Azərbaycan-Ermənistan sərhəd komissiyalarının ikinci görüşünün vaxtı və yeri açıqlandı

img

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək.

Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

"Ümid edirik ki, görüş gələn həftə baş tutacaq", - nazir müavini jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında ötən gün Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib. Komissiyanın ikinci görüşünün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.

Peşə etikası

Son xəbərlər