Cümə günü, 13 noyabr 2026
     

Bakı Ermənistanla sərhəd və kommunikasiya məsələsində məqsədinə çatır

Image


Məlum olduğu kimi, bu günlərdə Düşənbədə Müstəqil Dövlətlər Birliyi ölkələri Xarici İşlər  nazirlikləri rəhbərlərinin iclası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutub. Tərəflər bundan öncə əldə edilmiş üçtərəfli razılaşmaların reallaşdırılması üzrə məsələləri müzakirə ediblər. Əsasən bu, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası, eləcə də sərhəddə təhlükəsizliklə bağlı işlərin başlanmasına aiddir.

Həll olunması zəruri prinsipial məsələ sərhədlərin delimitasiyasının hansı xəritələr əsasında həyata keçirilməsidir. Azərbaycan ona əsaslanır ki, bu, SSRİ-nin süqutu və Ermənistanla münaqişənin başlandığı vaxtdakı sərhədlərdir. Hadisələrin gedişi göstərir ki, artıq sərhədlərin müəyyən edilməsi ilə bağlı Ermənistan Azərbaycanın dedikləri ilə razılaşır. Bu məsələdə Azərbaycanla yanaşı, Rusiya və Qərb ölkələrinin də Ermənistana təzyiqləri artır. Sərhədlə bağlı durum nazirlərin Düşənbə görüşündə də əsas diqqət mərkəzində yer alıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli bəyanatlarına ciddi əməl etməyə hazır olduqlarını təsdiqləyiblər. Əsas istiqamətlər üzrə üçtərəfli sazişlərin həyata keçirilməsində, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında, Rusiyanın yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonradan demarkasiyası prosesinin başlanması üzrə səylərdə irəliləyiş qeyd edilib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin hazırlanması mövzuları müzakirə edilib və Rusiya tərəfi də bu işə hər cür töhfə verməyə hazırdır. Nazirlər Azərbaycan  və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında Rusiyanın iştirakı ilə dialoqun davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.  Elə bunun ardınca Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının ilk iclasının vaxtı və yeri açıqlanıb. Komissiyanın ilk iclası mayın 16-17-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Ermənistan XİN başçısı Ararat Mirzoyan məsələ ilə bağlı bildirib: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi ilə bağlı komissiyaların iclasının gələn həftə Moskvada keçirilməsi planlaşdırılır. Sizi məlumatlandırmaq istərdim ki, azərbaycanlı həmkarımla delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması mövzusunda danışmışıq. Və deyəsən, Aleksey Overçukla (Rusiya baş nazirinin müavini) kommunikasiyalarla bağlı 16-17 mayda Moskvada görüş keçiriləcəyinə dair razılıq var. Həmçinin, Moskvada həmin günlərdə delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı ikitərəfli görüşün keçirilməsi təşkil olunacaq”.

Xatırladaq ki, nazirlərin Düşənbə görüşünə paralel olaraq Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Rusiya baş nazirinin müavini Sergey Overçuk və xarici işlər nazirinin müavini Andrey Rudenko ilə bir araya gəlib. Görüşdə sərhəd və Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı məsələlər müzakirə edilib. Paşinyan bildirib: "Biz regional, avtomobil və dəmir yolu kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində artıq görülən işləri yüksək qiymətləndiririk. Bu mövzunun bizim üçün nə qədər vacib olduğunu bilirsiniz, çünki biz konkret həll yolları tapanda bu, regiondakı vəziyyəti dəyişəcək. Biz konkret müsbət nəticədə maraqlıyıq”. Overçukun sözlərinə görə, Rusiya Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının yaradılması ilə bağlı Paşinyanın qiymətləndirmələrini bölüşür: "Bu baş verəndə regionun bütün nəqliyyat konfiqurasiyası tamamilə dəyişəcək. Və həqiqətən də Ermənistan iqtisadiyyatının inkişafı, əlavə təkan almaq üçün yeni imkanlar açılacaq". Bütün bunlar Azərbaycanda yüksək qiymətləndirilir. Azərbaycan XİN başçısı Ceyhun Bayramov qeyd edir ki, son zamanlar dövlət sərhədinin delimitasiyası prosesinin başlanması baxımından kifayət qədər intensiv əlaqələr var: “Hesab edirəm ki, delimitasiya məsələləri üzrə komissiyada yaxşı irəliləyişlər, tərəflərin tərkibi və təmsilçiliyi baxımından anlaşma var. Eləcə də hesab edirəm ki, yaxın vaxtlarda, ən azı, bu prosesə başlamaq mümkün olacaq”. Ceyhun Bayramov qeyd edib ki, Bakı öz növbəsində sülh müqaviləsi üzərində işə başlamağa hazırdır: “Bununla belə, nazirlərin görüşü, tərəflər arasında təmasların qorunub saxlanması bu mövzuda müzakirələrin davam etdirilməsinə müsbət təsir göstərəcək”. Hesab edilir ki, Azərbaycan sərhəd və kommunikasiya məsələsində artıq hədəflərinə yaxınlaşır. Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan da bunu etiraf edir: “Diplomatiyanın son “nailiyyətləri” Nikol Paşinyan, Ararat Mirzoyan və Edmon Marukyanın ümidinə qalıb. Bu fonda Azərbaycan sərhədləri istədiyi kimi müəyyən edir. Qazaxa aid olan 7 kənd və Ağrı bölgəsində Kərki kəndi Azərbaycana təhvil veriləcək. İlham Əliyevin tapşırığı ilə onun tabeliyində olan iki nəfər, Azərbaycan və Ermənistan baş nazirləri Əli Əsədov və Nikol Paşinyan sərhədlərin tənzimlənməsi məsələsi ilə məşğul olacaqlar və onun nəticələri barədə Azərbaycan Prezidentinə məlumat veriləcək. Azərbaycan tərəfindən hazırlanmış və Ermənistan tərəfinin qəbul etdiyi 5 bənd prinsipləri üzrə Ermənistanın təqdim etdiyi 6 bənddən ibarət təklifləri isə Azərbaycan tamamilə rədd edib”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ