şənbə günü, 14 noyabr 2026
     

Lukaşenkonun Ermənistan və Azərbaycana yanaşması Minsklə İrəvan arasında yeni qalmaqala səbəb oldu

Image


Ermənistanda son günlərdə böyük qəzəb yaradan hadisələrdən biri də Belarus lideri Aleksandr Lukaşenkonun bu ölkə barədə səsləndirdiyi fikirlərdir. Xatırladaq ki, Aleksandr Lukaşenko Rusiya televiziyasının aparıcısı Vladimir Solovyova müsahibəsində keçmiş Sovet ittifaqının bərpası ilə bağlı müzakirələrə səbəb olacaq fikirlər səsləndirib.

O bildirib ki, müharibədə məğlub olan Ermənistanın artıq çıxış yolu yoxdur. Lukaşenko, eyni zamanda, Ermənistanın gücsüz duruma düşdüyünü, heç kimə lazım olmadığı və buna görə İttifaqa qoşulmağa məcbur qaldığını vurğulayıb: “Ermənistanın getməyə yeri yoxdur, sizcə onlar kiməsə lazımdır? Onlar artıq gördülər,– Nikol Vovayeviç bunu görüb”.

Bu açıqlamalardan sonra hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Ovik Aqazaryan parlamentin iclasında Lukaşenkoya cavab verib: “Lukaşenko və Marqarita Simonyan kimiləri öz fəaliyyətləri ilə Rusiya hakimiyyətinə və dövlətçiliyinə ayı xidməti göstərirlər. Belə qiymətləndirmələr verməzdən əvvəl Lukaşenko daha çox donuz tövləsinə bənzəyən Minsk hava limanına girsə daha yaxşı olar”. Politoloq Hayk Xalatyan isə onun sözlərində həqiqət olduğunu bildirib: “Lukaşenkonun bəyanatını Ermənistanın siyasi reallıqlarına uyğunluğu baxımından dəyərləndirsək, onda müəyyən qədər həqiqət var”.Onun sözlərinə görə, Ermənistan və digər postsovet ölkələri ətrafında baş verənlər göstərir ki, bu məkan ilk növbədə Rusiyaya qarşı geosiyasi mübarizə aləti kimi Qərbi maraqlandırır. Xalatyan deyib ki, hazırda Ermənistanın təhlükəsizliyinin və ərazi bütövlüyünün əsas və hətta deyə bilərik ki, yeganə təminatçısı kimi Rusiyanın rolunun alternativi yoxdur: “Bundan əlavə, 44 günlük müharibədə məğlubiyyətdən sonra Ermənistan Qərbi yalnız ona görə maraqlandırır ki, burada Rusiyanın hərbi bazası var. Və Rusiyanın Ermənistandan qovulması son itki demək olacaq”. Digər tərəfdən, Xalatyanın fikrincə, “Ermənistanın getməyə yeri yoxdur” yanaşması, eləcə də siyasi elita və cəmiyyətlə normal iş aparılmamasından qaynaqlanır və  nəticədə anti-dövlətçiliyin kəskin artmasına səbəb olur. Ermənistan XİN-in sözçüsü Vaan Unanyan isə məsələyə belə münasibət bildirib: “Biz əminik ki, Belarus prezidentinin özünəməxsus geosiyasi təhlili ilk növbədə onun ölkəsindəki daxili siyasi gündəliyə xidmət edir və Ermənistana və Ermənistanın xarici siyasətinə heç bir dəxli yoxdur”.

Lukaşenkonun bəyanatına iki ölkənin parlamentlərarası əməkdaşlıq qrupunun üzvü Vaqarşak Akopyan da münasibət bildirib. O deyib ki, partnyor ölkənin başçısı öz partnyoru barədə belə bəyanatlar səsləndirməməliydi. Sabiq prezident Robert Köçəryanın “Hayastan” parlament fraksiyasından Artur Xaçatryan bildirib ki, Belarus prezidentinin belə danışmasına və belə ürəkbulandıran bəyanatlar səsləndirməsinə indiki hakimiyyətin siyasəti rəvac verib: “2020-ci ildə azərbaycanlılar Caylaqqala və Hin Tağlara soxulanda biz baş nazirin ovaxtkı mətbuat katibindən nə baş verdiyini soruşduq. O dedi ki, “ruslardan soruşun”. Sonra azərbaycanlılar Şorca və Qaragöldə Ermənistanın ərazisinə girəndə soruşduq, dedilər ki, “onlarla danışmağa ruslar gedib”. Əsir məsələsinə baxan iqtidaryönlü deputatlardan biri deyirdi ki, “bu məsələni ruslardan soruşun”. Yəni öz məsuliyyətlərini üçüncü bir ölkənin üstünə qoyublar. Dövlət şüurlu şəkildə ölkənin suverenliyini kiçildib. Əlbəttə ki, Lukaşenko və başqaları bundan istifadə edəcəklər”. Həmin fraksiyadan olan deputat Armen Rustamyan isə qeyd edib: “Belarus prezidentinin bəyanatı diplomatiyada cəfəngiyatdır, lakin Ermənistan bunun səbəblərini özündə axtarmalıdır:”Təbii ki, belə bəyanatlar olmamalıdır. Bu, beynəlxalq diplomatik praktikada cəfəngiyatdır, qalmaqallı epizoddur. Amma səbəbləri özümüzdə axtarmaq lazımdır. Biz özümüzlə bu şəkildə danışmağa icazə veririk. Bunu təkcə Lukaşenko etmir”. Rustamyanın sözlərinə görə, Lukaşenka o odioz fiqurlardandır ki, düşündüklərini söyləyir: “Lakin bu, ciddi daxili problemlərdən və pərdəarxası məsələlərdən xəbər verir”.

Deputatların acıqlı reaksiyasına baxmayaraq, Ermənistan XİN Lukaşenkonun fikirləri  ilə bağlı Minskə nota verilib-verilmədiyi barədə heç nə deməyib. Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk da baş verənlərlə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Hesab edilir ki, bütün bunlar onsuz da sərin olan Ermənistan-Belarus münasibətlərinin daha da gərginləşməsinə rəvac verəcək. Buna qədər isə Ermənistan tez-tez Belarusu Azərbaycanla sıx hərbi-texniki əməkdaşlığına görə tənqid edirdi. Lakin İrəvanın reaksiyasının Belarus-Azərbaycan münasibətlərinə heç bir təsiri yoxdur. Bu, ilk növbədə, Bakı və Minskin bütün sahələrdə əlaqələrin inkişafında strateji maraqlara sahib olması, eləcə də prezidentlər Aleksandr Lukaşenko ilə İlham Əliyev arasında dərin şəxsi əlaqələrlə bağlıdır. Minsk hesab edir ki, erməni tərəfinin ritorikası Azərbaycanla münasibətləri nəzərdən keçirmək üçün səbəb ola bilməz. Yeri gəlmişkən qeyd edək ki, Lukaşenko sözügedən müsahibəsində mümkün ittifaq dövlətində Azərbaycanın iştirakından da danışıb: “Azərbaycan dəstədən kənara çıxır, çünki biz çoxlu səhvlərə yol vermişik. Bu ayrıca söhbətdir. Əlbəttə, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Türkiyədən qaz, neft keçir”. Bu açıqlama o deməkdir ki, rusların yaratmaq istədikləri İttifaq dövlətinə Azərbaycanı qoşmaq şansı yoxdur. Bunu təkcə Lukaşenkonun yox, həm də Vladimir Putinin fikri hesab etmək olar. Xüsusilə Qazaxıstan hadisələrindən sonra Lukaşenkonun İttifaq dövləti ilə bağlı sözçü kimi çıxış etməyə başlaması fonunda. Elə erməniləri qəzəbləndirən əsas məqamlardan biri də Azərbaycanın bu uğurudur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ