Həqiqətən də rayonlarımızda 30 illik bu vəhşiliklərdən sonra hansı barışıqdan söhbət gedə bilər?! Tariximizi, insanlarımızı məhv et, diri-diri yandır, sonra da hansısa avropalının saxta "tolerantizm" çağırışına şadəlövhcəsinə uyaraq ermənilərlə "can bir, qəlb bir" barışığına gedək? Belə şey olar?
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Elə Prezident də Ağdamda açıq və kəskin mesaj verdi ki, OLMAZ! Prezidentin iki fikrinin bir-birinə bağlılığına baxın. "Bəziləri sabahkı barışıqdan danışır". Prezident sonra deyir: "Təbii ki, sülh sazişi olmalıdır. Ancaq bu vəhşiliklər unudulmamalıdır və unudula bilməz".
Başqa sözlə desək, "çomağı daha heç vaxt yerə qoymaq" olmaz...
Yəni Prezident Əliyev açıq dedi ki, vacib saydığımız sülh sazişi və barışıq başqa-başqa şeylərdir, qarışıq salmayın... Cəmiyyətimiz də elə bunu demirmi?..”