"Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil" - Prezident İlham Əliyev

img

Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

"Bəli, biz kreditləri götürürük, lakin onları yalnız yüksək texnoloji layihələrə cəlb edirik. Eyni zamanda, biz donora çevrilmişik. Biz özümüz kredit ayırırıq. Ehtiyatlarımız isə xarici borcumuzu bir neçə ay ərzində sıfıra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir və gələcək islahatlarımızı lazımınca planlaşdırmağa imkan yaradır", - deyə Prezident İlham Əliyev bildirib.

Peşə etikası

Son xəbərlər