şənbə günü, 14 noyabr 2026
     

Ermənistanın Rusiya və İranla nəqliyyat əlaqələri tam şəkildə Azərbaycanın nəzarətinə keçir

Image


Zəngəzur dəhlizinin reallaşması istiqamətində Azərbaycan qarşıya qoyduğu hədəflərə gözlənildiyindən də tez çatmaqdadır. Hər halda, Ermənistanda bu dəhlizlə bağlı baş verən proseslər də qeyd edilənləri təsdiqləyir. İrəvan Bakının istənilən halda bu dəhlizin reallaşması kimi mühüm məqsədinə nail olacağını qəbul edir və buna uyğun da adekvat addımlar atır.

Xatırladaq ki, ötən ay yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyev bir sıra maraqlı məqamlar açıqlamışdı. Artıq Bakıdan Naxçıvana təyyarələrin Ermənistan üzərindən uçduğunu xatırladan dövlət başçısı qeyd etmişdi ki, bununla da Zəngəzurun hava dəhlizi ilə bağlı istəklər reallaşıb: “Hava məkanından istifadə etmək məsələsinə gəldikdə, onu da bildirməliyəm ki, biz bu dəhlizdən Ermənistandan icazə almadan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almamışıq. Bu bizim hüququmuzdur, bu beynəlxalq dəhlizdir. Dünya aviasiya sistemində qaydalar var, yəni mövcud olan dəhlizdən istifadə etmək olar. Biz qərara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirək. Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Amma əsas məsələ, əlbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizi açmaq idi... İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var”. Bu açıqlamalar bir daha təsdiq etdi ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın böyük planları var. Əvvəllər Zəngəzur dəhlizinin açılmasına kəskin etiraz edən Ermənistanın baş naziri Nikol Paşinyanın da mövqeyində indi ciddi dəyişikliklər müşahidə edilir. Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib ki, İrəvan artıq Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsini açmağa hazırdır: “Brüssel və Soçi görüşlərindən sonra biz yol marşrutlarının tikintisi və bərpası ilə bağlı təkliflər hazırlayıb Azərbaycan, Rusiya və beynəlxalq tərəfdaşlara təqdim etmişik və Azərbaycandan müsbət cavab aldıqdan sonra biz bu prosesi həyata keçirməyə hazırıq”. Hökumət başçısı qeyd edib ki, dəmir yolu ölkələrin qanunları və suverenliyi çərçivəsində beynəlxalq qaydalara uyğun fəaliyyət göstərməli, dəmir yollarının birləşdirilməsi üçün parametrlərin razılaşdırılması zəruridir: “Əslində bu, beynəlxalq yükdaşıma vasitəsinə çevriləcək və ona görə də sənədin mümkün qədər tez bir zamanda imzalanması gərəkdir”. Beləliklə, Azərbaycanın istədiyi kimi Ermənistan Zəngəzur dəhlizi üzərindən təkcə dəmir yolu yox, həm də avtomobil yolunun çəkilişinə razılıq verir və bu da Azərbaycanın istəkləri ilə uzlaşır. 

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bu fonda bildirir ki, Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu ilə bağlı müsbət məqamlar var: "Azərbaycan və Ermənistan dəmir yolu ilə bağlı qarşılıqlı anlaşmaya malikdir. Hazırda bu istiqamətdə konkret işlər görülür, dəmir yolunun Ermənistandan keçən hissəsində tikinti aparılır”. Xatırladaq ki, dəmir yolu, qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlı şəkildə fəaliyyət göstərəcək. Dəmir yolunun uzunluğu təqribən 340 km olacaq, bunun da 45 km-i Ermənistan ərazisindən keçəcək. Ermənistanın “Qraparak” nəşri yazır ki, Bakı Zəngəzurla bağlı bütün məqsədlərinə çatır və İrəvanın buna müqavimət imkanları yoxdur: “Azərbaycan dəmir və magistral yolların bağlı qalmasında maraqlı görünmür. Lakin Zəngəzur dəhlizi ilə bağlı Bakının daha uzaqgörən məqsədləri var. Azərbaycan Ermənistanı daha da əhatəli blokadaya almaq, o cümlədən onu İranla quru əlaqəsindən məhrum etmək istəyir. Daha doğrusu, Zəngəzur dəhlizi açıldıqdan sonra İran-Ermənistan əlaqələri Azərbaycanın nəzarətində olacaq. 10  noyabrdan sonra Azərbaycan həmişə bu məqsədinə nail olmağa çalışıb, o cümlədən Gorus-Qafan yolunu nəzarətə götürüb. Bəs Azərbaycan niyə Ermənistanla yolların və dəmir yollarının bağlanmasında maraqlı deyil? Bu sualın cavabı sadə deyil. Belə ki, bu blokadanın açılması Azərbaycana indiyədək malik olmadığı yeni imkanlar təqdim etmir. Düzdür, Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvanla avtomobil əlaqəsi yarada bilər. Amma Azərbaycanın Naxçıvanı birləşdirən yolu artıq İrandan keçir. Kimsə deyə bilər ki, Azərbaycan üçün fərq nədir ki, Arazın sağ və ya sol sahilindən Naxçıvan gedir? Əgər dəhliz olsaydı və azərbaycanlılar ekstraterritoriallıq hüququndan istifadə etsəydilər, maşınları gömrük baxışından keçməsəydi, o yoldan maneəsiz keçsəydi, başqa cür olardı. Belə olan halda, təbii ki, onlar bu varianta üstünlük verərlər. Bəs Ermənistan Azərbaycanla Naxçıvan sərhədindəki gömrük-keçid məntəqələrini təchiz etməlidirsə, azərbaycanlılar üçün onların Ermənistan və ya İran gömrükçüləri tərəfindən idarə olunmasının nə fərqi var?. Məqsəd başqadır. Azərbaycan bu illər ərzində yüz milyonlarla dollar sərmayə yatırıb, o cümlədən güzəştli kreditlər hesabına İranla dəmir yolu əlaqələrini genişləndirib. 2018-ci ildə Astara-Rəşt dəmir yolu işə salındı və bu dəmir yolu vasitəsilə Rusiya da İranla dəmir yolu əlaqəsi yaratmaq imkanı əldə etdi. Naxçıvan da Sovet dövründə fəaliyyət göstərən İranla dəmir yolu əlaqəsinə malikdir. Bəs, Ermənistan-Azərbaycan dəmir yolunun bağlanmasının və ya açılmasının Azərbaycan üçün nə mənası var? Beləliklə, Ermənistan İran və Rusiya ilə dəmir yolu əlaqəsi yarada bilər. Azərbaycanın məqsədi Ermənistanın bu ölkələrlə əlaqəsini nəzarətində saxlamaqdır. Zəngəzur dəhlizi buna imkan verir”. O da qeyd olunur ki, dəmir və magistral yolların açılması halında Azərbaycan Ermənistan vasitəsilə Türkiyə ilə əlaqə yarada bilər: “Amma Azərbaycanın Gürcüstan üzərindən belə bir əlaqəsi var. Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə nail olub və Azərbaycanın Gümrü vasitəsilə Qarsla əlaqə saxlamasının mənası yoxdur. Magistral yollar məsələsini müzakirə etməyin mənası yoxdur, çünki Ermənistanın Türkiyə ilə yeganə kəsişməsi Türkiyənin az inkişaf etmiş və iqtisadi cəhətdən qeyri-aktiv şimal-şərqinə, daha dəqiq desək, İğdıra əlaqə yaradır.
Yekun olaraq deyə bilərik ki, Azərbaycan Ermənistanın blokadasını təşkil etməyə 30 il ərzində yüz milyonlarla dolları əbəs xərcləməyib. Əksinə, Azərbaycan müharibənin nəticələrindən istifadə edərək Ermənistanı daha da ağır blokadaya almağa, bizi İranla quru sərhədimizdən məhrum etməyə çalışacaq ki, bu da Zəngəzur dəhlizinin yaradılması ilə mümkündür. Azərbaycan siyasi təzyiqlə bunu bacarmasa, müharibəni qızışdırmaqla yenidən bunu edəcək. Hələlik o, əlverişli geosiyasi fürsət gözləyir, silahlı qüvvələrini bu problemin həllinə hazırlayır. Bizə isə bunun qarşısını almaq üçün nə edə biləcəyimizi görmək qalır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ