Cümə günü, 13 noyabr 2026
     

Alman-fransız siyasiləri ABŞ-ı Rusiyaya “keçi qiymətinə satırlar"... Şok faktlar...

Image


Uzun illər boyu dünya ictimaiyyətinin xəbərsiz olduğu elə faktlar baş verib ki, onlar yeni-yeni üzə çıxıb, xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra çox aydın şəkildə görünməyə başlayıb. Bu Avropanın müəyyən ölkələrinin, bəzi siyasi liderlərinin, siyasətçilərinin Rusiya ilə bağlılığını, onun xeyrinə işləməsini ifşa edən faktlardır.

Çox maraqlıdır ki, Rusiya-Ukrayna müharibəsində ABŞ və Qərb ölkələri kifayət qədər sərt mövqe tutsalar da, onlardan fərqli olaraq Fransanın mövqeyi diqqətçəkəcək qədər yumşaqlığı ilə seçildi. Bir sıra təhlilçilərin qənaətinə görə, bu da səbəbsiz deyil, çünki Fransa siyasi dairələrinin Rusiya ilə gizli bağlılığı var və müşahidə edilənlər də onun göstəricisidir. Gizilin deyil ki, bu deyilənlər M.Lö Pen və Valeri Pekres, Nikola Sarkozinin və başqalarının timsalında öz təsdiqini tapdı. Yadınıza gəlirsə, Fransada son prezident seçkilərində əsas namizəd olan hər iki siyasətçinin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinə dair məlumatlar üzə çıxmışdı, bu məlumatlar Fransada böyük hay-küy yaratdı. O da bildirilirdi ki, hər iki siyasətçinin Makronun yerini tuta bilməməsinin səbəbi onların Rusiya “agenti” olmasıdır. Bir neçə ay əvvəl isə dünya mediasında V.Pekresin hələ SSRİ xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyi barədə məlumatlar dərc olunub. Bu həmin Perkesdir ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistana, oradan isə qanunsuz olaraq Qarabağa səfər etmişdi. Ekspertlər qeyd edirlər ki, o da daxil olmaqla bir neçə fransalı siyasətçi gizlin şəkildə Rusiyanın xeyrinə işləyiblər. Rusiyaya işləyənlər arasında M.Lö Penin də adı xüsusi çəkilir. Hətta Lö Penə seçkilər vaxtı Rusiyadan 9 milyon avro yardım edildiyi və sonra həmin məbləği geri qaytarmadığı haqda xəbərlər yayıldı. Bu əsaslandırılmış faktlarla dünya ictimaiyyətinə təqdim edildi. Onu da deyək ki, Fransanın keçmiş prezidenti Nikola Sarkozinin Kremlə yaxın oliqarxlara lobbiçilik etməsi ilə əlaqədar çoxsaylı məlumatlar aşkara çıxarıldı. Göründüyü kimi bu siyasətçilər Rusiyanın xeyrinə işləyiblər, Rusiyanın lobbiçiliyini ediblər. Yalnız  Fransanın keçmiş prezidentinin deyil, hazırkı prezidenti Emmanuel  Makronun da Rusiyapərəstliyi haqda çoxsaylı iddialar var. Yadınıza gəlirsə, Rusiya-Ukrayna müharibəsinin ilk dövrlərində Fransa prezidenti Makron tez-tez Moskvaya gəlirdi, hətta səfərlərindən birində Putinin onunla özünün məşhur uzun stolunda müzakirə apardığının hər kəs şahidi oldu. Ekspertlər deyirlər ki, Fransa prezidenti üzdə guya müharibənin dinc yolla həllinə çalışdığını göstərirdi. Amma siyasi müşahidəçilərin ehtimallarına görə, onun məqsədi əslində Rusiyanın Ukraynaya daxil olmasının qarşısını almaq, bununla da Rusiyanın Ukraynada bataqlığa düşməsini əngəlləmək olub. Ekspertlərin fikrincə, onun bütün canfəşanlığı Rusiyanı bataqlıqdan çıxarmaq imiş.

Bir çox Avropa dövlətləri isə Fransadan fərqli olaraq Rusiyanın Ukraynaya girməsinə və oradan çıxa bilməməsinə çalışırdı. Onu da bildirək ki, burada Fransa tək deyil, Almaniyanın da bir sıra siyasətçilərinin Rusiyaya bağlılığı və Rusiyanın maraqlarına xidmət etdiyi barədə faktlar üzə çıxıb. Belə ki, bir neçə ay əvvəl kanslerlik müddəti başa çatan və tutduğu postu tərk edən Angela Merkel də Rusiya ilə dost münasibətləri olan siyasətçilərdən olub. Bir məqamı xatırlatmaq yerinə düşərdi ki, Merkel kanslerliyinin başa çatmasına xeyli müddət qalmış bir neçə dəfə Moskvaya səfər etdi. Düzdür, o bu səfərini müəyyən geosiyasi vəziyyətlə bağlayırdı. İndi aydın olur ki, Merkel özü də əslində Rusiyanın lobbiçiliyi ilə məşğul olurmuş. Siyasi müşahidəçilər qeyd edirlər ki, Merkel hakimiyyətdə olduğu dövrdə Ermənistanla da çox isti münasibətləri olub. Bu təkcə Azərbaycana qarşı pis münasibətdə olmağın əlaməti deyildi, daha çox Ermənistanın Rusiyanın dostu olmasının göstərici idi. Yəni o da “dostumun dostu mənim dostumdur” prinsipi ilə çıxış edib. 2018-ci ildə Paşinyan hakimiyyətə gələndə Merkel İrəvana və Bakıya rəsmi səfərə gəldi. O İrəvanda olanda belə bir bəyanat verdi ki, bölgəyə sülh gətirmək üçün fürsət yaranıb. Bununla Paşinyanın boynuna “sən hakimiyyətə gəlibsənsə, gərək sülhə xidmət edəsən” vəzifəsini qoydu. Bu Paşinyana bir mesaj idi. Amma Paşinyan ondan sonra sülh yolunu tutmadı və onun çağırışına əməl etmədi. Lakin Merkel də bir daha Paşinyana “sən demokratik yolla hakimiyyətə gəlmisənsə, qonşularla sülh içində yaşamağı təmin etməlisən” xatırlatmasını etmədi. Merkelin Paşinyana bu xatırlatmanı etməməsinin səbəbi də aydın idi, çünki o özü Putinin ağzına baxırdı ki, Putin Paşinyana nə deyəcək. Putin də Paşinyana heç nə demədi. Merkel nəinki Rusiyanın gizlin lobbiçiliyini edib, həm də Rusiyanın bizim regiondakı dostlarının da lobbiçiliyini edib. Paşinyanın da tez-tez Almaniyaya səfərlər edib Merkellə görüşlər keçirdiyi məlumdur.

Hazırda “Qazprom”un prezidenti olan Almaniyanın sabiq kansleri  Q.Şröderin də Rusiyanın yaxın dostlarından biri olduğu elə Avropa rəsmiləri tərəfindən təsdiqlənib. Məlum olduğu kimi bunlar böyük bir şəbəkədir və hamısının da niyyəti Rusiyanı qorumaq, onu gizlin şəkildə müdafiə etməkdir. Nəzərə alsaq ki, o siyasilərin çoxu pula həris olub və bu baxımdan heç şübhəsiz ki, bu şəbəkənin qurulmasında rus oliqarxlarının milyardları da az rol oynamayıb.

Rusiyanın Avropaya “Şimal axını-2” qaz kəmərinin çəkildiyi dövrdə ona qarşı ən ardıcıl mübarizə aparan ölkə Amerika idi. Səbəb də Amerikanın Rusiyanın bu layihə ilə Avropanı qaz asılılığına salmaq niyyətini bilməsi idi. O bilirdi ki, Baltik dənizinin dibi ilə çəkilən  “Şimal axını-2” qaz layihəsi ilə Rusiya Avropanı özündən qaz asılılığına salacaq. Avropanın da bir çox ölkələri Amerika kimi buna qarşı prinsipial davrandığı halda bu layihəni ardıcıl olaraq Merkelin kanslerliyi dövründə dəstəkləyən Almaniya olub. Düzdür, sonda Amerika qalib gəldi, bu layihənin qarşısını aldı, o layihə dayandırıldı, yəni xətt tam çəkilsə də hazırda işləmir. Amma Almaniya həmişə o qaz kəmərinin tərəfində olub. Bunun özü də Almaniyanın Avropada Rusiyanın lobbiçiliyini etdiyinin bir sübutudur.

Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Avropada və Qərbdə Rusiyaya qarşı müxtəlif çaplı sanksiyalar tətbiq edilib. Avropa Birliyi hazırda Rusiyanın qazından, neftindən imtina edir. Əksər Avropa dövlətləri bunun tərəfində olsalar da, çox maraqlıdır ki, bu istiqamətdə  Fransa və Almaniya çox yumşaq siyasət aparır. Yəni bu ölkələr Rusiyanın qazından və neftindən imtina etməyə elə də cəhdlər etmirlər. Bu da onların Rusiyanın maraqlarına xidmət etdiklərini göstərir. Çünki Rusiya qazının və neftinin Avropaya nəql olunması Rusiya üçün milyardlarla vəsait deməkdir. Təkcə 2022-ci ilin 3 ayında  neft və qaz satışından Rusiya Avropa ölkələrindən 34 milyard avro pul qazanıb. Rusiyaya bu pulların axmasına dolayı yolla dəstək verənlərdən biri Fransanın və Almaniyanın yürütdüyü siyasətdir. Əgər Rusiyanın nefti, qazı Avropada “blokirovka” edilsə, onda Rusiya da bu neftdən, qazdan 34 milyard avro qazana bilməyəcək və çökəcək. Ekspertlər hesab edir ki, onun çökməməsi üçün Rusiyaya yenə də gizli dəstək verən ölkələrdən bir Fransa və Almaniyadır.

Göründüyü kimi, bəzi Avropa ölkələrində müəyyən siyasətçilərin, xüsusilə də Fransa və Almaniyada bəzi dövlət xadimlərinin Rusiyanın xeyrinə işləməsi, onun lobbiçiliyini etməsi barədə faktlar mövcuddur. Fransa və Almaniya Rusiyanın lobbiçiliyini niyə edirlər? Doğrudanmı onlar Rusiyaya lobbiçilik edirlər?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov baki-xeber.com-a şərhində bildirdi ki, Rusiyaya lobbiçilik etdiyi deyilən Almaniya və Fransanın siyasətçilərini iki yerə bölmək olar: “Rusiyanın maraqlarından çıxış edən Qərb siyasətçiləri bir-birindən fərqlidir. Onların bəziləri Rusiya xüsusi xidmət orqanları ilə əlaqədardırlar. Bəziləri ilə müəyyən razılaşmalar var. Məsələn, onlar arasında öz fəaliyyətlərini başa çatdırandan sonra Rusiyanın “Qazprom” şirkətinə təyinat alanlar, başqa şirkətlərdə yüksək vəzifə tutanlar oldu. Təbiidir ki, bu Avropa üçün çox böyük ayıbdır. Amma bu bir reallıqdır ki, bu cür adamlar var. Həm Rusiya xüsusi xidmət orqanları ilə əlaqəlidirlər, həm də görünür fəaliyyətləri dövründə müəyyən razılaşmalara gedirlər ki, vəzifələrindən çıxandan sonra həyatlarını təmin etsinlər. Ancaq ikinci qrup siyasətçilər də var ki, onların içində Makron da var. O reallığı dərk edən siyasətçilərdəndir. O əvvəlcədən də çalışırdı ki, Avropa müharibədən kənarda qalsın və ümumiyyətlə Ukraynada müharibə başlamasın. Bunun üçün əlindən gələni etdi”.

Şröderlə Merkeli bir-biri ilə müqayisə edən A.Səmədov qeyd etdi ki, Şröderin necə siyasətçi olduğunu hamı bilir: “O maddi maraqları hər şeydən üstün tutan siyasətçidir. Təəssüf ki, Almaniyada belələri də var. Merkelin nisbətən cavan yaşında Rusiya kəşfiyyatı ilə əlaqələri olubmu? Belə iddialar səsləndi. Ancaq hesab edirəm ki, o Almaniyanın kifayət qədər samballı bir siyasətçisi idi. Onu ruspərsətlikdə günahlandırmaq əsassız olardı...”

Makronun Ukrayna-Rusiya müharibəsinin başlanmasına qarşı çıxmasının səbəbi nə idi, Rusiyanı qorumaq, yoxsa başqa bir məsələ vardı? Sualımıza cavab olaraq A.Səmədov bunları bildirdi: “Məqsəd Avropanın özünü qorumaq idi. Baxın, Avropada hansı problemlər başlayıb. Bu problemlərin günü-gündən kəskinləşəcəyi gözlənilir. Amerika rahatdır, uzaqdır, bu məsələlərin ona o qədər təsiri yoxdur. Onlar yaxşı başa düşürdülər ki, müharibə Avropaya kifayət qədər ağır zərbə vura bilər. Buna görə də həm Makron, həm də Almaniyanın yeni kansleri danışıqlar apardılar, çox çalışdılar ki, müharibə olmasın. Ukrayna Rusiyanın müəyyən şərtlərini qəbul edib müharibənin qarşısını alsın. İndi də həmin mövqedədirlər. Bu yaxınlarda Makron təklif etmişdi ki, Zelenski güzəştlərə getsin müharibəni dayandırmaq mümkün olsun. Təbii ki, Ukrayna bunu qəbul etmədi. Mən Makronun mövqeyini burada satılmış bir siyasətçinin mövqeyi  kimi qiymətləndirmirəm. Avropanın, ilk növbədə Fransanın maraqlarını düşünən siyasətçi mövqeyindən çıxış edir. Arada onu eşitsələr pis olmazdı”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ