“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu yaradılır

img

“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu yaradılır. Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmanda deyilir: "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə, o cümlədən şəffaflığın və hesabatlılığın artırılmasına, habelə elektron səhiyyənin inkişaf etdirilməsinə dair təkliflərin üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini təmin etmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, habelə mütəxəssisləri və ekspertləri cəlb etməklə “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunu yaratsın".

Peşə etikası

Son xəbərlər