Cümə günü, 13 noyabr 2026
     

"Ermənistanın Avropa İttifaqına qarşı riyakarlığı..." - Vüqar Rəhimzadə

Image


Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından ilyarımdan artıq vaxt keçsə də Ermənistan sənəddə əks olunmuş və sonrakı bəyanatlarla bir daha möhkəmləndirilmiş öhdəliklərini pozmaqda davam edir. Diqqət çəkən məqam yenə də işğalçı dövlətin bu mövqeyinin dünya gücləri tərəfindən laqeydliklə qarşılanmasıdır.

Bu baxımdan ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək verməyə hazır olduqlarını bildirsələr də hələ ki, Avropa İttifaqından başqa hansısa qurumun, dövlətin konkret addım atdığını görmək mümkün deyil. Azərbaycan sülh müqaviləsini təklif etməklə yanaşı, onun qısa zamanda imzalanmasının vacibliyini ən yüksək tribunalardan bəyan edir. 30 illik işğal dövrünün reallıqlarından fərqli olaraq hazırkı mərhələdə Azərbaycan qalib ölkə kimi diktə edən tərəf olaraq bu çağırışı edir ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz. Bu, Ermənistan üçün son şansdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə bu ilin aprel ayının 6-da Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşündə qəbul olunan sənəddə ölkəmizin irəli sürdüyü 5 prinsip işğalçı dövlətin rəhbərliyi tərəfindən dəstəklənmişdir. Əslində başqa cür də ola bilməzdi. Çünki bu təkliflər ötən ilyarım ərzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına xidmət edən addımlardır. Bu reallığın fonunda sual olunur: Ermənistan sülh müqaviləsinin imzalanmasına səy göstərirmi? Ermənistanda cərəyan edən son hadisələr, həmçinin baş nazir Nikol Paşinyanın sərsəm bəyanatları işğalçı dövlətin sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını ortaya qoyur. Ermənistan kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyasını gecikdirir, Birinci Qarabağ müharibəsində əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar barədə məlumat verməkdən, vaxtilə işğal altında saxladığı ərazilərin mina xəritələrini təqdim etməkdən boyun qaçırır. UNESCO-nun Ermənistandakı Azərbaycan tarixi irsinin monitorinqini sabotaj edir, Zəngəzur dəhlizi məsələsini uzadır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları açıq-aşkar pozur: “Dövlət başçısı İlham Əliyev ölkəmizdə səfərdə olan Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuata bəyanatında bu fikri xüsusi qeyd etmişdir ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Postmünaqişə vəziyyətinə gəldikdə, müəyyən nikbinlik var. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Bu, Ermənistan tərəfindən müsbət qarşılanmadı. Sonra Azərbaycan beş prinsipi dəqiqləşdirdi. Hansı ki, bunlar beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur. Ölkə Prezidenti ümid etdiyini ifadə etmişdir ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.

Onu da qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aprelin 6-da Brüsseldə əldə olunan razılaşmaya görə, aprelin 29-na qədər hər iki tərəf sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiyasına dair işçi qrupu yaratmalı, müvafiq görüşlər keçirilməli və əməli fəaliyyətə başlanmalı idi.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan işçi qrupunu vaxtında yaratsa da, Ermənistan tərəfindən real hərəkətlilik müşahidə edilmir. “Bütün hallarda hələ də mövcudluğu inkar edilməyən ikili standartlara əsaslanan siyasət öz sözünü deyir. Bu baxımdan ki, görünür Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq, işğalçı dövlətə verdiyi dərs unudulub. Dünyanın bəzi gücləri zamanında Ermənistana nümayiş etdirdiyi destruktiv mövqeyə görə sanksiyalar tətbiq etsəydilər, hər halda İkinci Qarabağ müharibəsi baş verməyəcəkdi. Beynəlxalq hüququn norma və prinsiplərinin vahid mexanizm əsasında tətbiqini apxa plana keçirən bəzi dünya gücləri bunun yaratdığı faciələri artıq tarixin arxivinə atılmış Dağlıq Qarabağ münaqişəsinin timsalında gördü. 30 il işğalçıya dəstək olub torpaqlarımızın unudulacağı ilə bağlı özlərində əminlik yaradan Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycanın dəyişməz mövqeyi fonunda hazırkı durumun yaşanacağından xəbərdar idilər. Çünki rəsmi Bakı dəfələrlə ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb variantı istisna edilmir. 44 günlük İkinci Qarabağ müharibəsi bunun təsdiqidir. Bu gün bəzi dünya güclərinin yenə eyni mövqeni sərgilədikləri müşahidə edilir. Azərbaycan ədaləti bərpa etdi, Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, münasibətlərdə yeni səhifənin açılmasında maraqlı olduğunu bəyan etdi. Amma Ermənistan konstruktiv mövqe ortaya qoymur, dünya yenə də seyrçi mövqedə dayanır. Konkret addımlar atmağın, Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməyin zamanıdır.”

Vüqar Rəhimzadə bu məqama da diqqəti yönəldib ki, Ermənistan sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü və Azərbaycan da bu təklifi dəstəkləmişdi: “Amma Ermənistan artıq aprelin 29-na razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icra etmədi. Ermənistanın bu gün atdığı addımlar bizi 30 illik işğal dövründə nümayiş etdirdiyi mövqeyi yada salır. Məsələ burasındadır ki, münaqişənin həlli ilə bağlı prezidentlər səviyyəsində görüşün vaxtı təyin olunan kimi Ermənistan tərəfi bu görüşdən yayınmaq üçün müxtəlif bəhanələrə əl atırdı. Daha çox istifadə edilən taktika atəşkəsi pozmaq idi. Bu gün də həmin ssenariyə uyğun addımlar atılır. Atəşkəs pozulur, Ermənistanın baş naziri qatıldığı tədbirlərdə sülh müqaviləsinə kölgə salacaq sərsəm bəyanatlar səsləndirir.”

“Qeyd etdiklərimiz göstərir ki, Ermənistan daim öhdəlikləri yerinə yetirməyən, Azərbaycan isə hər zaman vədinə sadiq qalan ölkə kimi diqqət çəkib. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə söz vermişdik və biz vədimizə sadiq idik. Lakin biz eyni münasibəti Ermənistan tərəfindən də görməliyik”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, öhdəliklərini addımbaşı pozan Ermənistanın bu hərəkətləri məsuliyyətsizlik və sabotajdır. Azərbaycan tərəfi artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını Ermənistana xidmətdə görən ATƏT-in Minsk qrupunu tarixin arxivinə göndərdiyi halda, işğalçı dövlət hələ də bu vasitəçiliyin bərpasına ümid edir. Avropa İttifaqının neytral mövqe sərgiləyərək vasitəçiliyini davam etdirməsinə Ermənistan üzdə narazılığını bildirməsə də sülh müqaviləsinin imzalanması ilə bağlı ATƏT-in Minsk qrupundan təklif gözləməsi bir çox qaranlıq məqamların açıqlanmasında yardımçıdır. Digər tərəfdən, bütün razılaşmaları pozan Ermənistan Xarici İşlər Nazirliyinin gözlənilmədən Rusiyanın TASS agentliyinə sərhədlərin delimitasiyası və sülh danışıqlarına dair görüşün Moskvada keçirilməsinə hazır olduqlarını bəyan etməsi də səbəbsiz deyil və çoxsaylı sualların yaranmasına rəvac verir.”

Vüqar Rəhimzadə bildirib ki, baş verənlər növbəti dəfə Ermənistanın riyakarlığını göstərir: “Belə ki, əvvəlcə görüşün Rusiyanın iştirakı olmadan sərhəddə keçirilməsini təklif edən rəsmi İrəvan sonradan Moskvanın təzyiqi altında görüşün Rusiyada keçirilməsinə hazır olduğunu bildirir. Bununla əvvəlcə Moskvanı kənarda qoymaq istəyən Ermənistan sonradan təzyiq qarşısında Avropa İttifaqını prosesdən kənarlaşdırmağa çalışır. Müstəqilliyi formal xarakter daşıyan Ermənistan yenə də Rusiyadan asılılığını təsdiqləyir”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçiriləcəyi gözlənilir: “Hər bir görüş postmünaqişə dövrünün reallıqlarının beynəlxalq səviyyədə qəbul edilməsinin təqdimatıdır. Baxmayaraq ki, Ermənistan hələ də Azərbaycanın döyüş meydanında və informasiya cəbhəsində qazandığı böyük uğurları, tarixi Zəfərimizi həzm edə bilmir, amma reallıqlar ona diktə edir ki, yalan təbliğatın, siyasətin ömrü uzun ola bilməzdi. Bu cür siyasətin son nəticədə haqqın, ədalətin qarşısında diz çökəcəyi gün uzaqda deyildi. Bunun üçün dünya ədalət deyilən prinsipin mövcudluğunu qəbul etməli, işğalçını adı ilə çağırmalı idi. Necə ki, 44 günlük Vətən müharibəsində buna nail olduq. Azərbaycan bu gün də sülh gündəliyinə sadiqdir və ümid edirik ki, Ermənistan nəhayət, ona verilən son şansdan yararlanacaq.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ