şənbə günü, 14 noyabr 2026
     

Ermənilərin verdiyi meyit qalıqlarından DNT nümunələri götürmək mümkün deyil - rəsmi öhdəliyə növbəti xəyanət...

Image


“Ermənistan tərəfi Azərbaycana meyit qalıqlarını qarışıq verib”. Bunu mətbuata Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.  O bildirib ki, bu, meyitlərin kütləvi məzarlıqlarda basdırıldığını sübut edir: “Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə bəzi meyit qalıqları qaytarılsa da, hazırda onların kimliklərinin müəyyənləşdirilməsi prosesi gedir. Meyit qalıqları, əsasən qrunt suları, yeraltı suların keçdiyi ərazilərdən götürülüb. Ona görə də bu meyit qalıqlarından DNT nümunələri əldə etmək çox çətindir. Oradakı meyit qalıqlarının sayının nə qədər olacağı ilə bağlı son mərhələdə dəqiq məlumat olacaq”.

Məlumat üçün bildirək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında son bir ildə Ermənistanın Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verdiyini deyib. O, yaxın günlərdə daha 2 meyitin qalığını təhvil verməyə hazırlaşdıqlarını da vurğulayıb.

Ermənistan tərəfi bununla bir daha sübut etdi ki, üzərinə götürdüyü öhdəliyi birmənalı olaraq pozur. Bunun olduqca mənfi hal olduğunu deyən ekspertlərin sözlərinə görə, ortaya çıxarılan faktlar Ermənistanda azərbaycanlıların meyitinə qarşı hansı vəhşiliklər edildiyini göstərir.  Ermənisan kütləvi məzarlıqların açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozduğunu deyən ekspertlər hesab edir ki, Ermənistan bu cür davranış nümayiş etdirməklə Birinci Qarabağ müharibəsində taleyi nəməlum olan soydaşlarımızla bağlı informasiyaları ört-basdır edib öz cinayətlərini gizlətmək məqsədi güdür.

“Bu da Ermənistanın riyakar, Allahsız siyasətinin, beynəlxalq qanunlara məhəl qoymamasının, insanılığa xəyanətinin göstəricisdir”

Tanınmış hərbi eskepert Tərlan Eyvazov baki-xeber.com-a bildirdi ki, Ermənistan ilk dəfə deyil öz üzərinə götürdüyü öhdəlikləri pozur və onları yerinə yetirərkən ciddi yanlışlara yol verir. “Bizim Birinci Qarabağ müharibəsində 4 min nəfərə yaxın itkin düşən vətəndaşımız var. Düzdür, onların sayı barədə müxtəlif rəqəmlər səsləndirilir. İtkin düşənlərin tam əksəriyyəti həyatda yoxdur, müəyyən sənədlər əsasında aparılan müəyyənləşdirməyə görə onların az hissəsi yaşayır. O vətəndaşlarımızın orada olduğunu  Ermənistan tərəfi boynuna almadı və geri qaytarmaqdan imtina etdi. Biz deyə bilmərik ki, o 4 min nəfərin hamısının meyitləri tam Ermənistanın nəzərəti altında ola bilər. Təbii ki, orada uçquna düşən də, bizim tərəfimizdə həyatını dəyişib gizlincə dəfn olunan da ola bilərdi və sair. Amma vətəndaşlarımızın tam əksəriyyəti Ermənistan hakimiyyətinin o vaxtkı rəhbərlərinin, məmurlarının, komandirlərinin əli ilə şəhid edilib və necə gəldi kütləvi məzarlıqda dəfn ediliblər. Təsəvvür edin, onları elə vəhşiliklə öldürüblər  və hansı şəkildə kütləvi məzarlıqda basdırıblar ki, bu gün onların qalıqlarının DNT analizinin aparılmasında çətinlik yaranıb. Bunu qəsdən ediblər ki, biz bu məsələdə problemlə üzləşək”.

T.Eyvazovun sözlərinə görə, soydaşlarımız qətlə yetirildikdən sonra kütləvi məzarlıqlarda dəfn ediliblər. Onun dediyinə görə, məsələn, Xocalıda daha çox adam qətlə yetirilib və ermənilər də meyitlərə qarşı çox vəhşicəsinə davranıblar: “Əsir götürülən vətəndaşlarımızın da, ermənilərin özlərinin də etiraflarına görə, orada o qədər insan öldürülüb ki, meyitlərdən körpü düzəldib üstündən maşın sürürlərmiş. Bütün bu faktların hamısı ona dəlalət edir ki, Ermənistan tərəfi onların harada dəfn olunduğunu bilir və deyildiyi kimi, onlar tək-tək yox, bir yerdə kütləvi məzarlıqda basdırılıb. Torpaq ekskovatorla qazılmışdı və vətəndaşlarımız orada dəfn olunmuşdu. Ermənistanın bizim əsirlərin meyitlərinin qalıqlarını qarışıq verməsi ermənilərin bir toplum olaraq vəhşi xislətini, mahiyyətini göstərir. Bu həm də onu göstərir ki, Ermənistan, ermənilər bu əməllərinin onların beynəlxalq imicinə ziyan vuracağını düşündükləri üçün bu cinayəti boyunlarına alımırlar, guya bundan xəbərsizdilər. Amma bizim insanların Ermənistan tərəfində qalması istər Azərbaycanın müvafiq komissiyaları, istər beynəlxalq komissiyalar, institutlar tərəfindən qeydə alınıb. Bizim meyitlərin qalıqlarının verilməsindən uzun illər imtina edilməsi Ermənistan dövlətinin siyasi riyakarlığıdır. Bu gün isə azərbaycanlılara aid meyitlərin qalıqlarının bizə qarışıq verilməsi onu göstərir ki, Ermənistan siyasi riyakarlıq etməklə yanaşı, həm də öz öz üzərinə götürdüyü öhdəlikləri pozur”.

Azərbaycan dövlətinin öz öhdəliklərinə hər zaman sadiq olduğunu deyən T.Eyvazov bildirdi ki, Vətən savaşından sonra biz Ermənistanın 1709 nəfər meyitinin qalıqlarını təhvil vermişik. Bunu xarici işlər naziri Ceyhun Bayramovun da öz çıxışında bildirdiyini deyən T.Eyvazov bildirdi ki, Birinci Qarabağ müharibəsində Ermənistanın hucumları nəticəsində bizim meyitlərimiz o ərazilərdə qalmışdı, Vətən müharibəsində də ermənilər geri çəkildikcə onların meyitləri qalırdı. “Necə ola bilir ki, eyni proses getdiyi  halda biz onların meyitlərini tapıb təhvil verə bilirik, amma Ermənistan tərəf istər o vaxt, istərsə də indi bizim israrlı tələblərə, beynəlxalq institutların vasitəsilə etdiyimiz müraciətlərə baxmayaraq bizim meyitləri vermədilər. İndi də verdikləri meyitlərin qalıqları elə bir vəziyyətdədir ki, onlardan DNT nümunələri götürmək çətin bir prosesə çevirilib. Bu da Ermənistanın riyakar, Allahsız siyasətinin, beynəlxalq qanunlara məhəl qoymamasının, insanılığa xəyanətinin göstəricisdir”- deyə T.Eyvazov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ