Cümə günü, 13 noyabr 2026
     

Avropa Parlamenti Azərbaycana qarşı ikili standartlardan əl çəkə bilmir

Image


Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin dinamik inkişafı Ermənistanı, erməni lobbisini, eləcə də digər anti-Azərbaycan qüvvələrini ciddi şəkildə narahat etməkdədir. Elə bu səbəbdən onlar qarşılıqlı münasibətlərin inkişafına hansısa formada xələl gətirməyə can atırlar. Avropa Parlamentinin 2021-ci ilin yekunlarına dair xarici siyasət və təhlükəsizlik üzrə son hesabatı da məhz bu məqsədə xidmət edir.

Sənədin əsas müəllifi Fransadan olan deputat Natali Luazodur. Sənəddə iddia edilir ki, ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format olaraq qalır. Bundan başqa, sənəddə “regionun sabitliyini və rifahını təmin etmək, eləcə də regional güclərin təsir və müdaxiləsinə qarşı çıxmaq üçün Avropa İttifaqı və üzv ölkələrinin Cənubi Qafqazda daha çox iştirakının zəruriliyi” vurğulanır. Həmçinin Avropa İttifaqı, onun üzv dövlətləri və İnsan Hüquqları üzrə vitse-prezidenti “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı davamlı həllin tapılmasında fəal iştirak etməyə” çağırılır. 42-ci maddədə isə deyilir: “ATƏT-in Minsk Qrupu bu münaqişənin ərazi bütövlüyü, güc tətbiq etməməsi, öz müqəddəratını təyinetmə və bərabərlik, münaqişələrin sülh yolu ilə çözümü prinsipləri əsasında həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış format olaraq qalır”. Eyni zamanda Minsk Qrupunun mümkün qədər tez vasitəçilik roluna qayıtmasına çağırış edilir, “hərbi əsirlərin qaytarılmasının” vacibliyi vurğulanır. Amma Avropa Parlamenti nəzərə almağı unudub ki, artıq Dağlıq Qarabağ adlı bir problem və inzibati vahid yoxdur. Azərbaycan 2020-ci ilin 27-i sentyabrında erməni təxribatına cavab, BMT Nizamnaməsinə və təşkilatın Təhlükəsizlik Şurasının çıxarmış olduğu 4 mühüm qətnaməyə uyğun olaraq öz ərazi bütövlüyünü təmin edib. Ölkəmiz bununla da beynəlxalq hüququ təkbaşına icra edib. 30 ilə yaxın Qarabağ probleminin həllində məsul olan ATƏT-in Minsk Qrupu məsələnin həllində heç bir irəliləyişə nail olmayıb. Həmsədrlərin missiyası ancaq vaxt uzatmaq, erməni işğalına zəmin yaratmaq olub. Ona görə də Avropa Parlamentinin bitmiş bir münaqişə ilə bağlı sərgiləmiş olduğu mövqe yalnız təəssüf doğurur. Avropa Parlamenti görmək istəmir ki, münaqişə 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatla başa çatıb. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. İndi tərəflər kommunikasiyaların açılması, sülh prosesinə mümkün qədər tez nail olmaq ərəfəsindədir. Avropa Parlamenti bütün bunları görmək istəmir. Bu həm də onun təsdiqidir ki, Avropa İttfaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlığın səviyyəsi və əhəmiyyəti hələ də Avropa Parlamenti tərəfindən adekvat şəkildə qiymətləndirilmir. Avropa Parlamentinin Azərbaycana qarşı siyasətində ikili standartları davam etdirməsi, burada anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni diasporu və lobbisi tərəfindən dəstəklənən bir qrup deputatın ölkəmizə qarşı qərəzli mövqeyi də qeyd edilənlərin real təsdiqidir. Çox təəssüf ki, belə deputatlar Azərbaycana qarşı Avropa Parlamentinin hələ də ikili standartlar mövqeyindən çıxış etməsində mühüm rol oynamaqda davam edirlər. Fransadan olan deputat Natali Luazonun mövqeyi bunun faktiki təsdiqidir.

Avropa Parlamenti o reallığı da başa düşmək istəmir ki, bu gün Azərbaycanda heç bir hərbi əsir saxlanılmır. Ölkəmizdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından bir neçə həftə sonra Azərbaycan ərazisinə qanunsuz göndərilən erməni təxribatçıları, sərhəd toqquşamalrı zamanı təxribat törədən erməni hərbçiləri həbsdə saxlanılır. Beynəlxalq hüquq sistemi hərbi əsirlərlə diversiya əməli törədənlər, yaxud buna cəhd edənlər arasında kəskin fərq qoyur. Diversiya həyata keçirənlərin, yaxud buna cəhd edənlərin ölkələrinə qaytarılmadan saxlanıldıqları dövlətdə mühakiməsinə beynəlxalq hüquqla icazə verilir. Amma Avropa Parlamenti yenə beynəlxalq hüququn bu normalarını nəzərə almaq istəmir. 44 gün davam edən Vətən müharibəsində tarixi qələbə qazanan Azərbaycan ərazilərini  işğaldan azad etdikdən sonra münaqişə səhifəsini birdəfəlik qapatmağa və Ermənistanla bölgədə sülh, təhlükəsizlik şəraitində yaşamağa, regional əməkdaşlığı bərpa etməyə hazır olduğunu bildirib. Amma Ermənistanın revanşist dairələri, erməni diasporu ölkəmizin əməkdaşlıq çağırışlarına reaksiya verməyərək beynəlxalq miqyasda Azərbaycana qarşı qarayaxma kmpaniyası aparır. Təəssüf ki, Avropa Parlamenti də erməni lobbisinin bu məsələdə əlində alət olmaqda davam edir və bununla öz nüfuzuna ciddi zərbə vurur.

Onu da qeyd edək ki, ayın əvvəlində Bakıda keçirilən və dünya miqyasında xüsusi diqqətlə izlənilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısından cəmi 3 gün sonra keçirilən Avropa Parlamentinin İnsan Haqları alt komitəsi və Avropa İttifaqında Demokratik Proseslərə Xarici Müdaxilə üzrə xüsusi komitənin birgə iclası, burada Azərbaycana qarşı sərgilənən mövqe qurumun qərəzli yanaşmalarının  real təzahürü olub. Burada keçirilən dinləmələrdə Avropa Parlamentinin anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni diasporu ilə sıx işbirliyində olan deputatları, ölkəmizə qarşı daim ikili standartlar sərgiləyən bir sıra beynəlxalq QHT-lər iştirak edib. Dinləmələrdə əvvəlki kimi Azərbaycana qarşı heç bir əsası olmayan cəfəng ittihamlar və fikirlər səsləndirilib. Belə qərəzli yanaşmalarla Azərbaycanla Avropa İttifaqı arasında uğurlu əməkdaşlığa kölgə salmağa cəhd edilir. Eyni zamanda bu onu göstərir ki, Qərbdə hələ də müəyyən dairələr Azərbaycanın uğurlarını qəbul etmək istəmir. Belə qərəzli yanaşma, əslində Qərbin, xüsusən də Avropa İttifaqının özünün maraqları ilə ziddiyyət təşkil edir. Digər tərəfdən, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri əvəzinə, Avropa Parlamentinin öz fəaliyyətinə yenidən baxması, hər şeydən əvvəl, Avropanın problemləri ilə məşğul olması onun özü üçün daha faydalı olardı. Azərbaycan əleyhinə səslənən əsassız ittiham və  bəyanatları qəbul etmir, seçdiyi inkişaf yolunda uğurla irəliəyir. Erməni lobbi və diasporunun təsiri altında olan, onların maliyyə qaynaqlarından yararlanan Avropa Parlamentinin üzvlərinin fəaliyyəti təkcə mənəviyyatdan və siyasi əxlaqdan yox, həm də hüquq  normalarından uzaqdır. Bu, həmin deputatların Qərb dəyərlərinə xəyanəti olmaqla yanaşı, Avropa Parlamentinin nüfuzuna vurulan zərbə, ona göstərilən etimadın sarsılması deməkdir. Bu səbəbdən qərəzli mövqe sərgiləyən deputatlar və digərləri barədə Avropa ittifaqı çərçivəsində müvafiq tədbirlərin görülməsi zəruri əhəmiyyət kəsb edir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ