Cümə günü, 13 noyabr 2026
     

Keçmiş girov Şahbazın "kaset açıqlamaları" ermənilərin əlinə hansı əsasları verə bilər?…

Image


Yeddi il Ermənistanda əsirlikdə olan və ötən il Azərbaycana qaytarılan Şahbaz Quliyev sensasiyalı və düşmən ermənilərin əlinə bizə qarşı təbliğat aparmaq  üçün  ciddi əsaslar verə biləcək  açıqlama ilə çıxış edib.

Ş.Quliyev Kəlbəcər rayonuna öz ata-babayurdlarını ziyarət etmək üçün yox, Baş nazirin sabiq müavini və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun tapşırığı ilə getdiklərini iddia edib:

“Çağırıb dedilər ki, “dövlətə lazımsan, getməlisən”. Mən də dedim ki, Dilqəm Əsgərov bələdçi kimi Kəlbəcəri yaxşı tanıyır, onu içəridən çıxarın, gedim. Dilqəm o vaxt tutulmuşdu, Şəmkirdə həbsdə idi.

Dilqəmi çıxarıb gətirdilər. Biz Əli Həsənovun kabinetindən yola salınmışıq. Əlimizə silah verilib, tapança, avtomat, qumbara verilib. Tam təchizatlı getmişik, erməni bunun hamısını çəkib, göstərib.

Əli Həsənova Qarabağdakı fəaliyyətimizlə bağlı 10 kaset vermişəm. Müdafiə Nazirliyində də bilirdilər. Bizim oradan çıxarıb verdiyimiz şəkillər hesabına “general” alanlar var. Biri də Səfər Əbiyevin bacısı oğludur. Mən əsir düşən günü Əli Həsənova verdiyim 10 kaseti ermənilər Xankəndidə gətirib qoydular stolun üstünə”.

Ş.Quliyev əsirlikdə olan zaman ailəsinə qarşı olan laqeydlikdən və hazırkı sosial vəziyyətindən narazı olduğunu deyib. O buna görə özünü öldürəcəyini bildirib və xaricdə yaşayan qızını gözlədiyini deyib:

“Bu gün harada səsim çıxır, götürüb yazırlar ki, “bunlar nə iş görüblər? Gedib orada dana yeyiblər”. 1 ay qalmışam orada, dananı acından ölməmək üçün yemişəm. Danışılası çox şeylər var. Mən onları saxlamışam ki, dövlət sirri kimi qalsın. Qızımın gəlməsini gözləyirəm. Onunla görüşdükdən sonra hər şeyi açıqlayacağam”.

Qeyd edək ki, bu il aprel ayının 1-də Şahbaz Quliyev sosial problemləri ilə bağlı Prezident Administrasiyası qarşısında etiraz edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov Şahbaz Quliyevin ona qarşı ittihamlarına cavab verərkən deyib ki, zəng edin Dilqəm Əsgərova, ondan soruşun o deyər: “Şahbaz adlı adam tanımıram, heç görməmişəm də onun üzünü. Mən Müdafiə Nazirliyi-zadam, yoxsa xüsusi xidmət orqanıyam? Dilqəm Əsgərova yığın, o deyəcək onun danışdıqları nədir və nə üçün danışır. Mənim onunla heç bir əlaqəm olmayıb, elə adam da tanımıram”.

Şahbazla birlikdə girovluqda olan Dilqəm Əsgərovun isə məsələyə münasibəti belə olub:

“Şahbaz Quliyev gözünün içinə qədər yalan deyir. Ondan soruşmaq lazımdır ki, Əli Həsənov kimdir, hansı səlahiyyətin sahibidir ki, bizə silah, kamera verib Qarabağa yola salsın? Mən Kəlbəcərə 1998-ci ildə Hidayət Abdullayevlə, 1999-cu ildə yevlaxlı Rəfi ilə, 2005-ci ildə isə Şahbazla getmişəm. 2010-cu ildə 44 günlük Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Anar Əliyevlə, 2007-ci il, 2009-cu il və başqa tarixlərdə digər şəxslərlə getmişəm. Onların adlarını açıqlamıram. Şahbazı Kəlbəcərə yüklərimi daşımaq üçün aparmışam. 2014-cü il iyunun 12-də biz tutulanda Həsən Həsənovu Şahbaz Quliyevə öldürtdülər. Oradakı bütün ermənilər də deyirdi ki, Həsən Həsənovu Şahbaz başından dəyənək vuraraq qətlə yetirib. Buna görə o həbs edilməlidir. Həbs ediləndə ermənilər mənim qollarımı qandallamışdı. Şahbaza dedilər ki, məni vursun. O da vurdu. Mən komaya düşdüm, xəstəxanaya apardılar. Sonra Qırmızı Xaç Komitəsindən gəldilər. Oradan gələn olmasaydı, Həsən kimi məni də öldürəcəkdilər. Həbsxanada bizə isti münasibəti olan erməni vardı. Deyirdi ki, azərbaycanlılara hörməti var. Şahbaz onu Şuşa türməsinin rəhbərliyinə satdı və o cəzalandırıldı. Şahbaz belə adamdır”.

Xatırladaq ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Həmin illərdə işğal altında olan Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub və "məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.

Şahbaz Quliyevin verdiyi açıqlamalarda hüquqi məsuliyyət yaradan məqamlar varmı?

Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Şahbaz Quliyevin son addımları onda da maraq yaradıb: “Bundan əvvəl aksiya keçirib, özünə imtiyaz tələb edirdi. Bu adamın birbaşa məsuliyyətə cəlb edilməsi mümkün deyil. Bunun üçün əsaslar təqdim edilməlidir. Azərbaycan dövləti öz vətəndaşı kimi onların hüquqlarının qorunması istiqamətində əllərindən gələn nə varsa, hamısını edib. Bizim bütün təbliğatımız belə olub ki, onlar öz ata-babalarının məzarlarını ziyarət etmək üçün ora gediblər. Ermənilər isə iddia edirdi ki, bu adamlar ora xüsusi hərbi tapşırıqla gəliblər. İndi Şahbazın danışdıqları erməni təbliğatı ilə sinxronluq təşkil edir. Mən belə başa düşürəm ki, Şahbaz belə üsüllarla özünə hansısa imtiyazları qoparmaq istəyir. Onun tələbləri hüquqi əsaslara söykənmədiyi üçün yerinə yetirilə bilmir. Ancaq bu da o anlama gəlmir ki, buna görə dövləti şantaj etmək lazımdır. Əli Həsənovla bağlı deyilənlər böhtandırsa, onu xüsusi ittiham qaydasında məhkəməyə verib məsuliyyətə cəlb edə bilərlər. Yox, əgər dedikləri təsdiqini taparsa, onda xüsusi bir cinayət təqibi ortaya çıxa bilər. Ancaq biz gördük ki, Əli Həsənov onun dediklərini təkzib edir. Təbiidir ki, Şahbaz Quliyevin açıqlamaları ermənilərin əlinə bizə qarşı təbliğat aparmaq üçün ciddi əsaslar verir. Əgər onun əlində belə faktlar varsa, niyə yazılı şəkildə dövlət qurumlarına təqdim etmir? Bunu ictimailəşdirməklə ölkənin imicinə ziyan gətirməkdən başqa nəyəsə nail olmadı”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ