Emin Həsənli Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu Komandanı ilə görüşüb - FOTO

img

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənlinin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfərin ikinci günü nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu Komandanı general-polkovnik Kemal Yeni ilə görüşüb.

“Ordu Komandanı general-polkovnik Kemal Yeni Azərbaycan qaziləri ilə növbəti dəfə görüşdən olduqca məmnun olduğunu bildirərək bir millət iki dövlət devizinə hər zaman sadiq olmamızın, bütün sahələrdə olduğu kimi hərb sahəsində də birgə, iç-içə olmağımızın vacibliyini vurğuladı”, - deyə, heyət rəhbəri E. Həsənli bildirib.

Hərbi ekspertin sözlərinə görə, o, Ordu Komandanına səmimi qəbula və diqqətə görə minnətdarlığını bildirib: "Mustafa Kamal Aratürkün “Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir” fikrininin bariz nümunəsi olaraq 44 günlük müharibə zamanı başda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla 80 milyonluq Türkiyənin Azərbaycan xalqına mənəvi dəstək olmasının böyük qürur və sevinc olduğunu ifadə etdik".

Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, gücləndirilməsi istiqamətindəki birgə fəaliyyətlərin önəmi yönündə söhbətlə davam edən görüş qarşılıqlı xatirə hədiyyələrinin təqdim edilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, səfər Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti ilə həyata keçirilir.

Peşə etikası

Son xəbərlər