şənbə günü, 14 noyabr 2026
     

Rusiya azərbaycanlılarının təşkilatlanma məsələsi "quyu dibində qara daşa döndü"…

Image


Azərbaycanın ən böyük diasporu olan Rusiyadakı diasporumuz, demək olar  ki, pərən-pərəndir. Azərbaycan dövlətinin verdiyi bütün növ dəstəyə baxmayaraq, diasporumuz bir yerə toparlana bilmir. Hələ iki il əvvəl Azərbaycanın Rusiyadakı yeni diaspor təşkilatının təsis qurultayının keçiriləcəyi bəyan edildi.

Bu barədə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti, akademik Fazil Qurbanov bildirmişdi. O deyirdi ki, yeni təşkilatın yaradılması barədə qərar artıq qəbul edilib. Sitat:

"ÜAK-ın ləğv edilməsi Azərbaycan icmasına ciddi zərbə oldu. Rusiya Ali Məhkəməsi qərarını təşkilatın fəaliyyətindəki - Nizamnamə, qurultayların keçirilmə vaxtı və s. kimi kobud pozuntularla əsaslandırdı. Bu gün bu səhvləri düzəltmək və yeni, layiqli təşkilat yaratmaq imkanımız var. Hesab edirəm ki, tələsməməliyik. ÜAK-ın əvvəlki rəhbərliyinin səhvlərini nəzərə almalı, Rusiyadakı bütün Azərbaycan icmalarının rəhbərlərinin həmrəyliyinə nail olmalı, qurultaya ciddi hazırlaşmalıyıq”. Təəssüf ki,  bu açıqlamadan sonra biz deyilən istiqamətdə heç bir hərəkətlənmə görmədik.

Prezident ilham Əliyev də çıxışlarında Rusiyada güclü diasporumuzun olması istəyini bəyan edib: “Rusiyada yaşayan azərbaycanlılar, əminəm ki, bunu gündəlik həyatda hiss edirlər. Çünki Rusiyada azərbaycanlılara münasibət çox müsbətdir, onlar rahat yaşayırlar. Onların bir çoxu, demək olar ki, mütləq əksəriyyəti çox fəaldır, həm elmdə, təhsildə, biznesdə böyük imkanları var. Rusiyanın vilayətlərində və böyük şəhərlərində qanunvericilik orqanlarında artıq azərbaycanlılar təmsil olunurlar. Azərbaycan əsilli vətəndaşların Rusiyada sayı təqribən 700 minə yaxındır. Burada işləməyə, yaxud da ki, ezamiyyətə gələn Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Ona görə Rusiya-Azərbaycan əlaqələrinin bu səviyyədə olması Rusiyada yaşayan azərbaycanlılar üçün də, bizim üçün də çox böyük dəyərdir”. Ölkə  başçısının səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti Rusiyadakı diasporumuzun fəaliyyətini yaxından izləyir və onun yeni mərhələyə qədəm qoyub, inkişafında xüsusi maraqlıdır. Ancaq etiraf edək ki, hazırda Rusiyadakı Azərbaycan diasporunun təşkilatlanması və fəaliyyəti o qədər də ürəkaçan səviyyədə deyil. Bunun müxtəlif səbəbləri var və zaman-zaman biz bu mövzu ilə bağlı silsilə yazılar dərc etmişik. Təbiidir ki, Rusiyada Azərbaycan diasporunun normal fəaliyyəti üçün qızıl bir orta da tapılmalıdır. Bu, diaspora rəhbərlik edəcək personanın həm ordakı diaspor nümayəndələri, həm də Rusiya və Azərbaycanın hakim dairələri tərəfindən qəbul edilməsidir. Məlumdur ki, hazırda Rusiyadakı soydaşlarımızı öz ətrafında birləşdirən və vaxtilə rəsmi dövlət qeydiyyatından keçmiş Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinə qadağa qoyulub. Rusiya tərəfi bunu sadə hüquqi prosedurların düz olmaması ilə izah edir. Həmin qurum ləğv ediləndən sonra Rusiyadakı Azərbaycan diasporunda bir pərakəndəlik yarandı. Bir çox personalar irəli çıxıb Rusiyadakı diasporda liderlik etmək iddialarını ortaya qoydular. Üç il əvvəl  Rusiyada yaşayan iş adamı Füzuli Məmmədov (Frenk Elkapone) Rusiya Azərbaycanlıları İttifaqı adlı bir qurum təsis edərək, ləğv edilmiş ÜAK-dan da güclü təşkilat olduqlarını bəyan etdi. Maraqlıdır ki, iş adamına yaxınlığı ilə seçilən bəzi Azərbaycan KİV-ləri bu xəbərləri xüsusi həvəs və təmtəraqla Azərbaycan oxucusuna çatdırdılar. Elə Moskvada keçirilən ilk təsis konfransındakı iştirakçıların kimliyinə baxıb yazdıq ki, yeni yaradılan təşkilatın şimal qonşumuzun ərazisindəki bütün söydaşlarımızı öz ətrafında birləşdirmək kimi şansları sıfıra bərabərdi. Əsas arqumentlərimizdən biri bu idi ki, təsis konfransında nə Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, nə də hər iki ölkənin rəsmilərindən kimsə iştirak edirdi. Üstündən bir neçə ay keçəndən sonra proqnozlarımızın özünü doğrultduğunu gördük. Sibir regionunda yaşayan fəal diaspor liderlərindən olan Mirkazım Seyidov da yeni yaradılan qurumun İdarə Heyətində təmsil olnurdu. Qısa müddət sonra istefa verdi.  

Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında həmin prosesləri və Rusiyadakı diasporumuzun indiki vəziyyətini belə izah etdi: “Mənim Elkaponenin yaratdığı təşkilatdan istefamın bir çox səbəbləri vardı. Birincisi qurum rəhbərinin liderlik harizmasının zəif olması idi. Bizim istefamızdan sonra Elkaponenin yeni təşkilatı faktiki olaraq Sibirdəki ən böyük dəstəyindən məhrum oldu. Baş verən  hadisələr  bir daha sübut etdi ki, Azərbaycan hakimiyyəti Rusiyadakı diasporun yenidən dirçəlməsində maraqlıdır, ancaq Elkaponesiz. Bunu iddia etməyə kifayət qədər əsaslarımız var. Ölkə başçısının Rusiyada görüşdyü diaspor liderlərinin arsında Füzuli Məmmədovun olmaması buna əyani sübutdur.

Dünya azərbaycanlılarının qurultayında cənab Prezidentin çıxışı da göstərdi ki, diaspor təşkilatları hansısa siyasi qüvvənin deyil, Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət etməlidirlər. Ancaq çox təəssüf ki, uzun illər ərzində bəzi dövlət orqanları, o cümlədən Diaspor Komitəsi, xaricdəki səfirlik və konsulluqlarımız öz fəaliyyətlərində bu tezisi rəhbər tutmayıblar. Nəticədə diaspor təşkilatlarına düzgün münasibət göstərilməyib. Diaspor Komitəsi ilə xaricdəki səfirliklərimiz arasındakı ziddiyyətlər də diaspor təşkilatlarının vahid mövqeyinin formalaşmasına inkan verməyib. Təəssüflər olsun ki, bu ziddiyyətlər bu gün də mövcuddur, onun aradan qaldırılması istiqamətində konkret işlər görülməyib. Bu, Azərbaycanın diaspor təşkilatlarının güclü olmamasının ən böyük səbəblərindən biridir. Hazırda vəziyyət olduqca açınacaqlıdır. Hər regionda, şəhərdə bir-birini təkrar edən diaspor təşkilatları var. Əksəriyyəti də bir-birləri ilə barışmaz mövqedə. Hətta daha ciddi problem var. Mən bunu dəfələrlə qaldırmışam. Rusiyanın bir çox şəhərlərindəki diaspor təşkilatları açıqca separatçılığı təbliğ edir, həmin ziyanlı fikirlərin Azərbaycana sirayət etməsi istiqamətində səylər göstərirlər”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ