Cümə günü, 13 noyabr 2026
     

Rusiya-Ukrayna müharibəsi daha qanlı xarakter alacaq, sülhə artıq heç bir ümid yoxdur…

Image


Dünya gündəminin yenə əsas mövzusu Rusiya-Ukrayna müharibəsi, bunun nə ilə nəticələnəciyidir. Real vəziyyət göstərir ki, məsələnin sülh yolu ilə həlli perspektivi artıq dalana dirənib. Elə bu səbəbdən Rusiya və Ukrayna rəsmiləri sülh üçün danışıqlar prosesinin dayandırıldığını açıqlayıblar.

İki ölkədən olan nümayəndə heyətləri sonuncu dəfə martın sonunda Türkiyədə görüşüblər. Bundan sonra Moskva danışıqları məsafədən davam etdirdiyini və Kiyevin prosesi sabotaj etdiyini açıqlayıb. Ukrayna isə təkid edir ki, danışıqlar prezidentlər səviyyəsində olmalıdır. Danışıqların faktiki olaraq dayandırıldığını Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Ukrayna prezidenti aparatının rəhbəri Mixail Podolyak elan edib. Rudenko bildirir: “Danışıqlar davam etmir. Ukrayna faktiki olaraq danışıqlar prosesindən çıxıb”. Kremlin mətbuat katibi Dmitri Peskov da bildirir ki, Rusiya-Ukrayna danışıqlarında irəliləyiş yoxdur: “Rusiya-Ukrayna danışıqları irəli getmir. Kiyevin danışıqları davam etdirmək istəyi yoxdur”. Mixail Podolyak isə məsələ ilə bağlı etiraf edir ki, Ukrayna və Rusiya arasındakı danışıqlar prosesi dayandırılıb: “Amma proses bərpa olunacaq və mənə elə gəlir ki, moderator Ukrayna prezidenti Volodimir Zelenski olacaq. İndi Ukrayna Putinin imicini xilas etmək üçün heç nə vermək niyyətində deyil. Söhbət Ukrayna nümayəndə heyətinin danışıqlar prosesindən “çıxmasından və ya çıxmamasından" yox, bu mərhələdəki məqsədəuyğunluqdan və konkretlikdən gedir. Konkretliklər olacaqsa, siyasi danışıqlar davam etdiriləcək”. Daha əvvəl Zelenski bildirmişdi ki, Putinlə danışmağa hazırdır: “Amma yalnız onunla”. Xatırladaq ki, Moskva ilə Kiyev arasında danışıqlar prosesi fevralın sonunda - Rusiyanın Ukraynaya təcavüzü başladıqdan cəmi bir neçə gün sonra başlamış, nümayəndə heyətləri ilk dəfə fevralın 28-də Belarus sərhədində görüşmüşdülər. Mart ayında bir neçə görüş baş tutmuş, martın 10-da isə Antalyada Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba bir araya gəlmişdilər. Tərəflər sonuncu dəfə martın 29-da İstanbulda masa arxasına oturublar. Sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Ukrayna nümayəndə heyəti Rusiyaya sülh sazişiylə bağlı yazılı təkliflər təqdim edib. Bu təkliflər arasında Ukraynanın təhlükəsizliyinə beynəlxalq təminat müqabilində onun üçün neytral və qeyri-nüvə ölkəsi statusu müəyyənləşdirmək ideyası da olub. Ukrayna tərəfi bu xəbəri təsdiqləyib. Həmin vaxt Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin bir neçə dəfə azaldılması haqda qərarını açıqlayıb.

Bundan sonra tərəflər danışıqların onlayn formatda davam etdirildiyini bildirib. Az sonra Moskva Kiyevi İstanbulda əldə olunmuş razılaşmalardan kənara çıxmaqda ittiham etməyə başlayıb.

Danışıqlarda iştirak edən şəxslərə yaxın mənbələr BBC-yə deyiblər ki, Buçada törədilmiş kütləvi qətllərlə bağlı informasiyanın ictimailəşməsi və Rusiyanın “Moskva” adlı flaqman kreyserinin vurulması prosesin davam etdirilməsinə neqativ təsir göstərib. BBC-nin mənbələri həmçinin qeyd ediblər ki, indi müharibənin nəticəsi ilk növbədə döyüş meydanında həll olunacaq, danışıqların məqsədi isə belə münaqişələrin təkrar baş verməməsi üçün gələcəkdəki davranış qaydalarını müəyyən etməkdir. İndiki halda müharibə daha da şiddətlənir. Rusiya hər gün Ukraynanın müxtəlif bölgələrinə raketlər atmağa davam edir. Quruda döyüşlər əsasən ölkənin şərqində davam edir. Ukrayna Baş Qərargahının məlumatına görə, son həftələrdə Rusiya ordusu Donbasda hücum əməliyyatlarını genişləndirməyə çalışıb. Ukrayna isə Xarkov vilayətində əks hücuma keçib. Paralel olaraq Ukrayna hərbçilərinin Mariupolda iki aydan çoxdur döyüşdüyü "Azovstal" zavodu ərazisində də vəziyyət dəyişib. Hələ ötən ay Zelenski bildirib ki, "Azovstal"ın müdafiəçiləri kütləvi şəkildə həlak olsalar, danışıqlar baş tutmayacaq: “Bizim hərbçilərin, bizim uşaqların məhv edilməsi bütün danışıqlara son qoyacaq”.

Daha əvvəl - Buçada mülki əhalinin kütləvi şəkildə qətlə yetirildiyi məlum olanda da Ukrayna prezidenti danışıqların perspektivini şübhə altına almışdı. Bu fonda mayın 16-da hər iki tərəf “Azovstal”dakı hərbçilərin təxliyəsinin başlandığını açıqlayıb. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, ağır yaralı olan 53 hərbçi tibbi yardım üçün Rusiya tərəfinin nəzarətində olan Novoazovska təxliyə edilib. Daha 211 döyüşçü humanitar dəhliz vasitəsilə Olenevkaya göndərilib:  “Sonra onların evə qayıtmaları üçün mübadilə proseduru həyata keçiriləcək". Rusiya tərəfi onları “müharibə əsirləri” adlandırır. Dövlət Duması bu şəxslərin qaytarılmasının mümkünsüzlüyünü bəyan edir, onların Rusiya məhkəmələrinə neofaşizm ittihamı ilə mühakimə ediləcəyi bildirilir. Bu da Rusiya-Ukrayna danışıqlarını mümkünsüz hala gətirir. Elə Putin də Almaniya kansleri Olaf Şoltsla,  Finlandiya prezidenti Sauli Niinistö ilə telefon danışığında  danışıqlar prosesinin ciddi və konstruktiv dialoqa maraq göstərməyən Kiyev tərəfindən faktiki olaraq dayandırıldığını bildirib. Moskva bəyan edir ki, nümayəndə heyətləri İstanbul danışıqlarından sonra açıqlanmış sazişin parametrlərilə bağlı razılığa gəlməyincə, Putin və Zelenski arasında birbaşa danışıqlar mümkün deyil. Zelenski isə əks mövqe tutur. O dəfələrlə bəyan edib ki, lap əvvəldən Putinlə görüşün vacibliyini vurğulayıb, çünki informasiyanın başqaları vasitəsilə ötürülməsinin arzu edilən nəticəni verməyəcəyinə inanır: “Mən Putinlə danışmağa hazıram. Amma yalnız onunla. Onun heç bir vasitəçisi olmadan. Həm də ultimativ şərtlərlə yox, dialoq şərtlərilə”.  Zelenski İtaliyanın "Rai1" telekanalına müsahibəsində bəyan edib ki, Kiyev heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq. O, Ukraynanın İstanbulda formalaşdırılmış mövqeyini belə izah edib: “Müharibə gedir, bu gün əsas olan insanların həyatıdır. Ağrılıdırsa, o məsələni kənara qoyaq. Türkiyədə bizim nümayəndə heyəti bunu kənara qoymağı təklif edib, amma həmişəlik yox. Təklif ediblər ki, dövlətlərimiz Krım məsələsini 10 il ərzində nizama salsınlar. Biz bu suala cavab almamışıq”.ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes bəyan edib ki, Rusiya Donbasla bağlı hərbi məqsədlərinə çatsa belə, müharibəni dayandırmayacaq və ABŞ kəşfiyyatı ən azı yaxın gələcəkdə danışıqlar prosesinin uğurlu davamı üçün perspektiv görmür.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ