şənbə günü, 14 noyabr 2026
     

“Dünyada ən qədim sərhəd?”, “xristian-islam sərhədi?” - Erməni yalanları “elmi konfransda”...

Image


İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran kafedrasının müdiriVardan Voskanyan İrəvanda keçirilən “elmi konfransda” sərsəm bir açıqlama verib. İran - Ermənistan məsələlərindən danışan Voskanyan iddia edib ki, İran - Ermənistan münasibətləri bir sıra cəhətlərinə görə fərqlənir.

Onun iddiasına görə, Bisütun əlyazmalarında guya Böyük Daranın vaxtından “regionda yalnız ermənilər və iranlılar olub”. Voskanyan qeyd edib ki, Ermənistanla İran arasındakı sərhədlər guya dünyada ən “qədim sərhədlərdən” biridir və dünyada çox az sayda dövlət belə “qədim sərhədlərə malikdir”. Guya ki, bu “sərhədlər” hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir. Onun sözlərinə görə, 30 il ərzində bu sərhədlərin vacibliyinə diqqət yetirilməyib, Ermənistanın və İranın təhlükəsizliyi üçün bu sərhədlərdən istifadə edilməyib. Onun iddiasına görə, guya bu sərhədlərin iki komponenti olub - “İran-Ermənistan” və “Arsax-İran”. Voskanyanın əsassız iddiasına görə, İran və Ermənistan arasındakı “sərhədlər” islam və xristianlıq arasındakı sərhədlərdir (?), guya iki fərqli din və mədəniyyət sistemi qardaşlıq münasibətləri ilə yaşaya bilir (?).  

  • “Ən gülməlisi odur ki, Voskanyan Ermənistan-İran sərhədini “ən qədim sərhəd” adlandırır”

Voskanyanın ortaya atdığı cəfəngiyyata şərh  verən Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran kafedrasının müdiri, İran-Ermənistan münasibətləri üzrə mütəxəssis Vardan Voskanyanın İrəvanda keçirilən “elmi konfransda”kı çıxışını oxuyanda adamı dəhşət bürüyür: “Dəfələrlə İrəvan Dövlət Universitetinin alimləri ilə xaricdə görüşmüşəm, birgə tədbirlərdə də iştirak etmişəm, onlarla yazışmışam da. Sonda bu qənaətə gəlmişəm ki, erməni xəstə millətçiliyinin, uydurma tarixşünaslığının xəstə təxəyül daşıyıcısı olan  insanların əsas toplumu elə İrəvan Dövlət Universitetində toplaşıb. O xəstə təfəkkürlü şəxslər bu universitetdə humanitar fənlər tədris edənlərdir. Mən onlardan neçəsini tanıyıramsa, onların çoxunun psixoloji problemi var. Bu psixoloji problemin də səbəbi gecə-gündüz yalançı erməni tarixi konsepsiyasını tədris etmək, oxumaq və buna inanmaqdır. Yəni bunlar həqiqətən də xəstədirlər. İstər Vardan Voskanyan, istərsə də “elm ocağının” adını çəkmədiyim digər “alimləri” daim erməni cəmiyyətinə, erməni gənclərinə, tələbələrə yalan satırlar. Hətta sizə deyim ki, keçən əsrin 80-ci illərində Ermənistanda azərbaycanlılara qarşı ilk olaraq nifrətə səsləyən, camaatı küçəyə çıxaran, mitinq və ixtişaşlarda iştirak edənlər İrəvan Dövlət Universitetinin müəllimləri, professorları olub. Yəni erməni-azərbaycanlı münaqişəsinin, o dəhşətli müharibənin təməlində duranların ən əsas fiqurlarından biri də İrəvan Dövlət Universitetinin müəllimləridir. Baxın, bu xəstə təxəyyüllü adam nələr deyir? Bisütun yazısı göz qabağındadır. İstənilən şəxs hətta google-də də axtarışa verə və onunla tanış ola bilər. Bisütun yazısı tam tərcümə olunmuş formada üzə çıxır, bu tədris olunur da. Adını “şərqşünas” qoyan bu xəstə şəxs Voskanyan faktiki olaraq demək istəyir ki, guya (Bisütun yazısı e.ə. təxminən VI əsrin ortlarına, əvvəllərinə şamil olunur, o dövrədki hadisələrdən bəhs edir) qədim tarix erməni və fars münasibətlərindən ibarətdir. Bunu da elə “isbatla” deyir ki, guya heç kimin Bisütun yazılarından xəbəri yoxdur. Erməni tələbələrin özləri məgər girib google-də oxuya bilmirlər ki, kitabədə nədən bəsh olunur? Əhəmənilər dövlətində hakimiyyətə gələn I Dara hakimiyyət uğrunda 9 rəqibinə qalib gəlir və 23 ölkəni öz imperiyasına birləşdirir. Daranın zəfərindən bəhs edən bu kitabədə onun döyüşdüyü bütün xalqların, ölkələrin adları sadalanır. Amma Voskanyanın iddiasından belə çıxır ki, o kitabədə ancaq ermənilərdən və farslardan danışılıb, burada onlardan başqa heç kimdən bəhs olunmayıb. Yenə də deyirəm, Bisütun yazısında əsas iştirakçılar köçəri dövlətlərin hökmdarlarıdır. Bisütun kitabələrində sakların, Parfiya köçəri dövlətinin adı keçir. Əsas döyüş iştirakçıları bunlardır, Babilər imperiyasıdır, Misir və sair ölkələrdir. Bisütun yazısında adı keçənlərdən biri də Azərbaycan xalqının əcdadlarından olan Midiyadır, müasir Azərbaycanın da birbaşa o tarixə aidiyyəti var. Yəni Midiya, Atropatena, böyük və kiçik Midiya tarixinə bizim birbaşa bağlılığımız mövcuddur. Bu kitabədə tarixi hadisələr bu mövzu ətrafında cərəyan edir. Həmçinin də coğrafi ərazi olan Armeniyada (o da Ermənistan deyil) baş verən üsyan və onun yatırılması haqqında da danışılır. Amma burada etnik cəhətdən ermənilərdən danışılmır. Dediyim kimi, Armeniya coğrafi ərazi idi və burada ermənilərdən söhbət getmirdi”.

R.Hüseynovun qeyd etdiyinə görə, bu o dövr idi ki, hələ xalqlar, etnik qruplar, dinlər formalaşmamışdı, bu səbəbdən də ermənilərdən və başqa xalqlardan söhbət gedə bilməzdi. O deyir ki, Bisütun kitabəsində əks təsvir eidlən hadisələr xristianlıqdan öncə e.ə VI əsrdə baş verib. “Bu səbəbdən də Voskanyanın Büsütun yazılarını təhrif edib onu bu şəkildə təqdim etməsi yolverilməzdir. Voskanyan məgər bunları bilmir ki, yalan satır? Bu yalanların nəticəsində erməni xalqı dəfələrlə böyük təlatümlər, faciələr yaşayıb. Erməni xalqı bu yalançı, uydurma tarixə inanır ki, guya ermənilərin belə “qədim tarixi”, “dövlətçiliyi” olub. Bu kimi yalançı təbliğat sahəsində ermənilərdə qonşu xalqlara qarşı ərazi iddiaları və nifrət formalaşıb, bunun da kökündə Voskanyan kimi yalançıların fəaliyyəti dayanır. Ən gülməlisi odur ki, Voskanyan Ermənistan-İran sərhədini “ən qədim sərhəd” adlandırır. Nəyin qədim sərhədidir? Ermənistan vilayət olaraq Anadolunun cənub istiqamətində, müasir İraq-Türkiyə-İran sərhədində yerləşirdi. Əgər Voskanyan sərhəd axtarırsa Fərat və Dəclə çayları arasında olan coğrafi Ermənistanı axtarsın. İstər Bisütun yazılarında, istərsə də başqa qədim mənbələrdə birbaşa həmin ərazi coğrafi erməni vilayəti kimi göstərilib. Yəni onun da Qafqaza heç bir aidiyyəti yoxdur. Əgər coğrafi Ermənistanı axtarırsa gedib o ərazidə “o qədim sərhədi” axtarsın və ora köçsün, orada yaşasın, o əraziləri sevsin. Sonra gülməli bir məqam odur ki, guya “İran-Ermənistan” sərhədi ən qədim “müsəlman-xristian” sərhədidir. Guya şiəliklə erməni dini vəhdət yaşayıb mədəniyyətlər qurub. Özünə “alim” deyən bu xəstə şəxs məgər bilmir ki, müasir şiəliyi, orta əsr şiəliyini ideologiya, din formatı kimi ortaya çıxaran Qızılbaşlardır, azərbaycanlılardır, Azərbaycan qızılbaşlarıdır, Səfəvi Qızılbaş dövlətidir? Bundan əvvəl Ağqoyunlu, Qaraqoyunlu, hətta Səlcuq dönəmindən sonra  meydanda olan bütün türk-Azərbaycan dövlətlərində tədricən şiəlik konsepsiyası işlənilib və dediyim kimi, tanıdığımız müasir şiəlik əsasən türkdilli xalqların, Azərbaycan xalqının əcdadları olan toplumların ideoloji-dini konsepsiyasıdır. Sonra istər farslar, istərsə də başqa millətlər bu konsepsiyanı qəbul etdi, farslar da, başqa xalqlar da Azərbaycan Qızılbaş dövlətinin tərkibində yaşayıblar. Həmin konsepsiyanı da bizim əcadadlarımızdan götürüb. Xəstə təfəkkürlü Voskanyan bunu bilmir ki? Yəqin ki, bilir, amma qəsdən yalan danışır. Nəticədə yenə də erməni gəncliyini problemə düçar edəcək, yenə də bu xalq əziləcək, vurulacaq, məğlub olacaq. Faktiki olaraq belə insanların fəaliyyəti nəticəsində Ermənistan dövlətçiliyini də itirəcək, yeni ərazilər axtarmağa məcbur olacaq. Nə qədər ki, Ermənistanda belə yalançılar özlərinə “alim” deyərək ictmai fikri formalaşdırmağa çalışır, o qədər də erməni xalqı bu faciələrdən çıxa bilməyəcək”- deyə R.Hüseynov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ