Cümə günü, 13 noyabr 2026
     

Erməni cəmiyyəti də revanşistləri rədd etməyə başladı

Image


“Ermənistanın baş naziri Nikol Paşinyanın etimad reytinqi aşağı düşür. Bu, bütövlükdə onun siyasi komandasının reytinqinin aşağı düşməsi fonunda baş verir”. Belə bir açıqlma ilə erməni siyasi ekspert Vigen Akopyan çıxış edib.

Ekspertin fikrincə, baş nazirin komandasının reytinqi Paşinyanın şəxsi populyarlığı sayəsində yüksək olub. Buna baxmayaraq, Akopyan hesab edir ki, Ermənistan əhalisinin indiki hakimiyyətdən məyusluğu hər gün artır: "Amma bunları nəzərə alsaq belə, parlament müxalifətinin heç bir ümidi olmamalıdır, çünki hazırkı hakimiyyətdən məyus olan Ermənistan sakinləri çətin ki, hazırkı müxalifəti dəstəkləməyə hazırdır. Səslərin bir hissəsi, belə demək mümkünsə, yiyəsiz qalıb. Yəni bu bazar günü seçkilərin keçirilməsinə qərar verilsəydi, indiki hakimiyyətdən məyus olan vətəndaşların əhəmiyyətli hissəsi sadəcə olaraq seçkilərə getməzdi”. Akopyan revanşist qüvvələrin Ermənistanda hakimiyyətə gəlmək şanslarının olmadığını bildirib. Üstəlik, bu açıqlamalar Ermənistanda revanşist qüvvələrin yenidən fəallaşmağa çalışdığı bir vaxtda verilib. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan yenidən Qarabağ kartı ilə indiki hakimiyyətin üzərinə hücuma keçib. O, Rusiya prezidenti Vladimir Putinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması ilə bağlı bəyanatına munasibət bildirib və “bu bəyanata Ermənistandan niyə heç bir reaksiya yoxdur” sualını cavablandırıb: “Mənim hakimiyyətim dövründə Qarabağın Azərbaycanın tərkibində ola biləcəyini göstərən heç bir sənəd yox idi. Düşünürəm ki, müharibə zamanı və ondan sonra baş verən hadisələr belə bir bəyanatın yaranmasına səbəb olub. Səbəb də budur və ölkəmizin hakimiyyət orqanları İlham Əliyevin bəyanatlarına münasibət bildirməsə, guya məsələ nəhayət həllini tapıbsa, Ermənistanın Rusiyanın bəyanatlarına hansısa formada nə cavab verəcəyini gözləyirsiniz? Axı Rusiya Federasiyasının prezidenti Əliyevin, Ərdoğanın açıqlamalarını eşidir və Ermənistandan heç bir reaksiya eşitmir. Vladimir Putinin Ermənistanın baş nazirindən daha çox erməni olmasını istəyirsiniz?.. Mən, üçüncü prezident Serj Sarkisyan Qarabağın Azərbaycanın tərkibində olmaması üçün mübarizə aparacağıq, biz əlimizdən gələni edəcəyik, lakin biz bu hökumətin adından danışa bilmərik”. Erməni politoloq Levon Şirinyanın sözlərinə görə, Köçəryanın nə deməsindən asılı olamayaraq, ölkədə revanşistlərə nifrət böyükdür və onların yenidən hakimiyyətə gəlmək şansları yoxdur: “Gəlin ondan başlayaq ki, revanşistlər ümumiyyətlə parlamentdə olmamalı idilər. Onlar parlamentə gələndə hər vasitə ilə hakimiyyət dəyişikliyinə nail olmaq məqsədini bəyan etdilər. Bunun üçün istənilən vasitəyə əl atırlar. Bir daha deyirəm, onların yeganə məqsədi hakimiyyət dəyişikliyidir və bu, Rusiyadan əsən küləkdir”. Şirinyan qeyd edib ki, revanşist müxalifət qüvvələrinin konstruktiv mənada təklif edəcəyi müsbət heç nə yoxdur. Erməni politoloq vurğulayıb ki, revanşistlərin yeganə məqsədi hakimiyyətin devrilməsidir: “Lakin cəmiyyət onları dəstəkləmir və revanşistlər istəklərinə çata bilməyəcəklər”. Erməni cəmiyyətində böyük əksəriyyət başa düşür ki, bu gün Ermənistanın əsas hədəfi və xilas yolu qisas hissindən qurtulmaq, revanş ideyası ilə yaşamamaqdır. Nə bu gün, nə də gələcəkdə ermənilərin günahkar axtarışı heç bir nəticə verməyəcək. Azərbaycan ordusunun onlara verdiyi dərs Ermənistanın öz rolunu dərk etməsi və sivil dünya birliyində özünün düzgün yolunu və yerini axtarıb tapması üçün növbəti fürsətdir.  Elə bu fonda da revanşistlərə erməni cəmiyyətində ciddi dəstək yoxdur. Təsadüfi deyil ki, erməni cəmiyyəti Ermənistanın ağır məğlubiyyətindən sonra özünü “xilaskar” kimi daxili auditoriyaya sırımağa çalışan və əslində, çoxdan bitmiş siyasi karyerasını Nikol Paşinyanın məğlubiyyəti üzərində dirçəltmək istəyən “Qarabağ klanı”nı rədd edir. Erməni cəmiyyətinin düşünə bilən kəsimi, ruh düşkünlüyündən savayı, həm də anlamağa çalışır ki, revanşistlər öz aqressiv açıqlamaları ilə təkcə Azərbaycana, Türkiyəyə meydan oxumur. Onların mövqeyi həm də Rusiyaya meydan oxumaqdır. Çünki 10 noyabr razılaşması Rusiyanın birbaşa vasitəçiliyi ilə imzalanıb və şəxsən Vladimir Putinin iştirakı və səyi ilə baş tutub. Bu razılaşmanın pozulmasına isə Rusiya razı olmaz. Nikol Paşinyan bəyanata qol çəkib və bu bəyanatdan kənar hansısa addım atmaq Ermənistanın daha ağır şəkildə cəzalandırılması ilə yekunlaşa bilər. Ümumiyyətlə, hazırda Ermənistanda revanşist qüvvələrin şansı o qədər də yüksək deyil. Keçirilən sosioloji sorğuların nəticələri də göstərir ki, erməni cəmiyyəti hazırda müxalifət düşərgəsinə ciddi etimad bəsləmir. Vəziyyət birmənalı şəkildə onu sübut edir ki, Ermənistan əhalisinin az bir qismi istisna olmaqla, əksər hissəsi konkret olaraq iqtisadiyyatın dirçəldilməsinin tərəfdarıdır və onlar heç bir müharibə, revanş ideyalarının arxasında dayanmaq istəmir. Onların əsas istəyi Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasına nail olmaqdır. Çünki Ermənistanın gələcəyi sırf bundan asılıdır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ