Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə Qarsda keçirilən “Heydər Əliyev-2022” (Türkiyə-Azərbaycan) Birgə Batalyon Əməliyyat Qrupunun səhra təlimi uğurla davam edir.
Türkiyə Müdafiə Nazirliyi təlimlərdən maraqlı görüntülər paylaşıb.
“Bizi bir-birimizə bağlayan sarsılmaz qardaşlığımızdır. Qarsda Azərbaycan türk qardaşlarımızla birlikdə keçirdiyimiz “Heydər Əliyev-2022 (Türkiyə-Azərbaycan) Faktiki Birgə/Birgə Batalyon Əməliyyat Qrupu Səhra Təliminin Yüksək Səviyyəli Müşahidəçi günü” keçirildi açıqlamada deyilir.
Tahir TAĞIYEV