Cümə günü, 13 noyabr 2026
     

“Brüssel görüşlərində ölkəmizin mövqeyinin dəstəklənməsi qalib Azərbaycanın nüfuzunun göstəricisidir” - Vüqar Rəhimzadə

Image


“Tarixi Zəfərimizin reallıqları fonunda son bir ildən artıq dövrün əsas tələbi bölgədə etimad mühitinin yaradılması, dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat özündə bütün bu məsələləri ehtiva edir. Bu baxımdan keçirilən bütün görüşlərdə dövlət başçısı İlham Əliyev 10 noyabr Bəyanatının müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd edir.

İkinci Qarabağ müharibəsinin başa çatmasından bugünədək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsinin imzalanmasında vasitəçiliyin yerinə yetirilməsi məqsədilə 5 görüş keçirilib. Bu görüşlərin ikisi Rusiyada, üçü isə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə baş tutub.

Azərbaycan 44 günlük Vətən müharibəsinin davam etdiyi dövrdə də Ermənistana sülh təklifini edərək hansı şərtlər daxilində müharibənin dayandırılmasının mümkünlüyünü bildirmişdi. Amma işğalçı dövlət havadarlarının dəstəyinə arxalanaraq bu təklifi arxa plana keçirdi. Nəticədə bir addım da belə mövqeyindən geri çəkilməyən Azərbaycan dövləti döyüş meydanında mənfur düşmənə tarixdə heç zaman unutmayacağı dərsi verdi. Düşünmək olardı ki, Ermənistan bu dərsdən nəticə çıxarıb kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarının icrasında fəallıq nümayiş  etdirər, sülh müqaviləsini qısa zamanda imzalayaraq, bölgədə davamlı sülhün və təhlükəsizliyin yaradılması fonunda yeni əməkdaşlıq formatlarının iştirakçısı olar və bununla da  iqtisadi böhrandan qurtulmaq imkanı qazanar. Amma gözlənilənlərin əksinə olaraq Ermənistanın hələ də tərəddüd etməsi diqqətdən kənarda qalmır. Baxmayaraq ki, 10 noyabr Bəyanatının, eyni zamanda,   Brüssel görüşlərində əldə olunan razılaşmaların Ermənistanın qarşısında qoyduğu tələblər postmünaqişə dövrünün reallıqlarının qəbuluna və  işğalçı dövlətin də bununla razılaşmasına çağırışdır. Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də keçirilən üçtərəfli görüşündən öncə ölkəmizin başçısının və Aİ Şurası Prezidentinin ikitərəfli görüşündə müzakirə olunan məsələlər də bu kimi məqamlara işıq salır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, ötən ayın 6-da keçirilən Brüssel görüşündə  Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi dəstəklədi: “Həmin görüşdə əldə olunan razılaşmalar mayın 22-də də müzakirə mövzusu oldu. Üçtərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşün yekunlarına dair mətbuata açıqlamasında  bildirdi ki, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası yaxın günlərdə dövlətlərarası sərhəddə baş tutacaq. Bu iclasda sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Nəzərə alaq ki,  Ermənistan sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü, Azərbaycan da bu təklifi dəstəkləmişdi. Amma Ermənistan artıq aprelin 29-na razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icra etmədi. Ermənistan öhdəlikləri pozmaqla məqsədinin nədən ibarət olduğunu açıqlasa da,  artıq dalana dirəndiyinin fərqindədir. Artıq tarixin arxivinə göndərilmiş Dağlıq Qarabağ münaqişəsinin həllində 28 il vasitəçilik missiyasının öhdəsindən gələ bilməyən ATƏT-in Minsk qrupunun bu missiyasının  yenidən bərpa olunacağına edilən ümidlər sadəcə boş xəyaldan başqa bir şey deyil.  Ermənistan nəhayət, mövcud reallıqlarla barışmalı, Avropa İttifaqının vasitəçilik səylərini yüksək dəyərləndirməlidir.  Azərbaycan daim bütün beynəlxalq təşkilatların potensialından istifadə etmək istəyini hələ işğal dövründə bəyan etmişdir.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata açıqlamasında yer alan bu məqama yönəldib: “Liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Şarl Mişel, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini  vurğulayaraq  Avropa İttifaqının  öz dəstəyini gücləndirməyə hazır olduğunu da bildirdi.”

“Dövlət başçısı İlham Əliyev sülh müqaviləsinin imzalanmasından bəhs edərkən gələcəyə baxmağa çağırışlar etməklə yanaşı, bu məqamı da diqqətə çatdırır ki, biz faciələrimizi, şəhidlərimizi unutmamalıyıq. Ölkə Prezidentinin bu çağırışı Ermənistana ünvanlanan mesajdır. Bu baxımdan ki, 30 ilə yaxın işğal dövründə, ümumiyyətlə,  tarixin ayrı-ayrı  zamanlarında azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən Ermənistandır. Əsassız torpaq iddiaları nəticəsində  28 ilə yaxın dövrdə 20 faiz torpaqlarımızı işğal altında, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətində saxlayan Ermənistandır. 44 günlük Vətən müharibəsində döyüş meydanındakı uğursuzluqları ilə barışmayaraq  mülki əhalini raket atəşinə tutan, bununla da qatı müharibə cinayətləri törədən də Ermənistandır. Bu sıralamanı xeyli davam etdirə bilərik.  Azərbaycanın bu gün  işğalçı dövlətə sülh təklifi bu yaşananları unutmasından irəli gəlmir. Sadəcə, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, münasibətlərdə yeni səhifənin açılmasına səy göstərir. Azərbaycan Ermənistandan fərqli olaraq tolerant və multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkədir. Ölkəmizdə müxtəlif millətlərin, etnik azlıqların, dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayırlar. Azərbaycan dövlətinin Ermənistana sülh təklifi, insanlar arasında əlaqələrin yaradılmasına xidmət edən birgəyaşayışın təmin olunması istiqamətində göstərdiyi səylər də onun tolerantlığının göstəricisidir”,- deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri  qeyd edib ki, bütün hallarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönələn hər bir görüş   qalib Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatıdır: “Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir.  Qeyd edək ki, ötən ilin iyul ayında  Şarl Mişel  ölkəmizə səfəri zamanı qurumun  sülh müqaviləsinə dəstəyi ilə bağlı fikirlərini  səsləndirərək bunu dekabr ayında  Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində reallaşdırdı. Bugünədək Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə keçirilən 3 görüş bu istəyin reallığa çevrilməsi istiqamətində göstərilən səylərin aydın mənzərəsini yaradır. Brüssel görüşlərinin hər biri  Azərbaycanın Brüssel Zəfəri kimi dəyərləndirilir. Görüşlərdə səsləndirilən bəyanatlarda da Avropa İttifaqının ölkəmizə dəstəyi özünü aydın şəkildə nümayiş etdirir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, həmçinin  bəyanatında  10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan, 11 yanvar  2021-ci il tarixli Moskva  və 26 noyabr Soçi  görüşlərində imzalanan sənədlərdən  irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırışlar edir ki,  bu da  Azərbaycanın mövqeyinə böyük dəstəyin ifadəsidir.”

“Bugünədək  keçirilən  görüşlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib” söyləyən Vüqar Rəhimzadə  bu ümumiləşdirməni aparıb ki, hər bir görüş Azərbaycanın tarixi Zəfərinin yaratdığı  reallıqların həm regionda, həm də dünyada formalaşdırdığı yeni siyasətin  prespektivlərinə işıq salır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ