11 fevral tarixində Braziliyanın paytaxtında yayımlanan Comunitaria De Brasilia TV televiziya kanalının Por Brasilia proqramında Xocalı soyqırımına həsr olunmuş proqram efirə gedib.
Azərbaycanın bu ölkədəki səfirliyindən “Bakı-Xəbər”ə bildirildiyinə görə, azad olunmuş ərazilərimizə ilk səfər edən Braziliyalı jurnalist Fabiana Ceyhan bu il Xocalı soyqırımının 30-cu ildönümü olduğunu və bu faciəvi tarixlə əlaqədar yerli mütəxəssislərin fikrini öyrənmək üçün müsahibələr götürüb. Tədqiqatçı, Espaco Caspio elmi saytının yaradıcısı, siyasi elmlər magistri Joao Havyer jurnalistin suallarına cavab verərkən bildirib ki, Ermənistan Sovet ordusunun köməkliyi ilə 90-cı illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edərkən 1992-ci ilin fevralında Xocalıda yerli mülkə əhaliyə qarşı soyqırım törədib. Erməni silahlı qüvvələrinin Xocalının mülki əhalisinə çıxış üçün guya dəhliz verdiyini bildirən tədqiqatçı, əslində bu dəhlizdə günahsız insanları vəhşicəsinə qətlə yetirdiklərini deyib. Bu faktın xarici, yerli jurnalistlər və beynəlxalq təşkilatlar tərəfindən qeydə alındığını da bildirib. Bu soyqırımın məqsədli qətl olduğunu Ermənistanın sabiq prezidenti Serj Sakisyanın xarici jurnalistə verdiyi müsahibəsində məşhur ifadəsi "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu" deyə Joao Haviyer tərəfindən səsləndirilmişdir. Braziliya və beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı haqqında məlumatlandırılması və belə faciəvi hadisələrə gələcəkdə yol verilməməsi vacibliyindən danışan tədqiqatçı Braziliyanın özündə ilk tanınmış soyqırımın 1993-cü ildə Braziliyanın Yanomami bölgəsində baş verdiyini deyib və “Xocalıya Ədalət” kompaniyasına qoşulmağa çağırıb.
Braziliyalı jurnalist və bloger, azerination.com.br saytının yaradıcısı və aparıcısı Andreia Hiromi öz müsahibəsində bildirib ki, Xocalı soyqırımı uzaq tarix yox, XX əsrdə törədilmiş soyqırımdı və ona beynəlxalq səviyyədə qiymət verilməlidir. Bu soyqırımın həm Braziliyada, həm də bütün dünyada tanınması üçün “Xocalıya Ədalət” kompaniyasına qoşulmağın vacibliyini dilə gətirib. Xanım Leyla Əliyevanın təşəbbüsü ilə başlanan bu kampaniyaya dəstək çağırışı jurnalist Andreia Hiromi tərəfindən səsləndirilib.