
Rusiyada Moskvanın Basman rayon məhkəməsi "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu qiyabi olaraq həbs edib.
Trend-in məlumatına görə, bu barədə məhkəmənin mətbuat xidməti bildirib.
Qərarda qeyd olunur ki, R.Əsgərov barəsində ekstradisiya olunacağı təqdirdə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib
Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açmış, mayın 11-də o axtarışa verilmişdi.
Məlumatda qeyd olunurdu ki, R.Əsgərov öz "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb.