Dünən fervralın 19-da Almaniyanın Berlin şəhərində “Khari-Bülbül” mədəniyyət evinin nəzdində təşkil olunmuş Ana dili kurslarının yuxarı yaş qrupundan ibarət şagirdlərin iştirakı ilə "Xocalı soyqırımını gənc nəslin nümayəndələrinə tanıdaq" adlı maarifləndirici seminar kecirilib.
Seminara AR-in AFR-dəki səfirliyinin 1-ci katibi Nurçin Əliyev, AR-in AFR-dəki səfirliyinin 1-ci katibi Elman Muradov da dəvət olunub. Seminarda həmçinin “Khari-Bülbül” mədəniyyət evinin sədr müavini,, AAA IH uzvu Saur Kadirli və "Khari-Bulbul" və AAA IH üzvü Zaur Spiwak da iştirak edib.
Seminari giriş sözü ilə "Khari-Bülbül" mədəniyyət evinin sədri, AAA sədr müavini Sevda Badaliouri (Qəribova) açaraq, soyqırımda həyatlarını itirən, şəhid olan həmvətənlərimizin ruhunu iştirakçılarla 1 dəqiqəlik sükutla yad edərək sözü Nurçin bəyə verib.
Nurçin bəy Xocalı Soyqırımı həqiqətlərindən və törədilən vəhşiliklərdən söz açıb, gənc diaspora üzvlərinə ətraflı məlumat verib, gənclərə oz tövsiyələrini bildirib.
Hər zaman ürəyi Azərbaycanla döyünən alman əsilli kursun fəal diaspor üzvü Matthias Wolf da öz kədərlərini tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra Xocalı faciəsini əks etdirən sənədli film nümayiş olunub.
Baki-xeber.com