şənbə günü, 14 noyabr 2026
     

Ukrayna ətrafında böyük müəmma, Qərb hücuma hazırlaşır, ruslar fərqli şey deyir

Image


Məlumdur ki, ötən ilin payızından Qərb ölkələri Rusiyanın Ukrayna ilə sərhədə canlı qüvvə və hərbi texnika cəmləşdirdiyini, bununla Rusiyanın bu ölkəni real işğal təhlükəsi olduğunu bəyan edirlər. İddialara görə, artıq 120 minə yaxın Rusiya əsgəri Ukrayna ilə sərhədlər yaxınlığında cəmləşib. O da qeyd olunur ki, Moskva çox yaxın vaxtlarda hücuma keçə bilər.

Son günlər ərzində bu xüsusda məlumatların sayı daha da artıb. CNN televiziyasına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan qeyd edib ki, Vaşinqton hücumun istənilən gün başlana biləcəyini gözləyir: “Biz dəqiq tarixi qabaqcadan deyə bilmərik. Rusiya tərəfindən Ukraynaya hücum hər an başlaya bilər”. Bununla belə, siyasətçi qeyd edib ki, Ukrayna ətrafında eskalasiya yaxın həftələrdə, Olimpiya oyunları bitənədək başlaya bilər. ABŞ-ın NATO-dakı nümayəndəsi Culian Smit də bəyan edib ki, Vaşinqtonun məlumatına görə, Rusiyanın Ukraynaya qarşı hücumu ən yaxın vaxtda başlaya bilər: "ABŞ-da belə bir hiss var ki, vəziyyət indi çox narahatedicidir, çox təhlükəlidir və biz hesab edirik ki, yaxın günlərdə nəsə baş verə bilər. Rusiyanın sərhəddə 100 mindən çox əsgəri var, onlar Belarusa on minlərlə hərbçi yerləşdirib. Onlarda hücuma başlamaq üçün lazım olan hər şey var, hücum yaxın zamanlarda baş verə bilər. Putinin nə qərara gəldiyi barədə məlumatımız yoxdur, lakin müttəfiqlərimizi, ABŞ vətəndaşlarını və Ukraynanı xəbərdar etmək istəyirik ki, bir neçə günə hücum başlaya bilər". Bu arada xatırladaq ki, ABŞ prezidenti Co Bayden Rusiya dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.  Söhbətdə Ukrayna ətrafında vəziyyət müzakirə olunub. Ağ Evin danışıqlardan sonra yaydığı məlumatda deyilir ki, prezident Bayden Putinə aydın şəkildə, Rusiya Ukraynaya qarşı yeni işğal qərarı verəcəyi halda, Vaşinqton və onun müttəfiqlərinin buna sərt cavab verəcəyini bildirib. Bayden qeyd edib: “Növbəti işğal geniş insan iztirablarına səbəb olacaq və Rusiyanın nüfuzunu zəiflədəcək”. Məlumatda daha sonra vurğulanır ki, Bayden Putinə açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə tam koordinasiya şəraitində diplomatiyaya hazır olsa da, digər ssenarilərə də eyni dərəcədə hazırdır. Kremlin yaydığı məlumata görə isə, Putin Baydenə deyib ki, Qərb ölkələri Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirmək üçün Ukraynaya lazımi təzyiq göstərmirlər. Moskva və Kiyev razılaşmaların təfsirində ciddi şəkildə fərqlənirlər, Rusiya isə ümumiyyətlə özünü münaqişə tərəflərindən biri kimi tanımaqdan imtina edir.

Bununla belə, son məlumatlara əsasən, Rusiya hərbi texnikanı Ukrayna ilə sərhədə yaxınlaşdırmağa davam edir. Əsasən 1-ci Qvardiya Tank Ordusunun bölmələrinin Voronej yaxınlığındakı poliqondan sərhədə qədər irəlilədiyi iddia olunur. Bundan başqa, Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) Çeçenistanın Qroznı şəhərində dislokasiya olunmuş və Əhməd Kadırovun adını daşıyan 141-ci əlahiddə mexanikləşdirilmiş polku Ukrayna sərhədlərinə yeridilib. “Kadırov polku” formal olaraq “Rosqvardiya”nın tərkibində olsa da, əslində Çeçenistan rəhbəri Ramzan Kadırova tabedir. Almaniyanın "Spiegel" nəşri və bir sıra Britaniya mediası kəşfiyyat məlumatlarına istinad edərək, işğalın fevralın 16-da başlaya biləcəyini iddia ediblər. Moskva isə işğal planları ilə bağlı iddiaları rədd edir, qoşunlarının öz ərazisində hərəkət etmək hüququna malik olduğunu bildirir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunlar fonunda qeyd edir: “Hazırda ABŞ və Britaniyanın hərəkətləri ən təmiz formada müharibə təbliğatıdır. Bu təbliğat BMT Baş Assambleyasının 16 dekabr 1966-cı ildə 2200 A (XXI) saylı qətnaməsi ilə qəbul edilmiş Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktla qadağandır. 20-ci sənədin birinci bəndinin maddəsində deyilir: “Bütün müharibə təbliğatı qanunla qadağan edilməlidir. Soyuq müharibə dövründə qəbul edilmiş Paktın vəzifəsi yalnız insan hüquqlarını qorumaq deyil, həm də bəşəriyyəti NATO ölkələrinin hərbi ritorikasının itələdiyi uçurumdan uzaqlaşdırmaq idi. Birləşmiş Ştatlar və Böyük Britaniya yarım əsrdir ki, saxladıqları vasitəni zibilxanalarından çıxarıblar. CNN, "Blumberq", Britaniya tabloidləri, media holdinqləri vasitəsilə idarə olunan isteriyaya dəstək verirlər. Öz ölkələrində ictimai rəyə təsir göstərirlər".  Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Rusiyanın Ukraynaya hücum etmək niyyətinin olmadığını bir daha bəyan edib. Lakin bununla belə, ABŞ rəhbərliyi vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib. Oxşar tövsiyələr Yaponiya, Böyük Britaniya və bir sıra Avropa ölkələri tərəfindən verilib. Qərb bəyan edir ki, Ukraynada hərbi cəhətdən Rusiya ilə üz-üzə gəlmək istəmir. Pentaqonun mətbuat katibi Con Kirbi bu xüsusda qeyd edib: “Rusiya Ukraynaya hücum edərsə, Amerika hərbi qulluqçuları bu ölkədə vuruşmayacaqlar. Co Bayden də aydın şəkildə bildirib ki, Amerika hərbi qulluqçuları Ukraynada vuruşmayacaqlar”. Onun sözlərinə görə, ABŞ qoşunlarından, hətta Amerika vətəndaşlarının Ukraynadan təxliyəsində də istifadə olunmayacaq: “Çünki bu, vəziyyəti “yeni səviyyəyə” gətirib çıxara bilər. Amerikalılar ölkəni hərbçilərin köməyi olmadan sərbəst tərk edə bilərlər. Bunun üçün infrastruktur, nəqliyyat və Ukraynadan gedən yollar var. Ukrayna ətrafında münaqişəni aradan qaldırmaq imkanları hələ tükənməyib, lakin vaxt getdikcə azalır”. Bu fonda Kanada hökuməti Ukraynada olan hərbçilərini digər Avropa ölkələrinə dislokasiya etməyə qərar verib. Bildirilir ki, dislokasiyanın səbəbi operativ şəraitinin gərgin olmasıdır. Yerdəyişmə edən hərbçilərin say tərkibi və gedəcəkləri ölkə barədə məlumat verilmir. Qeyd olunur ki, bunlar “Unifier” missiyası çərçivəsində Ukraynada xidmət aparan təlimatçılardır. “Unifier” missiyası çərçivəsində kanadalı təlimatçılar Ukrayna hərbçilərinə 2015-ci ildən hazırlıq keçirlər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ