Cümə günü, 13 noyabr 2026
     

Türkmənistanda hakimiyyət dəyişir, Azərbaycanla münasibətlərin inkişafı Aşqabad üçün yenə prioritet olacaq

Image


Türkmənistanda hakimiyyət dəyişikliyinə gedən hazırlıq getdikcə daha çox diqqət mərkəzinə gəlməkdədir. Xatırladaq ki, bir neçə gün əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov postunu gənc rəhbərə vermək niyyətində olduğunu bildirib.

Türkmənistanda sonuncu prezident seçkiləri 2017-ci ildə baş tutub. Həmin seçkilərdə Qurbanqulu Berdıməhəmmədov səslərin 97,28 %-i toplayıb. Mərkəzi Asiyanın bu ölkəsində prezident 7 il müddətinə seçilir. Fevralın 11-də tezliklə istirahətə getməyə hazırlaşdığını deyən 64 yaşlı Berdiməhəmmədov "peyğəmbər yaşına" çatdığını və gənclərə yol vermək lazım gəldiyini bildirib. 15 il əvvəl prezidentliyə başlamış Berdiməhəmmədov bu xüsusda qeyd edib: "Mən ölkəmizin inkişafının yeni mərhələsində dövlət idarəçiliyinə mənəvi mühitdə və müasir dövrün yüksək tələblərinə uyğun şəkildə tərbiyə olumuş gənclərə yol açmaq lazım gəlməsi fikrini dəstəkləyirəm. Öz böyük həyat təcrübəmi və Xalq Məsləhətinin (Türkmənistan parlamentinin yuxarı palatası) sədri kimi siyasi təcrübəmi bundan sonra bu sahəyə yönəltmək niyyətindəyəm". Onu da qeyd edək ki, Türkmənistanda növbədənkənar prezident seçkilərinin tarixi müəyyənləşib. Seçkilər martın 12-də keçiriləcək. Bu fonda prezident seçkiləri öncəsi kampaniyaya start verilib. İlkin mərhələ namizədlərin irəli sürülməsi mərhələsidir. Siyasi partiyalar qurultay vasitəsilə öz namizədlərini irəli sürür. Türkmənistanda 3 siyasi partiya fəaliyyət göstərir. Bunlar Türkmənistan Demokrat Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasıdır. Hakimiyyətdə olan Demokrat Partiyası növbədənkənar prezident seçkilərində Prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədovun namizədliyini irəli sürüb. Türkmənistan Aqrar Partiyası isə prezident postuna Marı vilayəti başçısının müavini Ağacan Bəymuradovun namizədliyini irəli sürüb. Lakin böyük əminliklə demək olar ki, Türkmənistanın yeni prezidenti Sərdar olacaq. Lakin maraq doğuran odur ki, nə üçün "Arxadağ" və ya "türkmənlərin himayəçisi" Qurbanqulu Berdiməhəmmədov hakimiyyəti indi ötürmək qərarına gəlib? Qurbanqulu  Berdiməhəmmədovun tezliklə öz postunu tərk edəcəyini onun yaxın ətrafı hələ 2019-cu ildə müzakirə edib. Həmin vaxt  prezident düz bir ay ortada görünməyib. Onun kəskinləşməkdə olan şəkər diabetindən əziyyət çəkdiyi barədə xəbər də elə o vaxt yayılıb. Bəzi ekspertləq qeyd edir ki, Qurbanqulu  Berdiməhəmmədovun vaxtından əvvəl hakimiyyətdən getmək qərarına qonşu ölkələrdə baş vermiş hadisələr - hakimiyyətin  ötürülməsi ilə bağlı Özbəkistanın birinci prezidenti İslam Kərimovun ailəsinin uğursuz cəhdi və Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin hakimiyyətdən uzaqlaşdırılması da təsir edə bilər. Əvvəllər Türkmənistanın "elitası" onu şəriksiz lider kimi qəbul etməyə hazır olmadıqlarını sezdirib. Politoloqlar hesab edir ki, Qurbanqulu məhz buna görə - oğlunu ona qarşı müxtəlif cəbhələrin formalaşmasından sığortlamaq üçün, eyni zamanda, özünün təhlükəsizliyini təmin etmək və öz nüfuzunu qoruyub saxlamaq məqsədilə parlamentin yuxarı palatasının sədri vəzifəsinə seçilib. Bu fonda hesab edilir ki, ilk vaxtlar Berdiməhəmmədov ölkəni oğlu ilə birlikdə idarə edəcək, sonra isə özünə yalnız "təminatçı" və "məsləhətçi" rolunu saxlayaraq tədricən hakimiyyətdən uzaqlaşacaq. Hazırda Sərdar Berdiməhəmmədov ictimai mühitdə və mediada atasından daha çox görünür. Yaxın keçmişdə ölkənin regionlarını dolaşıb, tez-tez əsas kanalda çıxış edir və beynəlxalq səfərlərə gedir. Ekspertlər onun bu aktivliyini də Türkmənistanda hakimiyyətin tədrici tranzitinin tərkib hissəsi hesab edirlər.hesab olunur ki, seçkidə Sərdarın real rəqibləri olmayacaq və Türkmənistanda ümumiyyətlə real siyasi proses yoxdur. Məsələnin diqqət çəkən yeganə tərəfi Sərdarın atasından nə dərəcədə asılı olacağıdır. "Oksus" Orta Asiyanı Öyrənmə Cəmiyyətinin rəhbəri Edvard Lemon bildirir ki, Sərdarın seçəcəyi mövqe maraq doğurur: "Atası hakimiyyətə periferik mövqedən gəlmişdi, sələfilə bağlı şəxsiyyətə pərəstiş kultunu ləğv edib öz kultunu yaratmışdı. Ata və oğulun ölkəni birlikdə idarə etməsinə baxmaq maraqlı olacaq. Biz oxşar nümunəni Sinqapurda görmüşdük. Orada  Li Kuan Yu hakimiyyəti varisinə ötürəndən sonra "nazir-müəllim" postunu tutmuşdu". Türkmənistandakı hadisələri şərh edən politoloq Sərdar Aytakov da onunla həmfikirdir: "Sərdar yavaş-yavaş menecerlərdən və məsləhətçilərdən ibarət komanda formalaşdırır, amma hələ ki, bunu göz qabağında etmir. Bu komanda hələ ki, köhnə nomenklaturaya qarşı gücə - "onun partiyasına" çevrilməyib. Amma atasının ona nə dərəcədə müstəqillik verəcəyi aydın deyil. Berdiməhəmmədov hakimiyyətdən çəkilib "millətin lideri və ya atası" və ənənələrin, suverenliyin və müstəqilliyin qoruyucusu kimi qalacaq”.

İxtisasca mühəndis-texnoloq olan Sərdar Berdıməhəmmədov Türkmənistanın Kənd Təsərrüfatı Universitetini bitirib, texniki elmlər doktorudur. Eyni zamanda, prezidentin yeganə oğlu və ən publik övladıdır. Bacılarının ərdə olduqları və xaricdə, təxminlərə görə, Britaniya və Fransada yaşadıqları bilinir. Hesab edilir ki, hakimiyyətə gəldikdən sonra Sərdar Berdıməhəmmədov atasının qonşu ölkələr, o cümlədən Azərbaycanla bağlı siyasətini də olduğu kimi davam etdirəcək. Xüsusən də o fonda ki, Azərbaycan Türkmənistanın enerji resurslarının dünyaya ixracında Aşqabada mühüm alternativlər vəd edir. Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişafında yanacaq-enerji sektorunun xüsusi yer tutması təbiidir. Bu sahədə əməkdaşlığı şərtləndirən əsas amil ilk növbədə hər iki ölkənin zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Azərbaycanın uğurlu neft-qaz strategiyası və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün yeni perspektivlər açıb. Ötən ilin yanvarında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanması da bu baxımdan böyük əhəmiyyətə malikdir. Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır. Bütövlükdə, bu hadisə Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir. Eyni zamanda, bu fakt türk birliyinin, türkdilli ölkələr arasında münasibətlərin güclənməsini də özündə ifadə edir. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ