Artıq məlum olduğu kimi, Türkiyə-Ermənistan normallaşma prosesi çərçivəsində ikinci görüş fevralın 24-də Vyanada keçiriləcək.
Görüşə bir neçə gün qalmış hər iki ölkənin media çevrəsində 1993-cü ildə bağlanmış Qars-Gümrü dəmiryolunun işinin bərpa olunacağı ətrafında müzakirələr qızışıb. Paşinyan deyib ki, bu dəmiryolunun bərpasından sonra Gümrü-Arazdəyən-Mehri-Horadiz yolu açıla bilər.
Qeyd edək ki, hələ 2009-cu ildə məşhur Sürix protokolları müzakirə olunarkən ilkin addımlardan biri kimi Qars-Gümrü yolunun bərpası nəzərdə tutulmuşdu. Məhz buna görə, əksər ekspertlər Türkiyə-Ermənistan normallaşması çərçivəsində fevralın 24-də Vyanada baş tutacaq ikinci görüşdə Qars-Gümrü qərarının veriləcəyini ehtimal edirlər.
Ramil QULİYEV