Ərdoğan: "Qarabağ müharibəsi informasiya müharibəsində həmrəyliyin əhəmiyyətini göstərdi"

img

“İkinci Qarabağ müharibəsi zamanı yayılan şayiələr, dezinformasiyalar bizə bu məsələdə həmrəyliyin əhəmiyyətini göstərdi”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısına göndərdiyi videomüraciətində bildirib.

"44 gün ərzində çox çətin mübarizə aparıldı. Bu təcrübə bir daha onu göstərir ki, “Dördüncü hakimiyyət” olan media bəzi qüvvələrin əlində manipulyasiya alətinə çevrilib.

Artıq hər birimiz çox konkret olaraq görürük ki, media bəzilərinə görə həqiqətləri təhrif etmək, gerçəkləri gizlətmək üçün lazımdır. Digital faşizm bu gün milyonlarla insanın doğru informasiya almaq hüququnu məhdudlaşdıran təhdidə çevrilib. Heç bir etik dəyərlərin olmadığı sosial mediada həqiqəti tapmaq, müdafiə etmək çətindir. Dezinformasiya ilə mübarizədə, informasiya təhlükəsizliyi sahəsində Türkdilli dövlətlər arasında əlaqələrin daha da genişlənəcəyinə ümid edirəm”, - o deyib.

Peşə etikası

Son xəbərlər