Cümə günü, 13 noyabr 2026
     

Qazaxın 7 kəndi və Kərkinin qaytarılacağı xəbəri Ermənistanı çalxalayır

Image


44 günlük müharibə nəticəsində Ermənistanı sarsıdıcı məğlubiyyətə uğradan Azərbaycan üçün əsas məsələlərdən biri də Qazaxın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri, Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndinin ölkəmzin nəzarəti altına qaytarılmasıdır. Bu kəndlər 1990-cı illərin əvvəlində zəbt edilib. İndi onların da qaytarılmasına hazırlıq gedir.

Xatırladaq ki, sözügedən məsələ ilə bağlı bu günlərdə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov mühüm açıqlamalar verib. O qeyd edib ki, Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır: "Bu ərazilər Azərbaycan ərazisidir. Bu torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq. Bu məsələlər müzakirə olunub öz həllini tapacaq". Xələf Xələfovun bu açıqlamaları Ermənistanda növbəti şok effekti yaradıb. Ermənistan parlamentinin müxalif deputatı Andranik Tevanyan bunu Nikol Paşinyan iqtidarının növbəti məğlubiyyəti kimi qələmə verir: “Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılması perspektivi Türkiyə və Azərbaycanı narahat edir. Bu perspektiv Türkiyə xalqını, Azərbaycan xalqını, Nikol “xalqını” qane etmir”. Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Nikol Paşinyana qarşı olan “Müqavimət” hərəkatını tənqid edib: “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıq şəkildə Nikol Paşinyanı müdafiə edib və revanşistləri Ermənistanı 30 ilə yaxın uçuruma yuvarladıqlarına görə tənqid edib. Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan edib ki, demarkasiya və delimitasiya nəticəsində Tavusda yerləşən 7 kənd və Kərki Azərbaycana veriləcək”. Erməni türkşünas Varujan Geğamyan isə məsələyə belə münasibət bildirir: “Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib ki, faktiki olaraq Brüsseldə Ermənistan hökuməti sülh sazişinin imzalanmasına başlamağa razılaşıb, bu saziş çərçivəsində Qazax rayonunun 7 kəndi və Kərki kəndinin Azərbaycana verilməsi planlaşdırılır. Bu o deməkdir ki, Ermənistanın de-fakto türkyönlü hakimiyyəti Tavus və Ağrı bölgələrinin bəzi yerlərini Azərbaycana verməyə hazırlaşır. Buna qarşı mübarizə aparırıq. Bu prosesin əleyhinəsinizsə, mübarizəyə qoşulun”.

Ermənistanın “1in.am” nəşri isə hesab edir ki, Bakı istədiyini əldə edəcək. Öncə ölkə daxilində müxalifətin aksiyalarına nəzər salan nəşr qeyd edir: “Militarizasiya. Bəziləri bu sözdən o qədər qorxurlar ki, sanki militarizasiya prosesi onların əleyhinə gedəcək. Halbuki, militarizasiya bu anda dövlətçiliyimizin müdafiəsinin yeganə yoludur və heç bir siyasi aksiya, boş vətənpərvərlik rəqibin irəliləməsini dayandıra bilməz”. Nəşr qeyd edib ki, hər hansı bir mitinqlə, hər hansı bir bayraqla rəqibin irəliləməsini dayandırmaq mümkün deyil: “İrəvanda 1 milyon nümayişçi toplamaq olar, ancaq sərhəddə 10 min adam belə səfərbər etmək mümkün olmayacaqsa, həmin nümayişçilər kimə lazımdır? Sadəcə xatırlatmaq istəyirəm ki, dünyada Ermənistanla eyni əhalisi olan bəzi ölkələr cəmi 72 saat ərzində, məsələn, 280 minə yaxın insanı səfərbər edə bilir. Biz isə gecə-gündüz ağlayırıq. Son il yarım ərzində Azərbaycan strateji müttəfiqi olan Türkiyə ilə birgə 20-yə yaxın irimiqyaslı hərbi təlimlər təşkil edib və həyata keçirib. Təlimlər həm Naxçıvanda, həm də Qarabağ ərazilərində, hətta Laçın dəhlizində həyata keçirilib. Bunlar həm taktiki, həm də strateji olub. Təlimlərə həm müxtəlif relyef və hava şəraitində məharətini aşılayan xüsusi təyinatlılar, həm də ağır texnika və aviasiya cəlb olunub. Rəqibdən, bizi məğlub edən rəqibdən nəsə öyrənə bilmirik, onların bizimkindən daha effektiv strategiyası var idi”. “Armenianreport” portalı da yazır ki, hadisələr yenə Ermənistanın maraqları əleyhinə inkişaf edir: “Azərbaycan güman etmir, açıq deyir ki, Qazaxın 7 kəndi, Kərki qaytarılacaq. Və yalnız son qərara arxayın olan şəxslər belə çıxış edə bilər. Bu tərəf isə, hamımızın başa düşdüyü kimi, Ermənistan deyil. Yenə də bizim hökumətə sual yaranır - bütün bunlara nə deyirsiniz? Sadəcə, bütün günahı əvvəlki hakimiyyətin üzərinə atmayın. Suallar onlar üçün deyil, sizin üçündür. Xələfov isə açıqca bəyan edir: “Ermənistan heç vaxt bəyan edə bilməyəcək ki, bu ərazilər Azərbaycanın ərazisi deyil. Bu yerlər Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycana geri qaytarılması delimitasiya prosesini tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycana geri qaytarılması müzakirə olunacaq və həll yolu tapılacaq”. Aydındır ki, Qazaxın 7 kəndi və  Kərkinin delimitasiya yolu ilə Azərbaycana qaytarılacağı ilə bağlı bu bəyanatlar bizim üçün qətiyyən qəbuledilməzdir. Çünki söhbət Ermənistanın yeni itkilərindən gedir. Və məhz bu faktdan çıxış edərək bütün dünyadan prosesə müdaxilə tələb etmək lazımdır. Azərbaycan indi özünü tam Rusiya kimi aparır. Dünya sussa, Putin Rusiyası indi Ukraynada nə edirsə, Azərbaycan da Ermənistanda onu edəcək”. Təbii ki, son prosesdə erməni mediası şişirtməyə yol verib və Azərbaycan beynəlxalq hüquq əsasında hərəkət edir. Sadəcə məsələyə belə yanaşma Ermənistanın qorxu içində oldiuğunu göstərir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ