Cümə günü, 13 noyabr 2026
     

Qərbdə Ermənistan revanşistləri barədə təsəvvürlər tam aydınlaşdı...

Image


“Biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik”. Bu fikirləri prezident İlham Əliyev Litva prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü zamanı səsləndirib.

Gitanas Nauseda Ermənistana səfəri fonunda üzləşdiyi hadisələr fonunda sülh məsələsində Bakı və İrəvanın hansı mövqedə olması haqda artıq tam təsəvvürə malikdir. Məsələ burasındadır ki, Ermənistanın “Müqavimət” müxalifət hərəkatının üzvləri İrəvana səfər edən Litva prezidentini “Nikol satqındır!”, “Türksüz Ermənistan!”, “ Nikolsuz Ermənistan”, “Ayıb olsun!” şüarları ilə qarşılayıb. Bu da Gitanas Nausedanı bir daha əmin edir ki, məhz ermənilər regionda sülhə qarşıdırlar. Qeyd edək ki, Litva nümayəndə heyətini və Nausedanı iqamətgah binasına daxil olmazdan əvvəl Ermənistan prezidenti Vaaqn Xaçaturyan qarşılayıb. Buna da müxalifət əngəl olmağa çalışıb.  Polis “Müqavimət” hərəkatının tərəfdarlarına iqamətgahın darvazalarına yaxınlaşmağa imkan verməyib. Etirazçılar iqamətgahın qarşısında etirazlara davam edib. Bu fonda erməni müxalifəti regionda sülh istəyən ABŞ-a qarşı da aqressivləşib. Buna səbəb ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin açıqlamalarıdır. Xanım Treysi diplomatik tərzdə Ermənistanda hakimiyyət dəyişikliyinə qarşı olduqlarını bildirib: “Biz erməni xalqına 2018-ci ildə tutduğu və 2021-ci il parlament seçkilərində bir daha təsdiq etdiyi yola əsaslanan gələcək qurmasına kömək etməyə sadiqik”. Daha sonra isə Linn Treysi “Armenpress”ə müsahibəsində bildirib: “ABŞ Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda sülh danışıqları üzrə vasitəçi kimi iştirak etməyə hazırdır”. Diplomat Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə sülh danışıqları və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması ilə bağlı keçirilən görüşü alqışlayıb: “ABŞ Cənub Qafqazda sülh, demokratiya və rifahın çiçəklənməsinə sadiqdir. Dövlət katibi Entoni Blinkenin aprelin 5-də iki dövlətin lideri ilə telefon danışığı zamanı dediyi kimi, biz Azərbaycanla Ermənistan arasında sülh dialoqunun davam etdirilməsinə çağırırıq”. Lakin müxalifət bu barışıq təklifinə qarşıdır. Elə bu fonda Ermənistan müxalifəti Linn Treysiyə qarşı sərt bəyanatlar səsləndirir. Müxalifət iddia edir ki, ölkədə diktatura qurmaq yolunda addımlayan Paşinyan və Azərbaycana səfər etmiş səfir Ermənistanın gələcəyini müzakirə edə bilməz. Onlar bu xüsusda etiraz keçirərək “Treysisiz Ermənistan”, “Nikolsuz Ermənistan”, “Türksüz Ermənistan” şüarlarını səsləndiriblər.
Qeyd edək ki, son vaxtlar erməni müxalifəti ABŞ səfirini daha çox tənqid etməyə başlayıb. Bütün bunlar Qərb ölkələrinə açıq göstərir ki, məhz Ermənistanda müəyyən qüvvələr sülhə qarşıdır.

Ermənistanın “1in.am” nəşri yazır ki, bu halda Qərb müxalifət barədə təsəvvürlərini formalaşdırıb və bu qüvvələrlə işbirliyinə getməyəcək: “Bu fonda İrəvan küçələrində parlament müxalifətinin uğursuzluğu qeydə alınır. Əslində isə bu, yalnız ilk baxışdan müxalifətin uğursuzluğudur. Söhbət ümumilikdə Ermənistanın uğursuzluğundan gedir, çünki bütövlükdə ictimai etimad baxımından siyasi hakimiyyətlə rəqabət aparan siyasi müxalifəti olmayan dövlət uğursuzluğa düçar olub. Ermənistandakı siyasi böhranın səbəbi siyasi hakimiyyətlə bərabər legitimliyə malik siyasi müxalifətin olmamasıdır. Bu, kəskin təzahürlərə malik olmayan, lakin dövlət orqanizminin həyati fəaliyyətində həm daxili, həm də xaricdə uzunmüddətli geriləmə yaradan ciddi böhran növüdür. Ermənistanda “proqressiv” məntiqlə siyasi prosesin başlanmasını, onun sistemli, institusional irəliləyişini öz üzərinə götürməyə hazır olan qüvvələr varmı? Bu, dərin siyasi böhranın həllində əsas məsələlərdən biridir. Bu halda Qərb də müxalifətdən üz döndərir”. “Ədalətli Ermənistan” partiyasının lideri Norayr Norikyan da bildirir ki, küçədə meydana çıxan siyasi qüvvələrin fiaskosu göz deşir. Onun sözlərinə görə, gündəliklərinin həyata keçirilməsi nə qədər real olmursa, onların sıraları bir o qədər aqressivləşir: “Belə təəssürat yaranır ki, bu prosesə rəhbərlik edən bəzi adamlar üçün yaranmış çətin vəziyyətdən yeganə çıxış yolu küçələrdə qan tökməkdir ki, yaxın gələcəkdə siyasi oyunda qalmaq spekulyasiyaya çevrilsin... Xalqla tam səmimi olsanız, qarşınıza qoyulan problemləri həll edə bilmədiyinizi bəyan edib evinizə getsəniz, doğru olar. Əminəm ki, 4 ildir davam edən bu nəticəsiz müqavimətdənsə, etirafınız xalq tərəfindən daha yaxşı qəbul ediləcək”. O, dünya ictimaiyyətinin də erməni müxalifətini rədd etdiyini bildirir. Elə bu fonda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamaları xüsusi diqqət cəlb edir. Onun sözlərindən belə bəlli olur ki, erməni hakimiyyəti müxalifətin təqzyiqlərindən çəkinməyərək, Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir. Nazir bildirib ki, Azərbaycan qazandığı qələbədən sonra dünyaya bölgədə sülh və əminamanlıq istədiyini göstərib, Ermənistana hərtərəfli sülh sazişini təklif edib: “Sonra sərhədlərin müəyyənləşdirilməsi üzrə birgə komissiyanın yaradılması gündəmə gəlib, Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə edilib, birgə sərhəd komissiyası yaradılıb. Azərbaycan da Türkiyə ilə Ermənistan arasında danışıqları dəstəkləyir və bu müsbət haldır. Biz həmişə deyirik və təşviq edirik ki, Ermənistan da bu xoşməramlı yaxınlaşmalara cavab versin. Ermənistan administrasiyası daxildə radikallar, xaricdə isə diasporun təzyiqi altındadır. Türkiyə və Azərbaycan isə sülh istəyir, regionun sabitliyi üçün xoş niyyətlərini ortaya qoyublar”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ