şənbə günü, 14 noyabr 2026
     

Çinin ardınca Rusiya da Azərbaycan hərb taktikasının tətbiqi üçün hazırlıqlara başladı

Image


Rusiya və Ukrayna arasında davam edən gərginlik əvvəlki kimi bütün dünyada böyük narahatlıqla izlənilməkdə, bunun növbəti dünya müharibəsi ilə nəticələnə biləcəyinə dair çoxsaylı proqnozlar verilməkdədir.

Polşa prezidenti Andjey Duda bununla bağlı qeyd edir: "Rusiya qoşunlarının yerdəyişməsi İkinci Dünya müharibəsindən sonra ən böyük hərəkətdir. Rusiya qoşunlarının Ukrayna sərhədi boyunca görünməmiş toplanışı, eləcə də fevralın 20-dək davam etməli olan təlimlərin keçirildiyi Belarusda cəmləşməsi ilə üz-üzəyik”.

Dudanın sözlərinə görə, indi Qərb NATO və Avropa İttifaqının 1989-cu ildən indiyədək qarşılaşdığı çətin vəziyyətdən çıxış yolu axtarmalıdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau da bildirib ki, Avropada genişmiqyaslı müharibə risqi son 30 ildə ən yüksək həddə çatıb: “Avropa təhlükəsizliyi və qlobal təhlükəsizlikdən söhbət gedirsə, biz kritik bir nöqtədəyik. Hazırda Avropada ciddi müharibə risqi son 30 ilin ən yüksək səviyyəsidir”. O vurğulayıb ki, Ukrayna ətrafında münaqişənin gərginləşməsi təkcə insan iztirabları deyil, həm də ciddi siyasi, iqtisadi və hərbi nəticələr deməkdir. Raunun sözlərinə görə, Rusiya ilə Avropada təhlükəsizlik mövzusunun yeni müzakirəsində fayda görür və bu məsələyə nikbin yanaşır. Müharibə risqinin artdığı bir vaxtda gündəmə gələn məsələlərdən biri də burada Azərbaycan hərb təcrübəsindən, İkinci Qarabağ müharibəsi zamanı tətbiq etdiyi taktikadan istifadə edilməsidir. Polşanın “Defence24” nəşri bu xüsusda yazır: “Sosial şəbəkələrdə Rusiya Hərbi Hava Qüvvələrinin sıralarında olan təlim uçuşlarında An-2 biplanları haqqında məlumatlar ortaya çıxdı. Onlar Ukrayna ilə həmsərhəd rayonlardan gəlirlər. Rusiya da Azərbaycanın Qarabağ müharibəsində istifadə etdiyi kimi uzaqdan idarə olunan biplanlardan istifadə etmək istəyir”. Nəşr qeyd edib ki, Rusiya Hərbi Hava Qüvvələrində aktiv istifadə olunmayan 5 000-dən çox An-2 təyyarəsi olub. Onların ortaya çıxması qeyri-nəqliyyat təyyarəsi kimi istifadə planını göstərir. Ən çox ehtimal olunan tezis budur ki, bunlar uzaqdan idarə olunan planerlərdir. “Defence 24” qeyd edib ki, İkinci Qarabağ müharibəsində An-2 təyyarələri Azərbaycan tərəfindən Ermənistanın zenit sistemlərini aşkarlamaq və atəş üçün istifadə edilib. Nəşr An-2-lərin dronlara çevrilməsinin sadəliyini və qənaətcilliyini qeyd edib. Vurğulayıb ki, Azərbaycan oxşar həll yolundan son müharibədə uğurla istifadə edib. Qeyd edək ki, bundan əvvəl Rusiya mətbuatı da öz mənbələrinə istinadən Azərbaycanın Qarabağ müharibəsində kamikadze pilotsuz uçuş aparatı kimi modifikasiya edilmiş An-2 təyyarələrindən istifadə etdiyini bildirib.

Xatırladaq ki, An-2 təyyarələri ötən əsrin 50-ci illərində SSRİ-də, Polşada və Çində kütləvi istehsal olunub. Və hələ də istifadə olunmaqdadır. Bu təyyarələrin təyinatını sifarişçinin istəyi ilə dəyişmək çox asandır və nəticədə onları hərbi təyinatlı drona çevirmək mümkün olur. Bir daha qeyd edək ki, 44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tətbiq etdiyi yüksək dəqiqlikli silahlar, müxtəlif tipli pilotsuz uçan aparatlar və istifadə olunan hücum taktikası baxımından hələ də aparıcı dünya ölkələrinin hərbi mütəxəssisləri tərəfindən təhlil olunur. Müharibə zamanı Azərbaycan ordusu daha bir taktikası ilə dünyanı heyrətləndirmişdi. Belə ki, sovet dövründən qalma, “kukuruznik” kimi tanınan birmotorlu An-2 təyyarələri pilotsuz təyyarələrə çevrilmişdi və onları yalançı hava hədəfi kimi istifadə edərək, ordumuz düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini aşkarlayırdı. Müharibənin ilk həftələrində Ermənistan Müdafiə Nazirliyi hər gün Azərbaycanın bir neçə “qırıcısını” vurduğu haqda raportlar verirdi, yalnız həftələr sonra düşmən əslində nəyi vurduğunu anlamağa başladı. Onda isə artıq gec idi, çünki düşmənin Qarabağdakı hava hücumundan müdafiə sistemləri demək olar tam sıradan çıxarılmışdı. Bununla da Azərbaycan dünyaya nümayiş etdirdi ki, hətta An-2 kimi köhnəlmiş texnikanı da yeni profilə gətirmək və dron qismində effektiv şəkildə müharibədə istifadə etmək olar. Azərbaycanın bu taktikasını, Rusiya ilə yanaşı, Çin kimi böyük hərbi gücə malik ölkə də diqqətlə öyrənir. Belə ki, Çin silahlı qüvvələri Azərbaycan ordusunun Qarabağda tətbiq etdiyi unikal taktikanı öyrənir və bu fonda son təlimlərində ötən əsrin 60-cı illərində istehsal edilmiş, çoxdan istismardan çıxarılmış qırıcıları havaya qaldırır. Elə keçən yay Çin ordusunun Tayvan adası ətrafında keçirilən hərbi təlimləri zamanı müasir döyüş təyyarələri ilə yanaşı 4 ədəd J-7 qırıcısının uçuşları müşahidə olunub. Bunlar ötən əsrin 60-cı illərində istehsal olunan ikinci nəsil qırıcılardır və çoxdan Çin ordusunun silahlanmasından çıxarılıb. Təlimlər zamanı iki ədəd çoxməqsədli J-16 qırıcısı, bir Y-8 radioelektron mübarizə təyyarəsi və dörd J-7 qırıcısı Tayvanın hava hücumundan müdafiə sistemlərinin tanıma zonasına daxil olub. Və Çinin köhnə təyyarələri bu təlimlərdə nə məqsədlə istifadə etdiyi ətrafında suallar meydana çıxıb. KİV yazıb ki, Çin istismardan çıxarılmış minlərlə ikinci nəsil qırıcını, o cümlədən J-7 qırıcılarını pilotsuz uçan təyyarələrə çevirib. Sinqapurdakı “Racaratnam” adına beynəlxalq araşdırmalar məktəbinin hərbi-hava qüvvələri üzrə analitiki Ben Xo bildirib ki, Çin də Azərbaycan ordusunun Qarabağda istifadə etdiyi taktikanı öyrənir: “Çin ordusu Azərbaycanın istifadə etdiyi bu taktikanı mənimsəsə və J-7 qırıcılarını regionda yarana biləcək fövqəladə situasiyalar zamanı pilotsuz təyyarələr qismində hava hücumundan müdafiə sistemləri üçün tələ kimi istifadə etsə düzgün hərəkət etmiş olacaq”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ