Cümə günü, 13 noyabr 2026
     

Baydenin Əliyevə məktubu - uzaq strategiyanın elementləri və çərçivəsi... - Aydın QULİYEV yazır...

Image


Cəmi iki ildə ABŞ prezidenti Co Baydenin Azərbaycan Prezidentinə sayca 4-cü və mesajlarla zəngin təbrik məktubunu gördük. İnaqurasiyadan sonra 2021-ci ilin Novruzunda, 28 mayında, 2022-ci ilin martında və mayında göndərilmiş təbrik məktubları nəzərdə tutulur.

Təbii ki, məktubların məzmun fərqləri var və bu təbii haldır. Çünki Amerikanın Azərbaycanla və bütünlüklə Cənubi Qafqazla bağlı geosiyasi prioritetləri köklü olmasa da, şəraitdən asılı olaraq hətta bir illik zaman kəsiyində belə dəyişir və dəyişmələr özünü ardıcıl olaraq bütün yazışmalarda növbə ilə göstərir. Amerikanın Cənubi Qafqazdakı prioritetlərinin dinamikasında dəyişməyən tək faktor İlham Əliyevin siyasəti ilə uzlaşmaq, onun siyasətinin nəticələrini və xarizmatik təsirlərini sonrakı layihələrin möhkəm fundamentinə çevirməkdir...

Bu amillər Baydenin 28 May münasibətilə Azərbaycan Prezidentinə ən yeni təbrik məktubunda özünü daha parlaq göstərir. Təbrik məktubu həcmcə orta ölçülüdür, lakin məzmunlu lakonik cümlələr, sətiraltı və sətirlərarası mənalar onun üzərində detallı təhlillər aparmağı tələb edir. Cənab Baydenin Əliyevə yazdığı fikirlər tək bu günün fikir və mülahizələri deyil, onlar yaxın, orta və uzaq perspektivə hesablanmış siyasi taktika və strategiyanın elementləri və çərçivəsidir. Rusiyanın Ukraynaya təcavüzü fonunda Azərbaycanın suverenliyinə dəstəyin xüsusi vurğulanması Baydenin və bütünlüklə Amerikanın çox dərin strateji planlarından xəbər verir və Azərbaycanı öz suverenliyi və siyasi müstəqilliyi naminə daha qəti siyasətə təşviq edir. Göründüyü kimi, Bayden öz  strateji mülahizə və mesajlarını Prezident Əliyevlə bölüşür. Açıq və sadə desək bu, Amerika liderinin qarşıdakı uzun yolda İlham Əliyevi əsas strateji müttəfiqlər sırasında daha inamla görməsindən başqa bir şey deyil...

Baydenin məktubunu bir neçə sərrast cümlə ilə ifadə etmək zərurəti olsaydı yəqin ki, belə demək ən uğurlu seçim olardı - Müstəqillik dövründə və xüsusilə son 15 ildə Azərbaycanın etdikləri həm də bütün dünyanın iqtisadi, siyasi, hərbi və enerji təhlükəsizliyinin tərkib hissələridir və bu tərkib hissələrin gerçəyə çevrilməsində Əliyev "şansdan maksimum səmərəli istifadə" taktikasını unikal səviyyədə nümayiş etdirib...

İlk olaraq ondan başlayaq ki, Bayden bu məktubu ilə Azərbaycanın bölgəmizdə yaratdığı post-Qarabağ reallıqlarının həqiqətən ən real konfiqurasiya olduğu ilə razılaşdığını nümayiş etdirdi. Belə ki, Bayden indiki vəziyyəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid kimi xarakterizə edib. Amerika prezidentinin "indiki vəziyyət" frazası təsadüf deyil, şübhəsiz ki, o, 44 günlük müharibədən sonra yaranmış regional vəziyyətə və proseslərə işarə edir. Bu xatırlatmanın təsadüf olmadığını Baydenin ötən ilin mart və may aylarında yazdığı təbrik məktublarındakı eyhamlar bir daha sübut edir. Belə ki, Bayden ötən ilki məktublarda "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllinə nail olmaq səylərinin təşfiq olunmasını" ifadə etmişdi. Göründüyü kimi, bu il münaqişədən yox, yaranmış, daha doğrusu yaradılmış reallıqların açdığı imkan və ümidlərdən danışır. ABŞ prezidenti postmüharibə reallıqlarına koordinal yeni münasibət sərgiləmək mövqeyindədir. O mövqedədir ki, müharibə artıq bitdiyi və atəşkəs imzalandığı üçün irəli getmək, indiki şəraiti möhkəm və davamlı sülhə çevirmək lazımdır. Bu eynilə Azərbaycan Prezidentinin mövqeyi və siyasətidir. Baydenin sonrakı fikri bu uyğunluğu daha da bərkidir. Belə ki, Bayden Qafqaz və Transxəzər bölgələrinin çiçəklənməsi üçün Azərbaycan-Ermənistan münasibətlərinin yaranmasında Azərbaycanın iqtisadi və nəqliyyat imkanlarına kömək etməyə hazır olduğunu bildirir.Yəni demək istəyir ki, iki bölgənin çiçəklənməsində Azərbaycan Prezidenti ilə işləmək perspektivlərinə daha isti baxır...

ABŞ prezidentinin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın roluna verdiyi yüksək qiymət İlham Əliyevin enerji mənbələrini şaxələndirmək siyasətinin Qərbdə çox ardıcıl izləndiyini bir daha təsdiqləyir. Cənub Qaz Dəhlizini, Türkmənistanla Böyük Qaz yatağı barədə müqavilənin imzalanması kimi daha əvvəllərə aid faktları xüsusi qeyd etməklə bərabər ən yeni bir faktı da deyək ki, bunlar da Əliyevin dünyanın enerji təhlükəsizliyinə yönəlik tutarlı addımları olaraq Qərbin nəzərindən yayına bilməz. Bu günlərdə Əliyevin Litva prezidenti ilə görüşdə "biz Avropa ilə enerji dialoquna başlamışıq" deməsi struktur mənasında neft, qaz, hidrogen və bərpa olunan enerji mənbələrini nəzərdə tutursa, strateji olaraq Qərbin enerji təhlükəsizliyi maraqlarına möhkəm stavka edildiyini göstərir... Göstərilən faktlar Azərbaycanın nəinki Qərbə qarşı olmadığını, əksinə ən prinsipial iqtisadi-strateji məsələlərdə onunla birlikdə olduğunu sübut edir. Proqnoz etmək çətin deyil ki, erməni lobbisi və onun təsirində olan dairələr Azərbaycan-Qərb tandemindəki indiki birlik elementlərini pozmaq iqtidarında deyil. Müasir dövrdə Fransa və Almaniyanın timsalında bir sıra Qərb siyasi dairələrinin əslində Rusiyanın lobbiçiliyini etmələri ciddi təzahürlər kimi ortaya gəlir və Azərbaycan Prezidentinin siyasətində etibarlılıq və güvənlik əmsalını daha da artırır. Bayden Azərbaycanla hələ illər və on illər boyu münasibətləri dərinləşdirmək arzusunu dilə gətirməklə bir neçə faktora söykəndi ki, bunların əsası İlham Əliyev kimi etibarlı siyasət partnyorunun olması ilə bağlıdır.

Baydenin Ukraynanın suverenliyinə Azərbaycanın dəstəyini xüsusi vurğulaması ilin əvvəlində Əliyevin Ukrayna səfərinə lazımi qiyməti verməsinin ifadəsidir. Bayden həm də Amerika səfirinin həmin günlərdə İlham Əliyevin səfərini Ukraynanın suverenliyinə dəstək kimi qiymətləndirməsinin ardıcıl dövlət siyasəti olduğunu təsdiqlədi...

Baydenin bu fikrini isə heç bir halda unutmaq olmaz. Rusiyanın Ukraynada qlobal təhlükəsizlik sütunlarını silməyə çalışması Azərbaycanın suverenliyinə dəstəyin artırılmasını şərtləndirir...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ