyasi nüfuzumuzdan istifadə edərək, dostlarımıza, ən əsası isə Azərbaycan xalıqına və ordusuna arxalanaraq  zəfər əldə etdik. Şübhəsiz ki, mədəniyyət cəbhəsində də gec-tez məqsədimizə nail olacağıq. Çünki məqsədimiz kiminsə haqqını əlindən almaq yox, öz haqqımızı tələb etməkdir, həqiqətin bərqərar olmasına nail olmaqdır”-deyə R.Hüseynov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ