Mərakeşin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

img

Mərakeşin Kralı VI Məhəmməddən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri, əziz qardaşım.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimi, həmçinin möhkəm cansağlığı və xoşbəxtlik arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Azərbaycan xalqına isə daha böyük tərəqqi və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı qardaşlıq əlaqələrini yüksək dəyərləndirirəm. Əminəm ki, bu münasibətlərin iki qardaş xalqın rifahı naminə daha da inkişaf etməsinə və genişlənməsinə Siz də mənim qədər önəm verirsiniz".

Peşə etikası

Son xəbərlər