Rize-Artvin Hava Limanının açılışında Prezident Əliyevə xatirə hədiyyəsi təqdim olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gəlib.
Dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olundu.
Sonra birgə foto çəkdirildi.
Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsildi.