Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanın çətin gündə Ukraynanın yanında olması bu ölkədə yüksək qiymətləndirilir

Image


Dünya gündəminin əsas mövzusu olan Ukraynada anonsu verilən müharibə başlamadı. ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat məlumatlarına istinadən Rusiyanın fevralın 16-da Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyinə dair yayılan məlumatlar öz təsdiqini tapmadı. Lakin Qərb mediası, elə rəsmi dairələri də savaş təhdidinin hələ yüksək olduğunu bildirir.

ABŞ dövlət katibi Entoni Blinken “France 24” telekanalına müsahibəsində bu həftə Rusiyanın Ukraynaya hücumunun mümkünlüyü barədə açıqlama verib: “Rusiya qüvvələrinin Ukraynanı əhatə edən ərazilərdə yerləşdirilməsi ilə bağlı baş verənlərə nəzər salsanız, bu həftə hücum aktının başlaması tamamilə mümkündür”. Dövlət katibi həmçinin bildirib ki, Moskva Ukrayna ilə sərhəddə vəziyyəti gərginləşdirərək, orada getdikcə daha çox bölmə yerləşdirir: “Biz bütün mövcud fikir ayrılıqlarını sülh yolu ilə həll etməkdən ötrü Rusiyanı diplomatik yolla getməli olduğuna inandırmaq üçün mümkün olan hər şeyi edirik. Lakin hərbi təcavüz davam edərsə, biz bütün avropalı müttəfiqlərimizlə koordinasiyalı şəkildə buna tam hazırıq”. Qərb mediası isə qeyd edir ki,  müharibə təhlükəsi hələ qalır, çünki Rusiya ordusu sərhədboyu cəmləşməni davam etdirir. Düzdür, Rusiya Müdafiə Nazirliyi “təlimlər üçün” Ukrayna sərhədləri istiqamətində cəmləşdirilmiş qoşunların daimi dislokasiya yerlərinə geri qayıtmağa başladığını açıqlasa da, situasiyanı yaxından izləyən ekspertlər əslində vəziyyətin dəyişmədiyini bildirir. “Conflict İntelligence Team” qrupunun ekspertləri qeyd edirlər ki, hazırda Ukrayna sərhədlərindən əsgərlərin və texnikanın geri çəkilməsi baş vermir. Üstəlik, son günlər sərhədyanı rayonlara qoşun cəmləşdirilməsi daha da intensivləşib. ABŞ-ın “CBS News” telekanalı da Rusiya qoşunlarının Ukrayna sərhədlərindən geri çəkilmədiyini, əksinə, tammiqyaslı hücuma başlamaq üçün zərbə mövqelərinə hərəkət etdiyini bildirir. Telekanalın xəbərinə görə, həqiqətən bəzi bölmələr Ukrayna sərhədləri yaxınlığındakı cəmləşmə rayonlarını tərk edib, amma onlar öz bazalarına yox, atəş mövqelərinə doğru hərəkət ediblər. Bunların sırasında raket və artilleriya kompleksləri də yer alır. ABŞ güc strukturlarından birinin nümayəndəsi bildirib ki, Rusiya qoşunları hələ bazar günü cəmləşmə rayonlarını tərk etməyə başlayıb və hələlik zərbə rayonlarına çatmayıblar. Telekanal qeyd edir ki, Rusiya ordusunun hücumu başlayanda ABŞ operativ məlumatlar əldə edə bilməyəcək, çünki Pentaqonun yerlərdə bölmələri və havada kəşfiyyat təyyarələri yoxdur. Rusiyanın kiberhücumları isə kəşfiyyat məlumatlarının mobil şəkildə əldə edilməsini çətinləşdirəcək. “The Financial Times” qəzeti ABŞ kəşfiyyatına istinadən yazır ki, Rusiya Ukraynaya hücum edib Kiyevi tutandan sonra orada özünün oyuncaq hökumətini quracaq. Həmin hökumətə isə Viktor Yanukoviçin “Regionlar” partiyasından keçmiş deputat Oleq Tsaryev başçılıq edəcək.

Ukrayna Analitik Mərkəzinin rəhbəri Oleksandr Oxrimenko hazırda müharibə ilə bağlı yayılan məlumatları ölkəsi üçün təhlükəli hal adlandırır: “Ukrayna ilə Rusiya arasında yaranan gərginlik, son dövrlər müharibənin başlanacağı ilə bağlı yaradılan ajiotaj Ukrayna iqtisadiyyatına mənfi təsirlərini göstərməkdədir. Artıq son həftə ərzində Ukraynanın valyuta bazarında qrivnanın sürətlə ucuzlaşması, bəzi xarici şirkətlərin, xarici diplomatik korpusların fəaliyyətini məhdudlaşdırması ölkədə normal iqtisadi mühitin ritmini pozub. Pandemiyanın maliyyə böhranı yaratdığı bir zamanda müharibə ajiotajı Ukraynada inflyasiyanı daha da sürətləndirib. Ukrayna hökuməti qabaqlayıcı tədbirlər görməsə, ölkənin maliyyə durumu çətin vəziyyətə düşə bilər. İndi təhlükəli olan Rusiyanın hücumu deyil, Ukraynaya qarşı iqtisadi müharibədir. Ukrayna hakimiyyəti təcili tədbir görməsə, ölkə iqtisadiyyatında həqiqətən böyük itkilər olacaq”. Mərkəzin rəhbəri hesab edir ki, müharibə ilə bağlı istənilən isterika həmişə pisdir: “Ancaq burada iki nüans var. Biri bu isterikadan istifadə edən “işbazlar”ın qazandığı imkanlar, digəri isə biznesə dəyən ziyandır. Ən pisi isə belə məqamda qiymətlərin qalxması, inflyasiyanın sürətlənməsidir. “Bu dönəm Ukraynada valyuta möhtəkirləri üçün çaxnaşma yaratmaq baxımından “əlverişli”dir. Bununla da yaxşı pul qazanırlar”. Ekspertə görə, proseslərin görünən tərəfi odur ki, Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi barədə yaradılan çaxnaşma iş adamlarının kapitalı ölkədən çıxarılmasına təsir göstərir, bu da ölkəni iqtisadi baxımdan zəiflədir: “Xarici ölkələr tərəfindən dəyərsizləşən Ukrayna aktivlərinin daha ucuz qiymətə alınması prosesi asanlaşır. Son 10 gün ərzində Ukrayna avrobondlarının qiyməti aşağı düşməkdə davam edir. Qərbin hərbi isterikası və "hücumun dəqiq tarixləri" isə Ukrayna iqtisadiyyatını sistematik şəkildə məhv edir. Ukrayna xarici kredit borclarını yığmaqla gələcəkdə sabit iqtisadi mühitini sual altına qoyur. Sonda heç kim kömək etməyəcək”. Onu da qeyd edək ki, artıq 43 ölkə Kiyevdəki diplomatik nümayəndəliklərini çıxarıb və bu proses davam edir. Ukrayna bunu qəbuledilməz hal sayır. Dnepr şəhərinin meri Boris Filatov bu fonda Azərbaycanın addımlarını ölkəsi üçün əsl dost gedişi saydığını bildirir: “Azərbaycan Ukraynanın çətin dönəmində əsl dost olduğunu bir daha sübut etdi. Bəzi Qərb ölkələri diplomatlarını geri çağırdığı halda, Azərbaycan diplomatları ölkənin şərq hissəsinə gələrək çox böyük mədəni tədbirlər keçirirlər. Ukraynanın çətin dönəmində türk dostlarımızın Dneprə gələrək böyük mədəni tədbirlər keçirməsi təqdirəlayiq hadisədir”.

Xatırladaq ki, bu günlərdə Ukraynanın Dnepr şəhərində dahi Azərbaycan mütəfəkkir-şairi Nizami Gəncəvi ilə bağlı təqdimatlar və sərgi keçirilib. Tədbir TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı), Azərbaycanın Ukraynadakı səfirliyi və Dnepropetrovsk Azərbaycanlıları Konqresinin (DAK) birgə təşkilatçılığı ilə Milli Texniki Universitetdəki Ukrayna-Azərbaycan Mədəniyyət mərkəzində baş tutub. Boris Filatov buna görə Azərbaycan tərəfinə xüsusi təşəkkürünü bildirib: “Meriya Azərbaycan diasporu ilə birgə layihələr həyata keçirir. Mən martın sonlarında diasporla birgə Dneprin baş meydanında Novruz bayramı şənliklərinin keçirilməsini təklif edirəm”. O, cari il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfərinin əhəmiyyətindən danışaraq, imzalanan sənədlərin iki dövlət arasında əməkdaşlığın inkişafında yeni səhifə açdığını vurğulayıb. B.Filatovun sözlərinə görə, SOCAR Dnepr şəhərində fəaliyyətini genişləndirir. Yeni yanacaqdoldurma məntəqəsinin açılması istiqamətində işlər aparılır. Merlə görüşən TÜRKSOY-un baş katibi Düsen Kaseinov isə Dnepr şəhərinə ilk dəfə gəldiyini bildirib: “İndiki dönəmdə mədəniyyətlərarası əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir. Ukraynanın çətin dönəmində ölkədə beynəlxalq mədəni tədbirlər keçirilməlidir”. Merin Novruz şənlikləri ilə bağlı təklifini yüksək dəyərləndirən Düsen Kaseinov vurğulayıb ki, bu tədbirlərdə türkdilli ölkələrin yaradıcı heyətləri də iştirak edəcək.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ