Cümə günü, 13 noyabr 2026
     

Baş Prokurorluğun açıqlamaları Qarabağ separatçılarının kürkünə birə saldı...

Image


Azərbaycan Baş Prokurorluğunun Qarabağ separatçılarının rəhbəri Araik Arutunyanla bağlı son açıqlamaları erməni tərəfində böyük xof yaradıb. Belə görünür ki, Arutunyanın istintaqa cəlb ediləcəyi ilə bağlı səslənən fikirlər Qarabağda separatçıların narahatlığını daha da artıracaq.

Xatırladaq ki, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun sözlərinə əsasən, Araik Arutunyanın və digərlərinin tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq: “Ümid edirik ki, qısa müddətdə cinayət törətmiş hər bir şəxsin, o cümlədən Araik Arutunyanın və digərlərinin tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq”. Nemət Əvəzov bildirib ki, Vətən müharibəsi zamanı Gəncə şəhərinə 4 dəfə terror hücumu olub, özünü qondarma rejimin "prezident"i kimi təqdim edən Araik Arutunyan sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb. O qeyd edib ki, buna görə də onunla bağlı Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanılaraq axtarışa verilib: “İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”.

Azərbaycan Baş Prokurorluğunun fevralın 15-də yaydığı bəyanatda isə deyilir: “Gəncəyə olan hücum nəticəsində 26 şəxs qətlə yetirilmişdir. Araik Arutunyan öz “tvitter” hesabında bu hücumu təşkil etdiyini bəyan etmişdir. Bu sübutlar əsasında Arutyunyanın təqsirləndirilən şəxs kimi Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 120 (qəsdən adamöldürmə) və digər maddələri ilə məsuliyyətə cəlb edilməsi barədə qərar verilmişdir”. Bəyanatda daha sonra bildirilir ki, Azərbaycan və Ermənistan terrorçuluğa qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiyanı ratifikasiya edib və istənilən hüquq dövləti terrorçuluğa görə axtarışa verilmiş şəxsin tutulmasına və konvensiyanın tələblərinə riayət etməyə borcludur. Bu bəyanat və açıqlamalar fonunda Qarabağda separatçıların liderlərindən David Babayan deyib ki, onlar Azərbaycan hüquq-mühafizə orqanlarından separatçıların başçısı Araik Arutyunyanın ən qısa müddətdə saxlanacağına dair heç bir müraciət və ya sorğu almayıblar: “Azərbaycan xof yaratmaq istəyir və istisna olunmur ki, onlar hansısa bir şəkildə Qarabağ “məmurlarına” xətər yetirsinlər, onlara hücum etsinlər”. “Azatutyun” radiosunun “bu barədə Rusiya tərəfindən hər hansı sorğu olubmu və Azərbaycanın Araik Arutyunyan niyə indi yadına düşüb” sualına Babayan belə cavab verib: “Düşünürəm ki, burda Rusiya tərəfini yada salmaq düzgün deyil, bu, Azərbaycanın siyasətinin bir hissəsidir. Bilirsiniz, axtarışda olan adamlar var. Mən də axtarışdayam. Mən Arutunyandan sonra ikinciyəm”. David Babayan daha sonra narahatlığını bildirib ki, Rusiya sülhməramlılarının missiyası uzadılmasa, çətinliklər yarana bilər: “İki-üç il ərzində bizim ümid etdiymiz kimi Rusiyanın sülhməramlı missiyası uzadılmasa, onlar müxtəlif cür təxribatlara əl atacaqlar. Təxribatlardan biri də, hər şeydən göründüyü kimi, bu üsullarla kiməsə ziyan vurmaq, hətta həyatına təhlükə yaratmaq, kimisə tutmaq, oğurlamaq, göz qarşısında alçaltmaq olacaq. Başqa sözlərlə, bu təbiidir və gözləniləndir, bunda təzə nəsə yoxdur”. “Azatutyun”un Azərbaycanın bu məsələdə vasitəçilik üçün Rusiya tərəfinə müraciət edib-etməməsi barədə sualına Babayan belə cavab verib: “Yox belə bir şey ümumiyyətlə ola bilməz, bu onların təşəbbüsüdür. Amma əlbəttə, elə ölkələr var ki, məsələn, Türkiyə onları dəstəkləyir. Türkiyədə, onların müttəfiqi olan bir sıra başqa ölkələrdə də bizi eyni təhlükələr gözləyir”.

Bu arada onu da qeyd edək ki, hazırda Qarabağda separatçıların fəaliyyəti postmünaqişə dövründə gedən müsbət proseslərdə əngəllərin yaranmasına, üçtərəfli sazişin məlum müddəalarının pozulmasına yönəlib. Elə bu fonda Rusiya sülhməramlılarının iştirakı ilə Azərbaycan ordusunun burada antiterror əməliyyatı aparmasının mümkünlüyü barədə fikirlər səslənir. Çünki Qarabağdakı silahlı erməni qüvvələri  mahiyyət etibarı ilə terrorçudurlar və buna görə də onlara qarşı antiterror əməliyyatının aparılması zəruridir. Bu durumda o da maraqlıdır ki, Qarabağ erməniləri arasında da Araik Arutunyana münasibət birmənalı deyil. Ermənistanın “Qraparak” nəşri bu xüsusda yazır: “Qarabağda tədbirlərin təşkili ilə məşğul olan komissiya fevralın 20-də Xankəndinin “İntibah meydanı”nda böyük mitinq təşkil etməyi planlaşdırıb. Lakin məlum olub ki, qondarma qurumun “rəhbər”i Araik Arutunyan yuxarıda qeyd olunan toplantını qadağan edib. Əldə etdiyimiz məlumata görə, qadağaya səbəb Araik Arutunyanın mitinqin onun istefasını tələb edən hərəkata çevriləcəyindən qorxması olub. Hətta belə razılıq əldə olunub ki, mitinq “ictimai təşkilatlar” səviyyəsində təşkil olunsun, heç bir siyasi qüvvə mitinqin təşkilinə və keçirilməsinə qarışmasın, siyasi çıxışlar olmasın. Lakin görünür, Araik Arutunyan sakitləşməyib və təşkil olunmuş mitinqi şəxsən qadağan edib. Daha sonra komissiyanın iclası keçirilib. Məsələ qızğın müzakirəyə çevrilsə də, dayandırılıb, hələlik yekun qərar verilməyib. Yığıncağın qadağan edilməsinin “rəsmi” səbəbi koronavirusa yoluxma hallarının artmasıdır, lakin fevralın 10-dan bu yana saylar azalıb”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ