Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan KTMT-də müşahidəçi statusu ala bilər, özü də Qərbi narazı salmadan...

Image


Vaxtaşırı gündəmə gələn məsələlərdən biri də Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi status almasıdır. Məsələ uzun müddətdir diqqət mərkəzində olsa da, reallıqda hansısa əməli fəaliyyət yoxdur.

Əslində, Azərbaycanın belə status alması ölkəmzin lehinədir. Düzdür, müşahidəçi statusu alan ölkələr KTMT strukturlarında həlledici səsə malik olmur. Lakin bununla belə, bu ölkələr sənədlərin hazırlanmasında və kollektiv qərarların yaradılmasında iştirak etmək hüququna sahibdir. Elə bu səbəbdən Azərbaycanın KTMT-də belə status almaq niyyəti daim Ermənistanın narazılığına səbəb olub. Lakin son proseslər ölkəmzin istəyinə nail olacağını göstərir. Özü də o formada ki, heç Qərb dünyası da bundan narazı qalmayacaq. Belə ki, Rusiya prezidenti Vladimir Putin KTMT-nin Moskvada keçirilən sammitində MDB-yə üzv ölkələrə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusu verilməsini təklif edib: "Bizim Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi üzrə tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti genişləndirməyimiz lazımdır. Yeri gəlmişkən, fikrimizcə, MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsu uyğun olardı. Biz bu məsələni müzakirə etməliyik". Qeyd edək ki, bu ilin əvvəlindən də MDB ölkələrinin  KTMT-də kollektiv müşahidəçi statusu almaq imkanı gündəmdə yer almağa başlayıb. MDB İcraiyyə komitəsinin katib köməkçisi Leonid Anfimov bildirib ki, bu məsələ cari ilin fevralında Minskdə, MDB ölkələrinin daimi səlahiyyətli nümayəndələri Şurasının iclasında müzakirə olunub. Hazırda MDB-yə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Ukrayna daxildir. Sonuncu, demək olar ki, Birliyin layihələrindəki iştirakını dayandırıb və bir sıra MDB razılaşmalarından çıxıb. 2018-ci ilin avqustunda isə Ukrayna   MDB-nin nizamnamə orqanlarındakı nümayəndəliyini bağlayıb, ancaq de-yure təşkilatın tərkibindədir. Lakin Rusiya-Ukrayna savaşından sonra Ukraynanı burada görmək mümkünsüz hesab edilir. 2005-ci ildə isəTürkmənistan Birliyin assosiasiya üzv-müşahidəçisi olub, belə bir xüsusi statusu ölkə özünün neytrallığına istinadən xahiş edib. Xatırladaq ki, Türkmənistan 1991-ci ildə Birliyi yaradanlardan olub.

KTMT-yə Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Rusiya və Tacikistan daxildir. Vaxtı ilə KTMT-ni Özbəkistanla Azərbaycan, eləcə də MDB-dən çıxan Gürcüstan tərk edib. Yəni hazırda hərbi-siyasi KTMT-yə daxil olmayan MDB üzvləri Azərbaycan, Moldova, Özbəkistan və Ukraynadır. Moldova və Ukraynanın hazırkı hakimiyyətinin qərbyönümlü siyasətini və sonuncunun MDB-dəki qeyri-müəyyən statusunu nəzərə aldıqda, aydındır ki, KTMT-yə hansısa qoşulma həddən artıq qəliz məsələdir. MDB üçün KTMT-də kollektiv müşahidəçi statusu təşəbbüsünün müzakirəsi hələlik qapalı rejimdə aparılır. Daşkənd Mano Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru, politoloq Baxtiyor Erqaşevin fikrincə, bu da aydındır, çünki bəzi məsələlərdə ölkələrin mövqeyi xeyli fərqlənir. Bəs, KTMT-də müşahidəçi statusunu necə almalı və bu nəyə lazımdır? KTMT-də müşahidəçi statusu haqda müddəada qeyd olunur ki, onu təşkilatın təcrübi tədbirlərində iştirak öhdəliyi götürmədən onun iş təcrübəsi və fəaliyyət qaydalarını öyrənməkdə maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar ala bilər. Bu zaman namizəd təşkilat özü yalnız BMT nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurası qərarları çərçivəsində işləyə bilər, eləcə də o, beynəlxalq hüququn aliliyinin rəhbər tutmalı, ərazi, millətlərarası və siyasi mübahisələrin həllində yalnız sülh yolunun tərəfdarı olmalıdır. Bundan başqa, namizəd təşkilatın bu işi KTMT-də qəbul olunan sənədlərə zidd olmamalıdır. Əgər MDB müşahidəçi statusu almaq üşün ərizə göndərərsə, qərarı KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şurası Katiblərinin Komitəsi ilə məşvərətdən sonra verə bilər. Müşahidəçi statusu KTMT-nin tədbirlərində iştirak hüququ, eləcə də müxtəlif məsələlərdə təşkilatın rəhbər orqanları və üzv ölkələrilə məşvərət aparmaq səlahiyyəti verir. Bu zaman müşahidəçi KTMT-nin və ya onun iştirakçı ölkələrinin maraqlarına ziyan vura biləcək fəaliyyət və çıxışlardan çəkinmə öhdəliyi götürür. Baxtiyor Erqaşev hesab edir ki, MDB və KTMT platformalarında dialoqun aktivləşməsi dünya siyasətindəki qlobal proseslərin nəticəsidir. Onun fikrincə, Asiya bölgəsində və Yaxın Şərqdə təhlükəsizlik vakuumu yaranıb və o, sürətlə dolmaqdadır. Qazaxıstan və Əfqanıstandakı böhran göstərdi ki, köhnə birqütblü dünya reseptləri reallığa uyğun gəlmir: “ABŞ-ın Əfqanıstanı tərk etməsilə qarşılıqlı cilovlama və tarazlıq sistemləri sıradan çıxdı. Makroregionda təhlükəsizlik çatışmazlığı, müəyyən vakuum yaranıb deyə bilərik. Vakuum qala bilməz, o doldurulmalıdır və dolur da. Demək olar ki, Amerika amilinin olmadığı, digər regional güc mərkəzlərinin, xüsusən Rusiya və Çin amilinin təzahür etdiyi bir zamanda regional və makroregional təhlükəsizlik konturlarının formalaşması çox aktiv surətdə gedir”. Belaruslu politoloq Aleksey Dzermant isə xatırladır ki, KTMT-də müşahidəçi statusu, özü də beynəlxalq təşkilat üzvü qismində, avtomatik olaraq təşkilata üzvlük demək deyil: “Kollektiv müşahidə təşkilatların qarşılıqlı fəaliyyətinin, doğrudan da, yeni formasıdır. Burada vacib olan cəhət budur ki, bunun avtomatik üzvlük olmadığı, yaxud da dövlətlərin statuslarının kəskin dəyişmədiyi nəzərə alınmaqla MDB ölkələrinin konsensus qərarı olacaqmı. İkinci məsələ - bunun MDB iştirakçılarının özünə və iştirakçı dövlətlərə nə verdiyini dəyərləndirmək lazımdır. Ümumilikdə isə əlahiddə bir şey təklif olunmayıb, heç kəs velosiped icad eləmir. Bilirik ki, məsələn, Avropa İttifaqı və ya ATƏT bir çox qurumlarda müşahidəçi kimi iştirak edir”. Azərbaycan bunlar fonunda öz neytral mövqeyinə dəyər versə də, ölkə elə bir vəziyyətdədir ki, xarici siyasətdə yanaşmaları yeniləmək tələb olunur. O da qeyd edilməlidir ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvü və hazırda sədridir. Bu, hansısa hərbi bloklara qoşulmaq istəməyən ölkələrin hərəkatıdır. Eyni zamanda Azərbaycanın KTMT və NATO ölkələri ilə yaxın münasibətləri və hərbi-texniki əməkdaşlığı mövcuddur. Burada qeyd etmək lazımdır ki, 44 günlük müharibədən sonra yeni reallıqlar formalaşıb. Bunlara müvafiq olaraq da Azərbaycan müharibədən əvvəl mümkün olmayan addımları indi ata bilər. Putinin yuxarıda səslənən fikirləri isə MDB-nin, onun üzvü kimi Azərbaycanın KTMT-də müşahidəçi statusu almasına imkan verir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ