şənbə günü, 14 noyabr 2026
     

"İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər düşünülmüş addımların planlı şəkildə həyata keçirilməsinə əsaslanır" - Vüqar Rəhimzadə

Image


“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş torpaqlarımıza səfərləri cari il çərçivəsində də uğurla davam edir. Ötən il bölgələrə edilən 47 səfərin 32-si işğaldan azad edilmiş ərazilərimizə  idi. Hər səfər Böyük Qayıdışın daha da yaxınlaşması deməkdir. Səfər çərçivəsində  açılışı olan, yaxud  təməlqoyma mərasimi keçirilən sosial obyektlərin say tərkibinə diqqət yetirsək  xeyli işlərin görüldüyünü böyük əminliklə deyə bilərik.  

Təkcə fevralın 13-də dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri zamanı  açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin  sayına və mahiyyətinə diqqət yetirək. Dövlət başçısı və birinci xanım “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak etdilər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoydu. Daha sonra dövlət başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış oldu və buradan görülən işlər barədə fikirlərini və mesajlarını çatdırdı. Prezidentin bölgələrə səfəri zamanı hər bir çıxışı,  verdiyi müsahibələr ümumilikdə  görülən işlər fonunda gələcək barədə aydın təsəvvür yaratmaqla yanaşı, işğalçı Ermənistana   ünvanlanan mesajlarla da zəngin olur.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə də tanış oldular,  Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində oldular: “Prezident işğaldan azad edilmiş ərazilərimizdə  təkmil idarəçilik sisteminin yaradılmasını, bu ərazilərin müasir tələblər səviyyəsində bərpasını qarşıya mühüm vəzifə kimi qoyub. Bu ərazilərdə  Prezidentin xüsusi nümayəndəliyinin fəaliyyət göstərməsi də  işin səmərəliliyinin və keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayır.  Şəhərlərin Baş planları hazırlanır  və ictimaiyyətin müzakirəsinə verilir. Ağdamın Baş planı  gələcək barədə aydın təsəvvür yaradır. Bu baxımdan ki, həmin Baş planda şəhərin əvvəlki simasını özünə qaytarmaq üçün müasirliklə qədimliyin sintezinin yaradılmasına xüsusi diqqət yetirilib.  Ağdamın  yol infrastrukturu yenilənib, təkmilləşib.  İşğaldan azad edilmiş ərazilərin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək üçün  zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev  Ağdam  Cümə Məscidinin qarşısından bu çağırışı etdi ki,  Azərbaycan investorları işğaldan azad edilmiş   ərazilərimizə gəlin,  yeni müəssisələrin, iş yerlərinin yaradılmasında fəal iştirak edin. Bu yolla həmin ərazilərin canlandırılması mümkündür.  Bu fikir də xüsusi vurğulanır ki, ölkəmizdə  sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti mövcuddur. Sahibkarlar bu imkanlardan istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına öz töhfələrini verə bilərlər.”

Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin ötən il Ağdama səfəri zamanı Ağdam Sənaye Parkının, budəfəki  səfəri zamanı isə bu kompleksdə iki müəssisənin təməlinin qoyulmasına  yönəldərək  bildirib ki,  ölkəmizdə qeyri-neft sektorunun inkişafı həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsidir: “Yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi - sənaye parklarının  və məhəllələrinin  yaradılması da  xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında,  qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisənin işə başlayacağı bildirilir. İşğaldan azad edilmiş ərazilərin  qaz, su, elektrik enerjisi ilə bağlı tələbatları tam ödəniləcək. Ağdamda açılışı olan iki yarımstansiyanı nəzərə alsaq  hazırda  azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək.”

YAP Xətai rayon təşkilatının sədri görülən işlərin fonunda bildirib ki, tarixi Zəfərə imza atdığımız ilk gündən  vaxt itirmədən bərpa və quruculuq işlərinə start verilib və nəticələr göz önündədir: “Bütün maliyyə və texniki imkanlarımız, kadr potensialımız səfərbər edildi. Azərbaycan bu ərazilərdə işləri sıfırdan başlayaraq  öz maliyyə imkanları hesabına həyata keçirir. Dövlət başçısı İlham Əliyev ilk gündən bildirdi ki, 44 günük İkinci Qarabağ müharibəsində birliyimiz, həmrəyliyimiz sayəsində necə 30 ilin işğalına son qoyub torpaqlarımızı azad etdik, qısa müddətdə də  bu ərazilərdə bərpa və quruculuq işlərini başa çatdırıb soydaşlarımızın Böyük Qayıdışına nail olacağıq. Bütün işlərin təməlində  düşünülmüş addımlar və onların  planlı  şəkildə həyata keçirilməsi dayanır.”

Vüqar Rəhimzadə quruculuq işləri  çərçivəsində tarixi və dini abidələrimizin    bərpasının prioritetliyini  önə çəkərək Heydər Əliyev Fondunun imkanları hesabına bu istiqamətdə gördüyü işlərdən bəhs edib: “Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub.  Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır. Bu, fəaliyyətində milli irsimizin qorunmasına və inkişafına xüsusi diqqət yetirən  Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.”

Böyük Qayıdışın yaxınlaşdığını bildirən YAP Xətai rayon təşkilatının sədri artıq Ağdama və Şuşaya avtobus marşrutlarının  təşkil edilməsindən danışaraq bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu torpaqları görmək imkanı  əldə edir: “Belə səfərlərin  təbliğat   baxımından da əhəmiyyəti böyükdür. Hər daşı, qayası, küçəsi  erməni vəhşiliklərinin şahidi olan bu torpaqlarımızda  törədilən vandalizm aktlarını  görən hər kəs Azərbaycanın illərdir necə vəhşi ilə üz-üzə dayandığının şahidi olur.  Ermənilər  məscidlərimizdə donuz saxlamaqla təkcə Azərbaycan xalqını deyil, bütün müsəlman aləmini təhqir ediblər. Amma bu kimi məsələlər gündəmə gətiriləndə dünya yenə də susmağında davam edir.  44 gündə  dünyaya ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu qəbul  etdirən  Azərbaycan   bu prinsiplərə söykənərək ermənilərin indiyədək  törətdikləri cinayətlərin  öz layiqli cəzasını alacağına nail olacaq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə  sülh müqaviləsinin  imzalanmasının təklif olunması ilə yanaşı, “Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır” çağırışı da özündə bu əminliyi ehtiva edir.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ