çərşənbə günü, 23 sentyabr 2026
     

17 dövlət hələ də Ermənistanla diplomatik münasibət qurmayıb... Niyə?

Image


Ermənistanla diplomatik əlaqə qurmayan ölkələr də mövcuddur. Mətbuatın verdiyi məlumata görə, hazırda 17 ölkənin Ermənistanla diplomatik əlaqələri yoxdur. Belə ki,  Azərbaycan, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Barbados, Botsvana, Yəmən, Kiribati, Lesoto, Marşal Adaları, Papua Yeni Qvineya, Samoa, Sao Tome və Prinsipi, Solomon Adaları, Tonqa, Trinidad və Tobaqo və Cənubi Sudan Ermənistanla diplomatik əlaqələr qurmayıb.

Bu 17 dövlət niyə və hansı səbəbə görə Ermənistanla diplomatik əlaqələr qurmayıb?

Məlum olduğu kimi,  30 il erməni işğalına məruz qalan Azərbaycanın Ermənistanla diplomatik münasibətləri yoxdur. Qarabağ münaqişəsi səbəbindən Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr qurulmayıb.

Azərbaycan və Ermənistan arasında XX əsrdə 1918-1920-ci illərdə və 1988-1994-cü illərdə (Birinci Qarabağ müharibəsi) aparılan müharibələr münasibətləri daha da gərginləşdirib. Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ərtaf 7 rayonu işğal edilib. Azərbaycan torpaqlarında qondarma "Dağlıq Qarabağ Respublikası" yaradılıb. 1994-2020-ci illərdə Ermənistan atəşkəs rejimini dəfələrlə pozub. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanı ağır məğlubiyyətə uğradaraq işğal edilmiş ərazilərini azad edib. 2021-ci ildə sərhədlərin delimitasiyasında yaranan problemlər və Ermənitanın atəşkəsə əməl etməməsi nəticəsində Azərbaycan-Ermənistan sərhəd böhranı başlanıb. Hazırda əsas məsələ iki ölkə arasında sərhədlərin müəyyən edilməsidir. Tərəflər arasında bir neçə dəfə görüşlər keçirilsə də, iki ölkə arasında diplomatik əlaqələr bərpa edilməyib.

Ermənistanla Türkiyə arasında da diplomatik əlaqələr kəsilib. Sərhədlər 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi, Ermənistanın qondarma soyqırımı və torpaq iddiası səbəb olub.

Bundan başqa, Pakistan və Ermənistan arasında diplomatik əlaqələr mövcud deyil. Bunun əsas səbəbi Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycana məxsus Qarabağ və onun ətrafında yerləşən əraziləri işğal etməsi olub. Pakistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyir. Üstəlik iddia olunan dırnaqarası erməni soyqırımını tanımır. Pakistan İkinci Qarabağ müharibəsi dövründə və sonrakı proseslərdə Azərbaycanı dəstəkləyən ölkələrdəndir.

Bildiyimiz kimi, Ermənistan Hindistanla dost münasibətlərə sahibdir. İrəvan Kəşmir problemində Hindistanın mövqeyini dəstəkləyir və Pakistan əleyhinə siyasi xətt yürüdür. Bu mənada Pakistan dünyada yeganə dövlətdir ki, Ermənistanın müstəqilliyini tanımır. Rəsmi İslamabad bu addımı Qarabağ məsələsində Azərbaycana dəstək məqsədilə atdığını dəfələrlə bəyan edib.

Pakistanla yanaşı, Səudiyyə Ərəbistanının da Ermənistanla diplomatik təmasları yoxdur. Azərbaycanla dostluq münasibətində olan Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edib.  

Bütün bu bilgilər də Azərbaycan mediasında yer alıb.

  • “Ermənistan o qədər əhəmiyyətli dövlət deyil ki...”

Siyasi şərhçi Azər Həsrət bizimlə söhbətində bildirdi ki, Azərbaycan, Türkiyə, Pakistan və  Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmamasının səbəbi məlumdur, yerdə qalan ölkələrin çoxunun isə Ermənistanın varlığından xəbəri yoxdur. “Əlbəttə ki, bu qədər ölkənin Ermənistanla diplomatik əlaqə qurmaması böyük rəqəm olaraq görsənir. 17 dövlət Ermənistanla diplomatik əlaqə qurmayıb. Əslinə qalanda, bu 17 dövlətin heç də hamısı Ermənistanla Azərbaycan arasındakı münasibətlərin gərginliyinə görə bu münasibətləri qurmaqdan imtina etməyib. Sadəcə, onların çoxu heç bilmir Ermənistan harada yerləşir. Eyni zamanda da Azərbaycanın. Eləcə də Azərbaycanda insanlar tapmaq olar ki, bu dövlətlərin harada yerləşdiyini bilməsin. Onlar kiçik və kasıb dövlətlərdir. Onların nəinki Ermənistanla, hətta bir çox başqa dövlətlərlə də diplomatik əlaqələri yoxdur. Yaxud varsa da belə o əlaqələr yüksək səviyyədə deyil. Yəni səfirlik aça bilmirlər, get-gəlləri olmur. Bunlar çox xırda dövlətlərdir. Siyasi cəhətdən əhəmiyyətsiz dövlətlərdir. Dünyanın siyasi xəritəsində onların elə də ciddi bir çəkisi yoxdur. Amma elə dövlətlər də var ki, bəli, onlar dünyada tanınır, qəbul edilir, özünə güvən var, həmin dövlətlərin Ermənistanla diplomatik əlaqə qurmaması birbaşa Azərbaycanla bağlıdır. Bu təbiidir ki, Türkiyədir, Pakistandır, Səudiyyə Ərəbistanıdır. Həmin dövlətlər həqiqətən də Azərbaycan və Ermənistan münasibətlərini göz önündə tutaraq Ermənistanla diplomatik əlaqələr qurmayıblar. Əlbəttə, bu bizi sevindirir”.

Bununla belə, A.Həsrət qeyd etdi ki, amma ümimi götürəndə, dünyanın aparıcı dövlətlərinin Ermənistanla diplomatik əlaqələri var. “Həmin dövlətlərin o cümlədən  bizimlə də diplomatik əlaqələri var. Dünyanın öndə gedən dövlətlər belə məsələlərdə bir qayda olaraq neytral qalırlar… Sao Tome və Prinsipi, Solomon Adaları, Tonqa, Trinidad və Tobaqo və Cənubi Sudan və başqa dövlətlərə gəlincə, Cənubi Sudan xristian dövlətidir və yeni yaranıb, onun bəlkədə heç başqa ölkələrlə də diplomatik əlaqəsi yoxdur. Üstəlik də, Ermənistan o qədər əhəmiyyətli dövlət deyil ki, xırda dövlətlər belə ona maraq göstərib onunla diplomatik əlaqələr qursunlar. Yəni həmin dövlətlərin diplomatik əlaqələr qurmaq üçün Güney Qafqazda, bütövlükdə bölgəmizdə üstünlük verəcəyi dövlət Azərbaycandır. Əgər Azərbaycanla diplomatik əlaqələr yoxdursa, Ermənistanla heç olan deyil. Çünki Azərbaycanla bu əlaqələri qurub faydalanmaq mümkündür, Ermənistanla elə əlaqələr qurub faydalanmaq sadəcə olaraq mümkün deyil. Yəni Azərbaycandan sonra Ermənistanla o əlaqələri qurmaq haqqında düşünə bilərlər. Amma bu əlaqələr həmin dövlətlərə nə verəcək? Axı bunların təcili belə əlaqələrə ehtiyacı varmı? Düşünürəm ki, yoxdur. Məsələn, Papua Yeni Qvineya dövlətinin təcili olaraq Ermənistanla hər hansı bir alış-verlişi olmadığına görə diplomatik əlaqələrin də o qədər də qayğısına qalmırlar”-deyə A.Həsrət vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

22.09.2026 / 13:03
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

22.09.2026 / 12:48
Prezident: "Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır"

22.09.2026 / 12:45
"Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir" - Prezident

22.09.2026 / 12:38
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

22.09.2026 / 12:37
“Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”

22.09.2026 / 12:22
Yasamal rayonunda 21 Sentybar-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisi keçirilib

22.09.2026 / 12:01
Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - FOTO/YENİLƏNDİ

22.09.2026 / 11:55
"Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir" - Nazirlik rəsmisi

22.09.2026 / 11:28
Ukrayna “Rosneft”in Samaradakı neft emalı zavodunu ikinci dəfə bombaladı...

22.09.2026 / 11:11
Bakı Bulvarının bir hissəsinə giriş məhdudlaşdırılır...

22.09.2026 / 10:57
Türkiyədə orta məktəbə silahlı hücum - səkkiz şagird yaralandı...

22.09.2026 / 10:46
ABŞ-ın yeni Hörmüz planı - Körfəz ölkələrindən milyardlarla dollar pul istədi...

22.09.2026 / 10:23
Azərbaycan nefti ucuzlaşdı - 116 dollar...

22.09.2026 / 10:06
Bakı ilə Berlin arasında YENİ MƏRHƏLƏ: Siyasi maneələr aşılacaqmı?

22.09.2026 / 09:51
İrandan ABŞ və İsrailə müharibə xəbərdarlığı - cavabımız dağıdıcı və qəti olacaq...

22.09.2026 / 09:38
Bakıda bəzi məktəblər distant təhsilə keçdi

22.09.2026 / 09:30
QAİ indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üçün işçi qrup yaratdı...

22.09.2026 / 09:04
Nərimanovda mopeddən 490 manatlıq oğurluq edən şəxs saxlandı

22.09.2026 / 08:29
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı

22.09.2026 / 08:02
İngiltərənin daha bir şəhəri qaçqınlara qarşı ayağa qalxdı - referendum baş tutsa, əhalinin 90 faizi “yox” deyəcək…

22.09.2026 / 07:17
Burnham Səudiyyəni husilərdən qoruyacaq - Baş nazir Kral Hərbi Hava Qüvvələrini səfərbər edir…

22.09.2026 / 06:59
Tramp özünə tənqidsiz-şərhsiz 24 saatlıq telekanal yaratdı - azad medianı isə “demokratiya üçün təhlükə” adlandırdı

22.09.2026 / 06:50
Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyi bəyanat yaydı

22.09.2026 / 06:40
Atatürk Universiteti məzunlarını Bakıda bir araya gətirir

22.09.2026 / 06:30
Putin G20-lərin sammitində iştirak etməyəcək - Cinə isə gedəcək…

22.09.2026 / 06:01
Pentaqonun Polşada hərbi baza açmaq planı ertələndi

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ