DİN aksiya ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Bakıda bir qrup şəxsin aksiya keçirməsi ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib.
"Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb", - E.Hacıyev bildirib.