Nə qədər qəribə olsa da, Ermənistan parlamentinin "Avronest" Parlament Assambleyasında müxalifətdən olan deputatları belə bəyanatla çıxış ediblər.
Xaçaturyan və Mamicanyan deyiblər ki, azərbaycanlılarla Yerevanda heç bir xüsusi müzakirə etməyəcəyik, şam yeməyində bir süfrə arxasında əyləşməyəcəyik. Belə izah veriblər ki, "azərbaycanlıların nədən və necə danışacaqlarını bilirik".
Xatırladaq ki, Şərq Tərəfdaşlığı ölkələrinin Parlament Assambleyasının iclası fevralın 21-22-də Yerevanda olacaq.
Xaçaturyan əlavə edib ki, cəhdlər göstərilsə də, azərbaycanlı deputatların siyahısını əldə edə bilmədik...
Ramil QULİYEV