Prezident İlham Əliyev: "Türkiyə Prezidentinin Qarabağ müharibəsi zamanı Azərbaycan yalnız deyil deməsi bir çoxlarına ciddi mesaj oldu"

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ müharibəsi zamanı Azərbaycan yalnız deyil deməsi bir çoxlarına ciddi mesaj oldu.

Bunu Prezident İlham Əliyev mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılışında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı deyib: "Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq".

Peşə etikası

Son xəbərlər