Cümə günü, 13 noyabr 2026
     

Qarabağ erməniləri 1988-ci ilin 20 fevralını unuda bilmirlər, lakin məhkumdular...

Image


20 fevralı “dirçəliş günü” “elan” edən Qarabağda yaşayan separatçılar bilmirlər ki, özlərini necə gözə soxsunlar, varlıqlarını necə “sübut” etsinlər. 20 fevral niyə Qarabağda yaşayan ermənilər üçün belə əziz və unudulmaz tarixdir? Separatçılar niyə həmin günü “dirçəliş günü” adlandırırlar?

Qeyd edək ki, Qarabağdakı separatçıların qondarma “Milli Assambleyası” 20 fevral “dirçəliş günü” ilə bağlı “qərar” qəbul edib və “qərarda” 1988-ci ilin fevral ayının “ermənilərin həyatını, taleyini dəyişdiyini” iddia edirlər.  

Tarixçilər deyir ki, 1988-ci ilin fevralında Qarabağda erməni separatizmi daha da alovlanmağa başladı. Məlumatlara görə, 1988-ci il 20 fevralda ermənilər Xankəndidə Vilayət partiya komitəsinin binası qarşısında 3 min nəfərin iştirak etdiyi növbəti mitinqlərini keçiriblər. “Dağlıq Qarabağın” Vilayət Soveti Ermənistana birləşmək haqda qanunsuz “qərar çıxarır” və SSRİ Ali Sovetinə göndərir.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, 20 fevralda Qarabağdakı separatçı qüvvələr “Dağlıq Qarabağın” Azərbaycanın tərkibindən çıxarılması və Ermənistana birləşdirilməsi ilə bağlı qanunsuz qərar qəbul edib, bu baxımdan da separatçılar 20 fevralı “dirçəliş günü” “elan” ediblər. Bunun isə heç bir hüququ əsası olmadığını deyən F.Ələkbərlinin sözlərinə görə, 1998-ci ildə separatçılar qanunsuz olaraq qondarma parlamentlərində 20 fevralı “dirçəliş günü” kimi qəbul ediblər. “Separatçılar 1988-ci ildə baş verənləri özlərinin “dirçəliş günü” hesab edirlər. Əlbəttə, burada heç bir dirçəlişdən söhbət gedə bilməz. Qondarma parlamentin saxta “dirçəliş günü” deyilən bir şeyi qəbul etməsi heç hüquqa, məntiqə sığışmır. Yəni bunlar hamısı qəbuledilməzdir. “Arsax” adlandırılan qondarma oyuncağın da varlığına çoxdan nöqtə qoyulub. Orda qondarma rejimin tör-töküntüləri var və o tör-töküntülərin də müəyyən anlamda varlığı varsa o da çox sürməyəcək. Bütün hallarda, xüsusən də 1988-ci ildə baş verənlər “dirçəliş günü” yox, separatizm günüdür. 20 fevral Azərbaycanın ərazisində baş verən separatçılıq hərəkatıdır, bunun başqa adı yoxdur və bu tarixdə həm separatizm daha da alovlanıb, həm də dinc əhaliyə qarşı soyqırımlar törədilib. Bütün bunlar isə dinc azərbaycanlıların məhv eidlməsi fonunda baş verib”.

20 fevralı “dirçəliş günü” adlandırmağın siyasi bir oyun olduğunu deyən F.Ələkbərli hesab edir ki, bu hoqqabazlıqdır. Separatçıların müəyyən mənada Rusiya sülhməramlılarına, Fransaya güvənərək hələ də tör-töküntü şəkilində də olsa Qarabağda qaldıqlarını deyən F.Ələkbərlinin fikrincə, onların orada ömrü uzun olmayacaq, Azərbaycan dövləti Azərbaycanın sərhədləri boyu olan bütün separatçıların kökünü kəsəcək.

Məhərrəm Zülfüqarlı: “Rusiya sülhməramlılarının riyakarlığı sayəsində separatçılar gah atəşkəsi pozurlar, gah səngər qazırlar, indi də qondarma “dirçəliş günü” qeyd edirlər”

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə də, 20 fevral 1988-ci il erməni separatiminin geniş vüsət aldığı bir tarixdir. M.Zülfüqarlının sözlərinə görə, 1987-ci ilin noyabrından Qarabağda başlayan separatizm hərəkatı özünün bilavasitə kuliminasiya nöqtəsinə 1988-ci ilin 20 fevralında çatdı. “ Yəni “Dağlıq Qarabağ” Muxtar Vilayəti Soveti qərar qəbul etdi ki, “DQMV” Azərbaycanın ərazisindən Ermənistana birləşir və hər iki respublika sovetinə də müraciət olundu. Bununla da belə zənn edək ki, cini şüşədən buraxdılar və proses başladı. Ermənistanda azərbaycanlılara qarşı separatizm hərəkatı başladı, kütləvi şəkildə cinayətlər baş verdi. “Dağlıq Qarabağda” baş verən separatizm də, Ermənistanda yaşananlar da azərbaycanlıların kütləvi şəkildə qovulması ilə nəticələndi. Çox qəribədir ki, 44 günlük müharibədə qazandığımız qələbədən sonra 10 noyabr sazişi imzalandı və həmin sazişdə konkret göstərilib ki, erməni silahlı qüvvələri Qarabağ ərazilərindən çıxarılmalıdır. Böyük qələbədən sonra ermənilərin bu addımı atması, fikrimcə, orada olan rus sülhməramlılarının riyakarlığından başqa bir şey deyil. Yəni ruslar ona görə Qarabağdadır ki, oradakı ermənilər sabah Azərbaycan cəmiyyətinə inteqrasiya etsələr və problem həll olunsa onlar çıxıb getməlidirlər. Sülhməramlılar adı ilə ora yerləşmiş qüvvələr orada qalmaq üçün belə təxribatçı oyunlara gedir. Rusiya sülhməramlılarının riyakarlığı sayəsində separatçılar gah atəşkəsi pozurlar, gah səngər qazırlar, indi də qondarma “dirçəliş günü” qeyd edirlər. Yadınızdadırsa, Putin 2020-ci ildə 44 günlük müharibə dövründə dəfələrlə dedi ki, Qarabağ Azərbaycan ərazisidir. Yaxşı, Qarabağ Azərbaycan ərazisidir deyən bir ölkənin prezidentinin sülhməramlı adı ilə Qarabağda yerləşdirilmiş sülhməramlıları niyə separatçılara şərait yaradırlar? Deməli bu, riyakarlıqdan başqa bir şey deyil. Beynəlxalq hüquq da Azərbaycanın tərəfundədir. Orada “dirçəliş günü”nün elan edilməsinə səs verən o 30 nəfər ki var, onlar separatçıdırlar və Azərbaycan qanunları ilə cəzalandırılmalıdırlar...”

M.Zülfüqarlının fikrincə, Azərbaycan rəsmiləri separatçıların bu davranışlarına göz yuman sülhməramlıların bu riyakarlığını Rusiya rəsmilərinin diqqətinə çatdırmalıdır ki, belə halların qarşısı alınsın, əks halda gələcəkdə Azərbaycan daha sərt addımlar ata bilər.

İradə SARIYEVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ