Bazar günü günü, 27 sentyabr 2026
     

UNESCO Qarabağa ayrıca missiya hazırlayır - təhlükəli erməni planı pozulmalıdır...

Image


Ermənistan mediasının iddia etdiyinə görə, UNESCO-nun sözçüsü Tomas Mallard “Armenpress”ə deyib ki, UNESCO Dağlıq Qarabağa müstəqil texniki missiya göndərmək üzərində işləyir.

UNESCO Azərbaycan dövləti ilə bu məsələni əlaqələndirmədən Qarabağ ərazisinə necə missiya göndərə bilər? Yəni UNESCO Azərbaycanın xəbəri və razılığı olmadan Qarabağa necə gedə, orada necə missiya həyata keçirə bilər? Ümumiyyətlə, UNESCO-nun Qarabağa ayrıca missiya göndərməsi qətiyyən yolverilməzdir. Çünki Qarabağ Azərbaycanın tərkib hissəsidir və ümumi şəkildə UNESCO missiyası Azərbaycan hökuməti ilə razılıq əsasında işğaldan azad edilmiş ərazilərdə yoxlama apara bilər. Eyni zamanda Azərbaycan hökuməti ilə razılaşdırılmış qaydada və dövlətimizin xüsusi nümayəndəsinin iştirakı ilə Qarabağın ərazisində missiya həyata keçirə bilər. Yoxsa UNESCO durub deyir ki, Ermənistana bir missiya göndəririk, Azərbaycana bir missiya, Qarabağa da bir missiya göndəririk. Qarabağ ayrı bir subektdir ki, ora Azərbaycandan kənarda missiya göndərilsin? Bu qətiyyən yolverilməzdir. Bu səbəbdən də Qarabağa UNESCO-nun ayrıca missiya göndərməsi bir pozuculuq aksiyasıdır və Ermənistanın, erməni lobbisinin maraqlarını ifadə edir. UNESCO-nun missiyası yalnız Azərbaycana və Ermənistana gələ bilər, Azərbaycana gələn missiyanın da işi həm azad olunmuş ərazilərimizdə, həm də hazırda müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdə missiya aparmaq olmalıdır. Qarabağa ayrıca bir subyekt kimi yanaşılması isə qətiyyən yolverilməzdir.

UNESCO-nun Qarabağa ayrıca missiya göndərmək kimi təhlükəli planını pozmaq üçün nə etmək lazımdır? Biz bunun üçün nə etməliyik ki, UNESCO bu təxribata yol verməsin?

  • “UNESCO-nun missiyası Qarabağa mütləq Bakıdan getməlidir, belə də olacaq”

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan mediasının yaydığı bu məlumat dezinformasiyaya daha çox bənzəyir. “Ermənistan mediası bu şübhəli fikirləri UNESCO-nun mətbuat katibinin  adından yayıb. Bu qondarma bir şeydir. Əslində, dövlət xətti ilə UNESCO-ya müraciət olunmalıdır ki, bu Tomas Mallard, bu uşaq kimdir erməni toruna salıblar, erməni mətbuatı bundan istifadə edib? Hər şey danışılıb, hər şey həll olunub. Bilirsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə razılıq əldə olunub. Fevralın 4-də keçirilən görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib. Bu barədə rəsmi razılaşma var.  UNESCO-nun missiyası Bakıya gələcək və Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa da Bakıdan gedəcək. UNESCO-nun missiyası Qarabağa mütləq Bakıdan getməlidir, belə də olacaq. Hesab edirəm ki, yayılan məlumat yüz faiz növbəti erməni təxribatıdır. Bu təxribatda da birbaşa erməni qriqorian kilsəsinin əli var. Görürsüz ki, məlumatda erməni kilsəsinin də adını çəkirlər. UNESCO-nun həmin nümayəndəsinə müraciət olunmalıdır ki, siz belə demisiz, yoxsa sizin fikirləriniz təhrif olunub? Bu şəxsdən bizim dövlətimiz və mətbuatımız açıqlama tələb etməlidir. Hansı hüquqla bu şəxs 4 tərəfli razılaşma əsasında qəbul edilən qərara bu cür yanlış don geydirmək istəyir, onu təhrif edir? 4 tərəfli görüşdə razılığa gəlinən məsələlərdən biri UNESCO-nun bölgəyə iki missiya göndərməsi ilə bağlıdır. Razılaşmaya əsasən, UNESCO Azərbaycana və Ermənistana missiya göndərəcək. Azərbaycana gələn missiya isə Bakıdan Qarabağa gedəcək. Ortada qəbul olunmuş bu cür ciddi qərar olduğu halda bu kimi uydurma iddianın ortaya atılması yolverilməzdir”.

R.Hüseynov qeyd etdi ki, bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Yazı çapa hazırlandığı ərəfədə Rizvan müəllim bizimlə əlaqə saxlayaraq Ermənistan mediasının T.Mallardın fikirlərini təhrif etdiyini bildirdi və mətnin qondarma və orjinal variantlarını bizə təqdim etdi. O vurğualdı ki, bu yaxınlarda UNESCO-nun mətbuat katibi Tomas Mallardın erməni rusdilli seqmentində şərhinin tərcüməsi dərc olunub və hər iki təqdimat arasında ciddi fərq var. “Biz 1954-cü il Konvensiyasına əsasən UNESCO-nun Müstəqil Texniki Missiyasının Dağlıq Qarabağa göndərilməsi üzərində işi davam etdiririk”. Bunu erməni mediası verib və onun fikrini özlərinə sərf edən formaya yönəldərək daxili auditoriyanın başını qatıblar. UNESCO sözçüsünün fikirlərini tamamilə təhrif edən Ermənistan mətbuatı cidanı cuvalda çox da gizlədə bilməyib və mətnin orjinal variantının üzə çıxması erməni yalanlarının üstündən xətt çəkib. UNESCO sözçüsünün fikirlərinin orijinalı isə belədir:  “Biz 1954-cü il Konvensiyasına əsasən UNESCO-nun Müstəqil Texniki Missiyasının istiqaməti üzərində işi davam etdiririk. Ümid edirik ki, bu, yaxın gələcəkdə mümkün olacaq, lakin hələlik bunun üçün lazımi şərait yoxdur. Deməli, müzakirələr hələ də davam edir” - deyə UNESCO-nun mətbuat attaşesi Tomas Mallard bildirib.

Fikirlərin sonunda Qafqaz Bürosunun diqqət çəkən şərhini də təqdim edirik: “Daha bir erməni saxtakarlığı. Bu, hörmətli beynəlxalq təşkilatın adından ancaq arzulamağı bacaran erməni beyninin daha bir məhsuludur”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ