Cümə günü, 13 noyabr 2026
     

Ermənistan Azərbaycanın “Halqa” əməliyyatı keçirəcəyi xəbərləri ilə çalxalanır

Image


Azərbaycan Baş Prokurorluğunun özünü qondarma qurumun başçısı kimi təqdim edən Araik Arutunyanla bağlı açıqlamaları təkcə Qarabağ erməniləri arasında yox, həm də Ermənistanda böyük ajiotaj yaradıb. Bu haqda danışmazdan öncə qeyd edək ki, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun sözlərinə əsasən, Araik Arutunyanın və digərlərinin tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq: “Ümid edirik ki, qısa müddətdə cinayət törətmiş hər bir şəxsin, o cümlədən Araik Arutunyanın və digərlərinin tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq”.

Nemət Əvəzov bildirib ki, Vətən müharibəsi zamanı Gəncə şəhərinə 4 dəfə terror hücumu olub, özünü qondarma rejimin “prezident”i kimi təqdim edən Araik Arutunyan sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb. O qeyd edib ki, buna görə də onunla bağlı Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanılaraq axtarışa verilib: “İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”. Məsələ ilə bağlı açıqlama verən  Ermənistan parlamentinin müxalif “Hayastan” blokundan olan deputat Andranik Tevonyon bildirib ki, Azərbaycan bu açıqlaması ilə “bizim ərazimizdə” antiterror əməliyyatı aparmaq hüququnu özündə saxladığını göstərdi: “Siz mənim Araik Arutunyana münasibətimi bilirsiniz. O, yumşaq desək, ikrah doğurur. Əgər indiyədək o özünü güllələməyibsə, demək, özünə hörmət hissi yoxdur. Onun yerində olan istənilən normal adam tapançanı götürər və özünü güllələyərdi. Yaxşı, ən pis halda istefa verməli idi. Buna baxmayaraq, o bizim cinayətkardır, onunla biz məşğul olmalıyıq, Azərbaycan deyil”. Ermənistanın “Joxovurd” nəşri də həyəcan təbili çalır. Bu xüsusda nəşr qeyd edir: “Azərbaycan hüquq-mühafizə orqanları mümkün qədər tez qondarma qurumun “rəhbər”i Araik Arutunyanı həbs etmək niyyətindədir. Azərbaycan mənbələrinin məlumatına görə, Bakı onu Gəncəyə raket hücumunda ittiham edir. Qeyd edək ki, ermənilər arasından Araik Arutunyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən yeganə şəxs deyil. Belə insanların sayı 300-ü ötür və bu məsələni Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri Taquhi Tovmasyan mütəmadi olaraq qaldırıb.
“Joxovurd” nəşri şərh almaq üçün Ermənistan Baş prokurorunun müşaviri Qor Abrahamyana müraciət edib. Abrahamyan açıqlamasında qeyd edib: “Müharibəyə aid olan iş üzrə tərəfimizdən müvafiq açıqalama dərc edilib. Daha çoxunu deyə bilmərəm. Onlar tərəfindən beynəlxalq axtarışlara gəlincə, bəli, effektiv şəkildə hər şey edilir ki, bunlar gedişat almasın”. Məsələyə münasibət bildirən erməni ekspert Alen Qulyan Azərbaycanın hansısa əməliyyatla Araik Arutunyanı istintaqa cəlb etməsini mümkün sayır: “Dəfələrlə səsləndirilib ki, rəqibin Laçın rayonu ərazisində keçirdiyi hərbi təlimlər konkret məqsədlər güdür”. Onun sözlərinə görə, sentyabrın əvvəllərində Azərbaycanın nəzarətində olan Laçın ərazisində Türkiyə-Azərbaycan birgə taktiki təlimləri keçirilib: “Azərbaycan Müdafiə Nazirliyi relizlə diqqəti hərbi qulluqçuların mürəkkəb şəraitdə müasir hərbi texnikadan istifadə etmək vərdişlərinin artırılmasına da yönəldib. Yəni ehtimal etmək olar ki, Laçın dəhlizi çoxdan xüsusi əməliyyatların keçirilməsinin döyüş meydanı kimi seçilib. Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda təkcə Araik Arutunyan deyil, cinayət törətmiş bütün şəxslər həbs olunacaq. “Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib”. Erməni ekspert dairələri və mediası diqqəti ona yönəldir ki, Azərbaycan Baş Prokurorluğu Araik Arutunyanın tezliklə həbs ediləcəyindən tamamilə əmindir. Qeyd edilir ki, bu hansısa formada əməliyyat və kəşfiyyat qurumları tərəfindən təmin ediləcək. Bununla da Araik Arutunyanın və digər erməni separatçıların həbs edilmə mexanizmi açıq şəkildə təsvir olunub. Yəni Azərbaycan kəşfiyyatı və antiterror əməliyyatında iştirak edəcək xüsusi qüvvələr rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgəyə daxil olacaqlar. Və erməni separatizmini tamamilə bitirəcək həlledici hərbi əməliyyatı reallaşdıracaqlar. Bununla da ermənilərə sərt zərbə vurulacaq. Bu arada onu da qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Araik Arutunyan arasında münasibətlər də gərgindir. Buna səbəb Arutyunyanın “özbaşınalıq” etməsi və Nikol Paşinyanın maraqlarına zidd getməsidir. İndi Nikol Paşinyan da separatçıların başını “əzməkdə” israrlı görünür. Çünki o, Paşinyanın regionda sülh istəyinə də maneədir. Arutunyanın mövcud şəraitdə Paşinyanın növbəti həmlələrinə tab gətirə biləcəyi inandırıcı görünmür. Perspektivdə isə Arutunyanın məğlubiyyəti onun dəmir barmaqlıqlar arxasına gedən yolunun başlanğıcını qoya bilər. Daha doğrusu, Azərbaycanın bu istiqamətdə fəaliyyətinə Ermənistan hakimiyyəti də hansısa ciddi reaksiya verməyəcək. O da sirr deyil ki, 44 günlük müharibədə erməni cəmiyyəti əsas günahkar kimi keçmiş hakimiyyətlərdən daha çox Nikol Paşinyana təzyiq göstərir. Paşinyan isə ermənilərin qarşısına günahkar qismində bir çox namizədləri atmağa çalışır. Bu qurbanlar arasında Araik Arutunyanın da olacağı əvvəldən bəllidir. Bu mənada, separatçıların başının artıq ipdən asılı olduğunu demək olar.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ