Türkiyə Azərbaycana yüksək texnologiyaları inkişaf etdirməyə yardım edəcək və bu istiqamətdə biegə müəssisə yaratmağl təklif edir. Bu barədə “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktar bəyan edib.
“Azərbaycanda dronların və “Bayrakrar TB2” pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi və xidmətdən başqa biz bu qurğuların istehsalı və süni intellektin istifadəsinin genişlənməsi üçün zəruri yüksək texnologiyaların işlənib hazırlanması üzrə müəssisə yaratmağa çalışırıq”, - Bayraktar Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi Türkiyə TexnolojiTakımıFondu Azərbaycanda bir sıra layihələr reallaşdırmağı planlaşdırır.