Cümə günü, 13 noyabr 2026
     

Ukrayna hadisələri Azərbaycanın xarici siyasətinə diqqəti artırdı

Image


Ukrayna ətrafında baş verənlər bir daha Azərbaycanın xarici siyasətində nə dərəcədə uğurlu dövlət olduğunu təsdiqlədi. Balanslı xarici siyasət yürüdən Azərbaycan SSRİ-nin dağılmasından sonra istər Rusiya, istər Qərb, istərsə də Asiya ölkələri ilə eyni səviyyəli, bərabərhüquqlu əlaqələr qurdu. Nəticədə Azərbaycan Gürcüstanın, Ermənistanın, Ukraynanın üzləşdiyi problemlərdən uğurla yayındı.

Rusiya və Qərb arasında balanslı siyasət Azərbaycana ərazi bütövlüyünü təmin etməyə imkan verdi. Azərbaycanın xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur. Elə bu da ölkəyə əlavə dividendlər qazandırır. İndinin özündə də Azərbaycanın sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində xarici siyasət həlledici əhəmiyyət kəsb edir. Azərbaycanın bugünkü beynəlxalq vəziyyəti xarici siyasət sahəsində hər hansı bir qütbə və yaxud istiqamətə açıq nümayiş etdirilən üstünlük verilməsini miimkünsüzləşdirir, balanslaşdırıcı və tarazlaşdırıcı siyasi kurs seçilməsini şərtləndirir. Əks halda Ukraynadakı kimi problem qaçılmazdır. Xatırladaq ki, Rusiya Ukraynanın separatçı regionları olan Donetsk və Luqanskın müstəqilliyini tanıyıb. Tanınmamış "respublikaların" liderləri Rusiya ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqavilələri də imzalayıblar.Bu, Rusiyanın işğal planları barədə narahatlıqların artmasına səbəb olacaq addım kimi görülür. Rusiya prezidenti Vladimir Putin artıq "Donetsk Xalq Respublikasının tanınması haqqında" və "Luqansk Xalq Respublikasının tanınması haqqında" fərmanlar imzalayıb. Putin sənədləri imzaladıqdan sonra parlamentdən onları ratifikasiya etməyi istəyib. Xalqa müraciətində Putin tarixdən bəhs edib və bildirib ki, Ukrayna 1917-ci ilədək ayrıca dövlət kimi mövcud olmayıb və müstəqilliyini bolşeviklərin lideri Vladimir Leninin sayəsində əldə edib. O istehza edib ki, Ukraynada Leninə “təşəkkür” olaraq onun heykəllərini yıxıblar. Putin bir saatlıq çıxışının böyük bir hissəsini Sovet İttifaqının dağılmasına həsr edib. O deyib ki, SSRİ-nin taleyi onun dağılmasına hələ iki il qalanda həll olunmuşdu. Putin başqa respublikaları da nəzərdə tutaraq deyib ki, “indi, ilk növbədə Ukraynada olmaqla radikallar və millətçilər müstəqilliyin qazanılmasını öz xidmətləri elan edirlər”. Rusiya prezidenti bildirib ki, sovet rəhbərliyi artıq SSRİ yaranandan strateji səhvlərə yol vermişdi və bunlardan biri də respublikaların ittifaqdan ayrılması hüququ idi. Putin SSRİ-ni “tarixi Rusiya” adlandırıb. O bildirib ki, bolşeviklər SSRİ yaradılarkən hakimiyyətdə qalmaq naminə millətçilərin “bütün şıltaqlıqlarını” nəzərə alıblar. Putinin sözlərinə görə, Sov.İKP-nin 1989-cu ildə qəbul etdiyi milli inkişaf sənədi isə bütün bunlarda “faciəvi” rol oynayıb. O bildirib ki, Ukrayna xalqını Rusiya xalqının bir hissəsi hesab edir. Putin iddia edib ki, ABŞ və Qərb Ukrayna ərazisində təlim mərkəzləri pərdəsi altında əsl hərbi bazalar yaradıb. Vladimir Putin xalqa müraciətində onu da qeyd edib ki, 1991-ci ildə Sovet İttifaqı dağılanda Rusiya qəsb edilib, ərazisi Ukraynaya verilib. Putin NATO-nun Ukraynanı "müharibə səhnəsinə çevirdiyini" deyib. O xatırladıb ki, ABŞ və Qərb Rusiyanın təhlükəsizlik qarantiyası tələblərinə cavab verməyiblər və indi Rusiyanın öz təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görmək hüququ var. Qərbin mümkün sanksiyalarına gəlincə isə, Putin deyib: “Onlar yenə də bizi sanksiyalarla şantaj etmək istəyirlər. Yeri gəlmişkən, onlar bunu Rusiyanın suverenliyi gücləndikcə və silahlı qüvvələri böyüsdükcə onsuz da edəcəkdilər. Növbəti sanksiya hücumu üçün bəhanə həmişə tapıla və ya qondarıla bilər”.

Britaniyanın baş naziri Boris Conson Putinin Ukraynanın separatçı bölgələrinin müstəqilliyini tanıyan qərarını qətiyyərlə pisləyib və qeyd edib ki, Moskvanın bu addımı beynəlxalq qanunların pozulması deməkdir. Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, London Rusiya üzərinə yeni sanksiyalarını bəyan edəcək. Fransa prezidenti Emmanuel Makron bu hadisə ilə bağlı təcili olaraq öz ölkəsinin təhlükəsizlik şurasının iclasını çağırıb. Ukrayna prezidenti Volodimir Zelenski Putinin qərarı ilə bağlı ABŞ prezidenti Co Baydenlə danışdığını deyib. Bu arada Ağ Ev bəyan edib ki, Co Bayden Ukraynada Rusiyanın müstəqilliyini tanıdığı iki separatçı bölgəyə investisiyaları qadağan edən sanksiya elan edəcək. Avropa İttifaqı ölkələri Rusiya üzərinə sanksiyalar paketi barədə razılığa gəliblər. Amma Gürcüstan təcrübəsi göstərir ki, sanksiyalar Rusiyanı dayandırmayacaq. Əksinə, Putin Rusiya silahlı qüvvələrini “DXR” və “LXR”i də sülhməramlı funksiyaları ilə təmin etmək məqsədilə fərman imzalayıb. “DXR”in müstəqilliyinin tanınması ilə bağlı fərmanda bu xüsusda deyilir: “Donetsk Xalq Respublikası rəhbərinin Rusiya Federasiyası Müdafiə Nazirliyinə müraciəti ilə əlaqədar olaraq, “dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” saziş bağlanana qədər Rusiya Silahlı Qüvvələri Donetsk Xalq Respublikasının ərazisində sülhməramlı funksiyaları yerinə yetirir”.

Rusiya Müdafiə Nazirliyinin "LXR"in müstəqilliyinin tanınması haqqında fərmandakı göstərişləri də oxşar şəkildə tərtib edilib. Fərman imzalandığı gündən - fevralın 21-dən qüvvəyə minib. Bütün bu baş verənlər göstərir ki, balanslı xarici siyasət yürüdülmədən postsovet ölkələrinin ciddi problemlərlə qarşılaşması qaçılmazdır. Ölkəmiz bu mənada uğurlu siyasətin müəllifidir. Bunun nəticəsidir ki, hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Bu fonda bir daha təsdiqlənir ki, balanslı regional siyasət ölkənin bugünkü təhlükəsizliyi və müstəqil gələcəyi üçün ən mühüm təminat rolunu oynaya biləcək faktordur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ