Rusiya prezidenti Putin Rusiya ordusuna Ukraynaya girmək əmri verib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Xarici media yazır ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinə qondarma Donetsk və Luqansk xalq respublikalarında sülhün qorunması barədə göstəriş verib.
Ukraynanın şərqində rusiyayönlü separatçıların tanınması ilə bağlı Putinin imzaladığı iki ayrı fərman ölkənin hüquqi informasiya sistemində dərc edilib.
Beş maddədən ibarət fərmanlarda Putinin Rusiya Silahlı Qüvvələrinə qondarma Donetsk və Luqansk xalq respublikalarında sülhün qorunmasını tapşırdığı bildirilib.
Bundan əlavə, Putin Rusiya Xarici İşlər Nazirliyinə Donetsk və Luqanskla diplomatik münasibətlərin qurulmasına dair sazişlər bağlamağı tapşırıb.
TAHİR