Cümə günü, 13 noyabr 2026
     

Qarabağda antiterror əməliyyatlarına başlanılması aktuallaşdı

Image


Məlumdur ki, Azərbaycan Qarabağdakı separatizm qalıntılarını indi diplomatik yolla təmizləmək istiqamətində fəal iş aparır. Elə bu fonda rəsmi Bakı bölgəyə Rusiya sülhməramlı qüvvələrinin gəlməsinə və sülh prosesinə nəzarət üçün Türkiyə-Rusiya müştərək mərkəzinin yaradılmasına razılıq verib.

Digər tərəfdən, 10 noyabr sazişinə uyğun olaraq müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan bölgələrdən Ermənistan silahlı qüvvələrinin qalıqlarının təmizlənməsi, Bakının suveren hüquqlarının bütün ölkə ərazisində təsis edilməsi əsas şərtdir. Bununla belə, proseslərin gedişi Azərbaycanı qeyri-diplomatik yollara əl atmağa da vadar edə bilər.

Məsələ burasındadır ki, son günlərdə Qarabağda separatçıların təxribatları çoxalıb. Gah mövcud olmayan “parlament”də uydurma “işğal haqqında qanun” “müzakirəyə” çıxarılır, gah “təlimlər” keçirilir, gah separatçılar guya “əhalinin mümkün təxribatlardan mühafizəsi” üçün çalışdıqları görüntüsü yaradılır. Xatırladaq ki, Qarabağın dağlıq hissəsindəki separatçıların “təhlükəsizlik şurasının rəhbəri” Vitali Balasanyanın təşəbbüsü ilə fevral-may aylarında atəş hazırlığı üzrə təlimlər keçiriləcək.Təlimlərdə məqsədin qondarma “respublikanın” sakinlərinin hərbi bacarıqlarını təkmilləşdirmək olduğu bildirilib. Təlimlərin separatçı birləşmələrin maddi-texniki təminatı əsasında həyata keçiriləcəyi deyilib. Qeyd edək ki, Vitali Balasanyan azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının müəlliflərindən biridir. Bunlar fonunda Azərbaycanın Qarabağdakı separatizm qalıntılarını hərbi yolla təmizləməsi aktuallaşır. ATƏT Minsk Qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland “Trend”ə açıqlamasında digər suveren dövlətin ərazisində “təlimlər”in planlaşdırılmasının nəinki təxribat, həm də qanunsuz fəaliyyət olduğunu bildirib: “Amma Bakı ilə İrəvan arasında danışıqlar üçün hələ kifayət qədər vaxt var. Rusiya və ATƏT Minsk Qrupu da öz rolunu oynaya bilər”. Amerikalı ekspert Piter Teysin sözlərinə görə isə, erməni separatçıların Qarabağda, Azərbaycanın suveren ərazisində planlaşdırdığı “hərbi təlimlər” Avropa təhlükəsizliyinə ciddi təhdiddir və Cənubi Qafqaz regionunun iqtisadi inkişafına birbaşa təsir göstərir: “Rusiya artıq konkret tədbirlər görməli və Qarabağda “hərbi manevrlər”in keçirilməsinə yol verməməlidir. Rusiya Qarabağa silah tədarükünün azaldılması ilə bağlı qəti tədbirlər görməlidir. “Hərbi təlimlər”ə diqqətin yönəldilməsi bir daha onu göstərir ki, Ermənistan müharibəni qızışdıran dövlətdir və o faktı da üzə çıxarır ki, İrəvan qonşu ölkələrlə münasibətdə şovinist siyasət yürüdür. Avropa İttifaqı və beynəlxalq təşkilatlar fəaliyyətə keçməli və Azərbaycan mədəniyyətinin tarixi mərkəzi olan Qarabağ regionundakı erməni faşistlərinə qarşı sanksiyalar tətbiq etməlidir”.

Hadisələrin bu gedişatı isə yalnız iki tərəfə zərər vura bilər: Ermənistana və Rusiyanın sülhməramlı missiyasına. Xaosda batıb qalmış Ermənistan bu cür avantüralarla özünü daha da çıxılmaz vəziyyətə salır. Ermənistan üçün yeganə çıxış yolu 10 noyabr üçtərəfli bəyanatının müddəalarını icra etməkdir. Əks halda Azərbaycan güc variantından istifadəyə məcburdur. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan da bunu mümkün sayır: “Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanı şəxsən təhqir edir, sonuncu isə susur. İlham Əliyev o qədər qətiyyətlidir ki, artıq Araik Arutunyana qarşı cinayət işi qaldıracağı ilə hədələyir. Onu terrorda ittiham etmək istəyirlər. Arutunyana Ermənistandan yardım göstərildiyi iddia edilir. Bununla əlaqədar onlar ərazimizdə xüsusi antiterror əməliyyatı keçirmək hüququnu özlərində saxlayırlar”. Ekspertlər isə qeyd edir ki, Bakının səbrli mövqeyindən sui-istifadə edərək mütləq əksəriyyəti müharibə sonrası Rusiya sülhməramlıları tərəfindən bölgəyə daşınan, sayı 25 mini keçməyən ermənilər odla oynadıqlarının fərqində olmalıdırlar. Qarabağın bir hissəsində qondarma respublika oyununa davam edən, hansısa konstitusiya dəyişikliklərindən danışan A.Arutunyan başda olmaqla, Xankəndidəki separatçılar hər an Azərbaycanın antiterror əməliyyatları ilə məhv edilə bilər. Baş Prokurorluğun bəyan etdiyi “Özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutunyanın qısa müddətdə əməliyyat və kəşfiyyat qurumları tərəfindən məhkəmə baxışına çıxarılması təmin ediləcək” cümləsini də artıq  Bakının səbr kasasının dolması kimi görmək mümkündür. Hər halda, Azərbaycan ermənilərə lazımı qədər vaxt verib. Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirir ki, Qarabağdakı təxribatlar sülhə təhdidlər yaradır: “Hansı təlimdən söhbət gedir və ya kimə qarşı keçirilir bu təlimlər? Məqsəd nədir? Separatçılar yenidən müharibəyə hazırlaşırlarmı? 44 günlük müharibə onlara yaxşı düşünmək üçün yetərli olmadımı? Guya hansısa təhlükənin olması və əhalinin buna hazırlanması yalnız və yalnız avantüradır və erməni propoqandasına xidmət edir. Azərbaycan dəfələrlə bu barədə mövqeyini ifadə edib. Azərbaycan bölgəyə sülhün gəlməsini istəyir. Əgər Ermənistan müharibə istəyirsə, Azərbaycan buna hər an hazırdır”. O bildirib ki, ermənilər bu təxribatların hansı nəticələrə gətirə biləcəyini yaxşı bilir: “44 günlük müharibədə Azərbaycan bunu Ermənistana göstərdi. Dəmir yumruq hər an yerindədir. Ermənilər bunu unutmamalıdırlar. Cəmiyyəti düşündürən digər sual odur ki, bəs Rusiya sülhməramlıları hara baxır, niyə belə təxribatlara yol verirlər, niyə ölçü götürmürlər? Başları yoxsa humanitar aksiyalara qarışıb? Onların əsas vəzifəsi belə halların baş verməsinin qarşısını almaqdır. Bölgəyə də bu məqsədlə gəliblər. Əgər onlar bu təxribatların qarşısını almaqda acizdirlərsə, Azərbaycan özü təxribatçıları cəzalandırmaq üçün geniş imkanlara malikdir. Bu təxribatlara mütləq son qoyulmalıdır. Əks halda məsuliyyəti ermənilər daşıyır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ