Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

img

Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Peşə etikası

Son xəbərlər